Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Oktyabr 09:25
Şərh Yoxdur
5428

İmam Həsən Müctəbanın (ə) ürəkdağlayan şəhadəti

İmam Sadiq (ə) nəql edir: “Həzrət İmam Həsən (ə) öz əhli-beytinə belə buyurmuşdu: “Mən Peyğəmbər (s) kimi zəhərlə şəhid olacağam”. Və soruşurlar ki, bu işi kim görəcəkdir? Həzrət buyurur: Bu işi həyat yoldaşım Cödə – Əşəs ibni Qeysin qızı görəcəkdir. Müaviyyə gizli şəkildə ona zəhər göndərəcəkdir və ona əmr edəcəkdir ki, bu zəhəri mənə içizdirsin”. Deyirlər ki, onu evindən çıxart. Buyurur: “Onu evimdən necə çıxardım ki, hələ bir iş görməmişdir. Əgər onu evimdən çıxartsam, ondan qeyrisi məni öldürməyəcəkdir. İnsanların yanında (Cödənin) üzrlü səbəbi olacaqdır ki, cinayət etmədən məni evindən çıxartdı”.

Təbii ki, İmam (ə) bunun nə zaman baş verəcəyini dəqiq bilmirdi, belə ki, əks təqdirdə bu zəhərin içilməsinin qarçısını ala bilərdi.

Bir müddət sonra Müaviyyə çoxlu mal ilə bir yerdə öldürücü zəhəri də Cödə üçün göndərir. Ona xəbər göndərir ki, əgər bu zəhəri İmam Həsənə (ə) içizdirsə, ona yüz min dirhəm verəcək və oğlu Yezidlə evləndirəcəkdir. Ona görə də bu qadın İmamı (ə) öldürmək üçün cürət edir.

Həzrət (ə) bir gün oruc tutmuşdu və həmin gün çox isti idi və susuzluq ona təsir etmişdi. İftar zamanı çox susuzlamışdı. Həmin qadın süddən şərbət düzəldir və zəhəri də içinə tökür. Sonra İmama (ə) verir və İmam Həsən (ə) də onu içir. İçən zaman zəhəri hiss edir və buyurur: “İnnə lilləh və inna ileyhi raciun”. Sonra Allaha həmd edir ki, bu fani dünyadan cavidan dünyaya yollanır. Babasını, atasını, anasını, əmisi Cəfəri və Həmzəni görəcəkdir.

Üzünü Cödəyə çevirir və buyurur: “Məni öldürdün, Allah da səni öldürsün. Allaha and olsun ki, məndən sonra canişinin olmayacaqdır. Həmin şəxs səni aldatdı, Allah səni və onu Öz əzabı ilə xar etsin”. Həzrət Həsən (ə) iki gün məşəqqət çəkdi və şəhadətə çatdı…

Müaviyyə də həmişəki kimi vədinə əməl etmədi və vədə verdiyi pulu verdi, ancaq Yezidlə evləndirmədi. O, demişdi: “O kəs ki, Həsənə (ə) vəfa etmədi, Yezidə də vəfa etməyəcəkdir”. 

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..