Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Dekabr 11:46
Şərh Yoxdur
20218

Peyğəmbərimiz (s) Əhli-Beytin (ə) yuxuları vasitəsilə nə kimi xəbərlər vermişdir?

Yuxu görmək Allahın sirlərindən biridir ki, insan varlığına qoymuşdur. Hədisləri oxuyan zaman belə nəticəyə gəlmək olur ki, sadiq yuxular vardır ki, insan bu yuxularda Məsumları (ə) görə bilər. Bu da onun həmin Məsumla (ə) olan ruhi və mənəvi rabitəsindən irəli gəlir.

İmam Sadiq (ə) bu cür yuxuları təsdiq edərək buyurmuşdur: “Atam cəddim Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Hər kim məni yuxuda görər, yəqinliklə məni görmüşdür. Çünki şeytan nə mənim simamda, nə mənim vəsilərimin birinin simasında və nə də onların davamçılarının birinin simasında zahir olmaz””. (Həvzəh/Deyerler)

Adi insanlarla yanaşı Məsumlar (ə) da Peyğəmbəri (s) öz röyalarında görmüşdülər. Əlbəttə onların yuxusunun keyfiyyəti adi insanların yuxusundan fərqlidir. Məsumlar (ə) dəfələrlə yuxuda Peyğəmbərdən (s) göstəriş alıb, ona əməl etmişdilər.

Həyatda olan zaman Məsumların (ə) arasından Həzrət Fatimə (s.ə), İmam Əli (ə), İmam Hüseyn (ə), İmam Kazım (ə) və İmam Rza (ə) Peyğəmbəri (s) yuxuda görmüşdülər.

 

Həzrət Fatimənin (s.ə) yuxusu.

O zaman ki, Həzrət Fatimə (s.ə) əziz atasını əldən verir, onun qəmindən taqətsiz olur. Peyğəmbər (s) dəfələrlə qızıın yuxusuna gəlib, ona təskinlik vermişdi. İmam Sadiq (ə) bu yuxulardan birini bizim üçün şərh edir: “Peyğəmbərin (s) vəfatından sonra Fatimə (s.ə) uzun bir yuxuda atasını görür. Ona qoşulacağını müjdə verir və hətta behiştdə olan evini qızına göstərir. O zaman ki, Fatimə (s.ə) yuxudan ayılır, Əmirəl-mömininə (ə) buyurur: “Nə zaman dünyadan getsəm, kəfən və dəfn mərasimimdə Ümmi Səlimə, Ümmi İmən, Fizzə, kişilərin içərisindən iki oğlum, Abbas, Salman, Əmmar, Miqdad, Əbuzər və Həzifədən savayı heç kimə xəbər etmə”.

İmam Əlinin (ə) yuxusu.

İmam Əli (ə) də Həzrət Peyğəmbəri (s) dəfərlələ yuxuda görmüşdü və bu yuxulardan birini Əllamə Məclisi nəql edir: “Bir gün Həzrət Əli (ə) səcdədə o qədər ağlayır ki, ağlamaq səsi şiddətlənir. Bunun səbəbini soruşan zaman buyurmuşdu: “Allahı səcdədə çağırırdım və bu halda yuxu məni apardı. Elə bir yuxu gördüm ki, məni narahat etdi. Gördüm ki, Peyğəmbər (s) dayanmışdır və buyurur: “Ey Əbəl Həsən! Sənin qeybinin zamanı uzanmışdır və mən səni görməyə müştaqam. Allahım səninlə bağlı mənə verdiyi vədələrinə vəfa etmişdir. Mənə vədə vermişdir ki, səni, həyat yoldaşını, iki övladını və nəslini İliyinin ali dərəcəsində qərar verəcəkdir”. Dedim: “Atam sənə fəda olsun! Ey Rəsulallah! Bizim davamçılarımızın taleyi nə olacaqdır?”. Buyurdu: “Bizim davamçılarımız bizdəndirlər. Onların sarayları bizim saraylarımızın kənarında olacaqdır”. Dedim: “Ya Rəsulallah! Bizim davamçılarımız üçün dünyada nə olacaqdır?”. Buyurdu: “Təhlükəsizlik və salamatlıq”. Dedim: “Bəs ölən və can verən zaman nə olacaqdır?”. Buyurdu: “O zaman hər biri öz nəfsinin hökmranı olacaqdır və ölüm mələyinə əmr ediləcəkdir ki, onun ardıcılı olsun”. Dedim: “Bu cür biri vardırmı?”. Buyurdu: “Bəli. Bizim davamçılarımızdan hər biri bizi daha çox sevərsə can verən zaman canı elə çıxar, necə ki, sizlərdən hər biriniz isti yay günlərində soyuq su içərsiniz”””.

 

İmam Hüseynin (ə) yuxusu.

Hədislərə görə İmam Hüseyn (ə) üç dəfə babasını yuxuda görmüşdür. Biri pak türbətin yanında, biri Tasua gününün əsrində, biri də Aşura günündə olmuşdur. İmam Hüseyn (ə) Həzrət Peyğəmbərin (s) qəbrinin kənarında o qədər ağlayır ki, yuxu onu aparır. Yuxuda görür ki, Peyğəmbər (s) mələklərlə bir yerdə ona tərəf gəlir və onu qucaqlayıb sinəsinə sıxır. İki gözünün arasından öpür. Buyurur: “Mənim həbibim, Hüseyn! Sanki səni o günlərdə görürəm ki, öz qanına bulanmısan. Kərbəla diyarında ümmətimin bir dəstəsi arasında öldürüləcəksən. Sən o zaman susuzsan və heç kəs səni sirab etmir. Bu, o haldadır ki, onlar mənim şəfaətimə ümid bəsləyirlər. Vay olsun onlara! Allah şəfaətimi nəsibləri etməsin. Bil ki, atan, anan, qardaşın mənim yanımdadır və indi sənin görüşünün müştaqıdırlar. Sənin üçün behiştdə dərəcələr vardır ki, ona ancaq şəhadət və Allah yolunda öldürülməklə çatmaq olar””.

İmam Kazımın (ə) yuxusu.

İmam Masa Kazım (ə) nəql edir: “Çərşənbə axşamı gecəsi cəddim Peyğəmbəri (s) yuxuda gördüm və mənə buyurdu: “Ey Musa! Sən zülm görmüş məhbussan”. Dedim: “Bəli, ya Rəsulallah! Mən məzlum məhbusam. Həzrət (s) buyurdu: “Mən bilmirəm, bəlkə də bu sənin üçün imtahandır. Səhəri edən zaman oruc tut və sonrakı iki günü də oruc tut. İftar zamanı 12 rükət namaz qıl və hər rükətində bir dəfə “Həmd” surəsini və 12 dəfə “İxlas” surəsini oxu. O zaman ki, onun dörd rükətini qıldın, səcdəyə get və de: «یا سابق الغوت و یا سامع کل صوت، یا محیی العظام و هی رمیم بعد الموت اسالک باسمک العظیم الاعظم ان تصلی علی محمد عبدک و رسولک و علی اهل بیته الطاهرین و ان تعجل لی الفرج مما انا فیه” Həzrətin (s) dediyi kimi etdim və zindandan azad olmaq zəminələrim hazır oldu”.

 

İmam Rzanın (ə) yuxusu.

İmam Rza (ə) Məmunun vəliəhdi seçiləndən sonra Xorasana yağış yağmır və Məmun İmama (ə) deyir ki, yağış yağması üçün dua etsin. İmam (ə) razı olur və Məmun soruşur ki, nə zaman dua edəcəksən? İmam (ə) buyurur: “Bazar ertəsi günü. Dünən gecə Peyğəmbərlə (s) İmam Əlini (ə) yuxuda gördüm. Mənə buyurdular: “Övladım! Bazar ertəsinə qədər səbir et və sonra yağış istəmək üçün səhraya yollan. Allah onlara yağış göndərəcəkdir””.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..