İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən “Ğəriq” duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.” (İbn Sənan nəql edir ki,) dedim: “Ğəriq” duası necədir? Buyurdu: Deyirsən:
(Ya Allahu Ya Rəhmanu Ya Rəhim, Ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik.)
“Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!”
Biharul-Ənvar, c.52, səh.149, hədis: 73