Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Dekabr 11:25
Şərh Yoxdur
2916

Əvvəli küfr, axırı iman olan müqəddəs kəlmə

İmam Sadiqin (ə) dostlarından olan İbni Əbi Leyla nəql edir: “Bir gün Nəman Kufi ilə bir yerdə İmamın (ə) xidmətinə getmişdik və Həzrət (ə) onu görən kimi mənə buyurdu: “Bu şəxs kimdir?”.

Dedim: “Kufə əhalisindən olan Nəman Kufidir ki, rəy və nüfuz sahibidir”.

Həzrət (ə) buyurdu: “Həmin o kəsdir ki, öz rəy və nəzəri ilə əşyaları bir-biri ilə müqayisə edir?”.

Dedim: “Bəli”.

İmam (ə) üzünü Nəmana tutub buyurdu: “Ey Nəman! Başını bədəninin başqa üzvləri ilə müqayisə edə bilərsənmi?”.

Nəman dedi: “Xeyr”.

İmam (ə) buyurdu: “Yaxşı iş görmürsən. O kəlməni tanıyırsanmı ki, əvvəli küfr, axırı imandır?”.

Nəman dedi: “Xeyr”.

İmam (ə) buyurdu: “Göz suyunun şor olmasına, qulaq mayesinin acı olmasına, hulqumun rütubətli olmasına və ağız suyunun dadsız olmasına görə biliyin vardırmı?”.

Dedi: “Xeyr”.

İbni Əbi Leyla deyir: “Mən İmama (ə) ərz etdim: “Qurban olum, siz özünüz onların cavabını verin ki, bəhrələnək””.

İmam (ə) buyurdu: “Həqiqətən Allah Təala insan gözünü piydən və yağdan yaratmışdır. Əgər şor mayə orada olmasa, piy tezliklə xarab olar. Başqa bir xasiyyəti də budur ki, əgər gözə bir şey düşərsə, suyun şor olmasına görə məhv olar. Gözə zərər vura bilməz. Allah qulaqda acılıq qərar vermişdir ki, həşəratların beynə daxil olmasına mane olsun.

Ağız suyunun dadsız olması – əşyaların dadını hiss etməyə səbəb olar. Hulqumun rütubətli olması sayəsində baş və sinənin qarışıqları (bəlğəm) xaric olar.

Ancaq o kəlmə ki, əvvəli küfr və axırı imandır: “Lə iləhə illəllah”dır. Əvvəli “Lə iləhə”dir ki, yəni “heç bir Allah və Xaliq mövcud deyildir”. Sonu isə “illəllah”dır, yəni “Tək olan Allahdan başqa””. (Avini/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..