Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Aprel 09:45
1 Şərh
4259

İmam Zaman ağanın (ə.f) qeybi dövründə möminlərin vəzifələri

Ayətullah Şeyx Muhəmmədtəqi İsfahani-Nəcəfi adı ilə məşhur olan alimdir. Bu alim öz kitabında möminlərin İmam Zaman ağanın (ə.f) qeybi zamanı 54 vəzifəsini iki cild kitabda dərc etdirmişdir ki, bu vəzifələrin bəzisinə nəzər salaq.

1. Həzrətin (ə.f) məzlumiyyətinə və ondan ayrı olduğumuza görə qəmgin olmaq. İmam Sadiq (ə) buyurur: “Hər kim bizə görə üzülər və məzlumiyyətimizə görə qəmgin olar, nəfəs almağı təsbihin savabına malikdir”.

2. Həzrətin zühurunun intizarını çəkmək. İmam Cavad (ə) buyurur: “Bizim Qaim – o Məhdidir (ə.f) ki, onun qeyb olduğu zamanda intizarında olmaq vacibdir və o, mənim övladlarımın üçüncüsüdür”. Əmirəl-möminin (ə) buyurur: “Ən üstün ibadət – fərəcin intizarında olmaqdır”.

3. Həzrətin (ə.f) müsibətinə göz yaşı tökmək. İmam Rza (ə) buyurur: “Hər bir mömin bizim müsibətimizi yada salar – yəni, Peyğəmbərin (s) və hər bir İmamın (ə) (müsibətini) – ağlasın və ya bizə edilən zülmə görə ağlatsın. Qiyamət günü bizimlə və bizim dərəcəmizdə olar”.

4. İmamın (ə.f) əmrinə təslim olmaq. İmam Cavad (ə) buyurur: “Məndən sonra İmam – oğlum Əlidir (ə). Onun əmri – mənim əmrimdir. Onun sözü – mənim sözüm, ona itaət – mənə itaətdir. Ondan sonrakı İmam – oğlu Həsəndir (ə). Onun əmri – atasının əmri, sözü – atasının sözü, itaəti – atasının itaətidir”. Sonra sakit oldu. Hədisi nəql edən soruşur: “Yəbnə Rəsulallah! Bəs Həsəndən (ə) sonra İmam kimdir?”. Həzrət (ə) şiddətlə ağlayır. Buyurur: “İmam Həsən Əsgəridən (ə) sonrakı İmam – oğlu Qaim Müntəzirdir (ə.f)”. Soruşur: “Ona niyə Qaim (ə.f) deyirlər?”. Buyurur: “Ona görə ki, İmama inananların çoxlu mürtəd olduğu üçün qaim edər”. Soruşur: “Bəs niyə onu Müntəzir adlandırırlar?”. Buyurur: “Ona görə də qeybinin günləri çox olar və qeyb olduğu zaman uzun çəkər. Muxlislər onun qiyamının intizarını çəkər və şəkk edənlər onu inkar edərlər. İnkar edənlər onun zikrini istehza edərlər və hər kim zühurunun vaxtını müəyyən edər – yalançıdır. Əcələ edənlər həlak olar və təslim olanlar nicat tapar”.

5. Malını onun yolunda xərcləmək. İmam Sadiq (ə) buyurur: “Allah yanında heç bir şey malını İmam (ə) üçün sərf etməkdən sevimli deyildir. Həqiqətən Allah möminin öz malından İmam (ə) üçün sərf etdiyi bir dirhəminin əvəzində Ühüd dağı boyda behiştdə ona əta edər. Allah Təala Quranda buyurmuşdur: “Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın?””. (“Bəqərə” 245).

6. Həzrətin (ə.f) salamatlığına görə sədəqə vermək.

7. Həzrətin (ə.f) sifətlərini tanımaq və hər bir halda ona yardım etməyə hazır olmaq. Qeybi zamanı isə nüdbə etmək.

8. Həzrətin (ə.f) mərifətini Allahdan istəmək və bu duanı oxumaq: “: «اللهمّ عرّفني نفسك، فانك إنْ لم تُعرّفني نفسك لم اعرف نبيّك، اللهمّ عرّفني رسولك فانّك إن لم تعرّفني رسولك لم اعرفْ حجّتك، اللهمّ عرّفني حجتك فانّك انْ لم تعرّفني حجتك ضللتُ عن ديني.

9. Bu duanı davamlı olaraq oxumaq. İmam Sadiq (ə) tövsiyə etmişdir. «يا الله يا رحمن يا رحيم يا مقلّب القلوب ثبّت قلبي علي دينك

10. Həzrətə (ə.f) görə qurban kəsmək.

11. Həzrətin (ə.f) əsil adını dilinə gətirməmək. Yaxşı olar ki, ləqəbləri ilə çağırmaq.

12. Həzrətin (ə.f) adı çəkiləndə, xüsusilə də Qaim (ə.f) adı çəkiləndə ayağa qalxmaq.

13. Dua edən zaman Allaha Həzrətin (ə.f) haqqında and vermək və Həzrəti (ə.f) öz şəfaətçisi qərar vermək.

14. Həzrətin (ə.f) xüsusi salavatını demək: «اَللهُمَّ صَلِّ عَلي مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ اَللهُمَّ اِنَّ رَسُولَكَ الصّادِقَ الْمُصَدَّقَ صَلَواتُكَ عَلَيْهِ وَآلِهِ قالَ اِنَّكَ قُلْتَ ما تَرَدَّدْتُ في شَيءٍ اَ نَا فاعِلُهُ كَتَرَدُّدي في قَبْضِ رُوحِ عَبْدِي الْمُؤْمِنِ يَكْرَهُ الْمَوْتَ وَاَكْرَهُ مَسآئَتَهُ اَللهُمَّ فَصَلِّ عَلي مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَعَجَّلْ لِوَلِيِّكَ الْفَرَجَ وَالْعافِيَةَ وَالنَّصْرَ وَلا تَسُؤْني في نَفْسي وَلا في اَحَدٍ مِنْ اَحِبَّتي.»

15. Quran oxumaq kimi saleh əməllərinin savabını, İmam Zaman ağaya (ə.f) hədiyyə etmək.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..