Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Dekabr 09:15
Şərh Yoxdur
8705

Həzrət xanım Fatimeyi Zəhranın (s.ə) əza günləri bu gecədən başlayır

Əziz İslam peyğəmbərinin vəfatından dərhal sonra baş verənlər qarşısında özünü mübarizə meydanına atan Fatimeyi Zəhra İmamət yolunda özünü fəda edən ilk şəxsdir. Demək olar bütün araşdırmalar onu göstərir ki, peyğəmbərdən sonra İmamətin mövcudluğu bu əzəmətli xanımın şəhadəti qarşılığında mümkün oldu.

 

Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə “Fatiməyi-əvvəl” deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.

 

Həzrət Zəhra (s.ə) – həmin həqiqətdir ki, Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) onun haqqında nə qədər danışsalar da, yenə də biz insanlar üçün gizlidir. İmam Sadiq (ə) Qədr gecəsini dərk etmək haqqında buyurur: “Ləylətul – Fatimədir, Qədr isə Allahdır. Ona görə də hər kim Fatimənin (s.ə) həqiqətini tanımaq tofiqinə nail olarsa, şübhəsiz ki, Qədr gecəsini də dərk etmiş olar”.

Bəli, Qədr gecəsinin tək həqiqəti – Həzrəti Zəhradır (s.ə). Bu, Fatimədir (s.ə) ki, on bir Kəlamullahın zühuruna səbəb olmuşdur. Xanımın (s.ə) fəziləti haqqında təkcə o bəsdir ki, Həzrət Peyğəmbər (s) onu elə mədh etmişdir ki, dünyada olan heç bir qadını belə mədh etməmişdir. Hətta öz həyat yoldaşları və başqa qızları haqqında da bu sözləri deməmişdi. Onu bədəninin parçası, gözünün nuru və ürəyinin meyvəsi adlandırmışdır.

Nəql edilir ki, bir gün əziz Peyğəmbər (s) evindən bayıra çıxır və qızı Fatimənin (s.ə) əlindən tutmuşdu. O, bu halda buyurdu: “Hər kim onu tanıyırsa, tanıyır, hər kim tanımırsa, bilsin ki, Fatimə (s.ə) Muhəmmədin (s) qızıdır. O, mənim bədənimin parçasıdır. O, mənim qəlbimdir ki, iki böyrümün arasında yerləşir. Hər kim ona əziyyət verərsə, mənə əziyyət vermiş olar. Hər kim mənə əziyyət verərsə, Allaha əziyyət vermişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – bədənimin bir parçasıdır. Hər kim onu qəzəbləndirər məni qəzəbləndirmiş olar”.

Əziz Peyğəmbərdən (s) gələn başqa bir hədisdə oxuyuruq: “Allah Fatimənin (s.ə) nurundan göyü və yeri yaratdı. Ona görə də yer və göy qızım Fatimənin (s.ə) nurundandır. Qızımın nuru isə Allahın nurundandır. Qızım Fatimə (s.ə) yer və göydən daha üstündür”.

Həzrət Rəsulallah (s) buyurur: “Mənim zamanımda ən üstün kişi – Əlidir (ə), əvvəlinci və axırıncı üstün qadın isə Fatimədir (s.ə)”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bütün yaxşılıqlar və əxlaq fəzilətləri mücəssəm olsa, layiqlidir ki, Fatimə (s.ə) olsun. Bəlkə Fatimə (s.ə) bunların hamısından daha ucadır”.

Bütün bu hədislərdən göründüyü kimi, Həzrət Zəhra (s.ə) – ən üstün bir xanımdır. Heç kəs fəzilət və məqam ucalığı baxımından Xanıma (s.ə) çata bilməz.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə)həyatı haqqında qısa məlumat

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..