Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Fevral 12:54
Şərh Yoxdur
2830

İslam Peyğəmbərinin (s) nübuvvət üstünlüyünün 11 hüccəti

Dünya yaranan gündən bu dünyaya 124 min peyğəmbər gəlmişdir. Bu peyğəmbərlər içərisində Allah Təala bəzilərini bəzilərindən üstün qərar vermişdir. İslam Peyğəmbəri (s) isə bütün peyğəmbərlərdən (ə) üstündür. İslam Peyğəmbərinin (s) nübuvvət üstünlüyünün hüccətlərə nəzər salaq:

 

1. Birinci hüccət. Allah Təala buyurur: “(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”. (“Ənbiya” 107). Əgər bütün aləmdəkilər üçün rəhmətdirsə, deməli bütün aləmdə olanlardan üstündür.

 

2. İkinci hüccət. Allah Təala buyurur: “Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə Yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan). (“Şərh” 4). Allah Təala Həzrət Muhəmmədi (s) yada salmağı şəhadətlərdə, azanda və təşəhhüddə Öz adına yaxın qərar verir, halbuki başqa peyğəmbərlər bu cür deyildir. (Erfan/Deyerler)

 

3. Üçüncü hüccət. Allah Təala Rəsuli-Əkrəmə (s) itaət etməyi Özünə itaət etməyə yaxın qərar vermişdir. “Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib”. (“Nisa” 80). Öz beyətini onun beyətinə yaxın qərar vermişdir. “Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər”. (“Fəth” 10).

 

4. Dördüncü hüccət. Həzrət Peyğəmbərin (s) möcüzəsi başqa peyğəmbərlərin möcüzəsindən daha üstündür. Ona görə də Peyğəmbəri-Əkrəm (s) başqa peyğəmbərlərdən üstündür.

 

5. Beşinci hüccət. Həzrət Peyğəmbərin (s) ən böyük möcüzəsi – Qurani-Kərimdir və o, hərflərdən və səslərdən ibarətdir. Bu hərf və sözlər qalıcı möcüzədir. Allah Peyğəmbərin (s) möcüzəsini əbədi olaraq qalıcı qərar vermişdir, lakin o biri peyğəmbərlərin möcüzəsi fanidir və aradan getmişdir.

 

6. Altıncı hüccət. Allah Təala peyğəmbərlərindən danışandan sonra İslam Peyğəmbərinə (s) buyurur: “Biz səni onların hallarından agah etdik və sən onların ən gözəllərini və ən yaxşılarını seç. Onların hamısında onlara iqtida et”. Bu, o deməkdir ki, İslam Peyğəmbərində (s) bütün İlahi peyğəmbərlərin xüsusiyyətləri cəm olmuşdur və ona görə də İslam Peyğəmbəri (s) daha üstündür.

 

7. Yeddinci hüccət. Allah Təala buyurur: “Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonunadək) qoruyan və (salehlərə)müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik”. (“Səba” 28). İslam Peyğəmbəri (s) bütün dünya üçün məbus olmuşdur və ona görə də onun əziyyəti başqalarından daha çox olmuşdur. Bu da o deməkdir ki, o, daha üstündür.

 

8. Səkkizinci hüccət. Həzrət Peyğəmbərin (s) dini daha üstün bir dindir. Ona görə də o, ən üstün peyğəmbərdir. Bu din daha kamil və daha fazil olduğu üçün savabı da çoxdur.

 

9. Doqquzuncü hüccət. Həzrət Peyğəmbərin (s) ümməti ən üstün ümmət kimi tanıdılmışdır. Ona görə də bu ümmətin peyğəmbəri də üstün peyğəmbərdir.

 

10. Onuncü hüccət. Peyğəmbər (s) bütün peyğəmbərlərin xatəmidir. O, hamıdan üstün olduğu üçün xatəmdir.

 

11. On birinci hüccət. Peyğəmbərlərin bir-birindən üstün olmasının bir çox amilləri vardır ki, onlardan biri də möcüzələrinin sayının çox olmasıdır. İslam Peyğəmbəri (s) həyatı boyu üç mindən çox möcüzə göstərmişdir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..