Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Avqust 11:28
1 Şərh
5668

Yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et!

“And olsun şəhadət verənə və şəhadət verilənə.”[1]

İmam Sadiq (ə) (həmin ayənin təfsirindən) buyurub: “Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.”[2]

Həzrət Məhəmməd (s) buyurub: “Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.”[3]

İmam Əli (ə) buyurub: “Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.”[4]

İmam Baqir (ə) buyurub: “Həm xeyir, həm də şər cümə günü ikiqat artar.”[5]

İmam Baqir (ə) buyurub: “Cümə günü sədəqənin savabı ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür.”[6]

Həzrət Məhəmməd (s) buyurub: “Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, Cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.”[7]

İmam Sadiq (ə) buyurub: “Cümə qüslu insan paklığı və həftəlik günahlarının kəffarəsidir.” [8]

Qeyd: Cümə qüslunu, Cümə günü, gün çıxandan gün batana qədər etmək olar amma fəzilətli vaxtı gün çıxandan zöhr namazı vaxtına qədərdir.

 

www.ahliman.info
________________________

[1] Buruc, ayə 3

[2] Məani əl-Əxbar, səh.299, hədis 18

[3] Biharul-Ənvar, c.89, səh.267, hədis 5

[4] Biharul-Ənvar, c.104, səh.73, hədis 24

[5] Biharul-Ənvar, c.89, səh.283, hədis 28

[6] Səvabul-Ə’mal, səh.220, hədis 1

[7] Biharul-Ənvar, c.81, səh.129, hədis 18

[8]Vəsailuş-Şiə c2-səh,945, Biharul-Ənvar c78-səh,128

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..