Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Fevral 20:50
3 Şərh
6888

Həzrət Adəmdən (ə) əvvəl yaşamış insanlar

İnsanşünaslıq elmi iddia edir ki, Həzrət Adəmdən (ə) əvvəl yer üzündə müxtəlif insanlar yaşamışdılar. Bu iddialarını Yer kürəsinin müxtəlif yerlərindən tapdıqları insan skeletinin hissələrinə əsasən söyləmişdilər. Onların bəzisinin ömrü bir milyon və bəzisininki isə 750 min ildir.

Qazıntılardan əldə edilmiş sümüklər ilk olaraq İndoneziyada, sonra Çində tapılmışdır. Bu insanların ən çox yaşlı olanını neandertallar adlandırmışdılar ki, o, başqa qədim insanların əcdadı olmuşdur. Bu insanlar miladdan əvvəl 70000 ilə 130000 arasında yaşamışdılar. Dünyanın çox yerinə dağılışmışdılar. (Tebyan/Deyerler)

Müqəddəs səma kitabı olan Qurani-Kərim hər bir hadisədən xəbər verən bir kitab olduğu üçün, Həzrət Adəmdən (ə) əvvəl yaşamış insanlar haqqında da xəbər verməlidir.

Bəli, Qurani-Kərimdə bəzi ayələr vardır ki, Həzrət Adəmdən (ə) əvvəl insanların yaşamasına işarə edir. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini)qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin)qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik»”. (“Bəqərə” 30).

Təfsirçilər xəlifə dedikdə, iki nəzəriyyəni irəli sürüblər.

Birinci nəzəriyyə.

İnsanın bir və ya bir neçə növü yer üzündə yaşamışdır. Onlar yer üzündə fəsad törətməyə və qan tökməyə başlamışdılar. Sonra isə nəsilləri tükənmişdir. Mələklərin nəzərinə görə, xəlifənin xüsusiyyətləri gərək Allaha bənzər olsun və Onun sifətlərinə malik olsun. Ona görə də Allaha belə fikir bildirirlər.

İkinci nəzəriyyə.

Allah Təala ona görə onu canişini adlandırır ki, Allah bəndələri arasında hökm verən zaman Onun canişini olur. Allah Təala öz canişinlərinə yerdən istifadə edib, bəhrələnmək haqqını vermişdir.

Bu iki nəzəriyyə də Həzrət Adəmdən (ə) əvvəl insanların olduğuna işarə edir və bizi uzaqlara aparır. Bu insanlar yer üzündə yaşamış və sonra fəsad törətdiklərinə görə nəsilləri kəsilmişdir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..