Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Oktyabr 19:32
Şərh Yoxdur
4786

Günahı tərk etmək üçün İmam Hüseynin (ə) 5 tövsiyəsi

İmam Hüseyn (ə) də başqa İmamlar (ə) kimi, dövrünün yolunu azmışlarını hidayət edir və günahkarlarını günahlarını tərk etməyə vadar edirdi. Günahkarların tövbəsini qəbul edir və onları səadətə tərəf dəvət edirdi. Çünki yaxşı bilirdi ki, günah – Allahın düşmənidir.

 

Hədislərin birində oxuyuruq ki, Həzrət (ə) özünü günahdan uzaqlaşdıra bilməyən şəxsə belə tövsiyələr verir: “Beş əməli yerinə yetir və sonra hansı günahı istəsən, yerinə yetir.

Birincisi budur ki, Allahın ruzisini yemə və hər günahı istəsən, yerinə yetir.

İkincisi – Allahın vilayətindən çıx və hər günahı istəsən, yerinə yetir.

Üçüncüsü – Allahın səni görmədiyi yeri tap və hər günahı istəsən, yerinə yetir.

Dördüncüsü – o zaman ki, ölüm mələyi ruhunu qəbz etmək üçün gələr, onu yanından qov və hər günahı istəsən, yerinə yetir.

Beşincisi o zaman ki, Malik (cəhənnəm mələyi) səni cəhənnəmə daxil edər, ona daxil olma və hər günahı istəsən, yerinə yetir”. (Tebyan/Deyerler)

 

Əgər günahkar insan bu deyilənlər haqqında düşünsə, başa düşər ki, hər yer Allahın yeridir və Ondan gizli yer mövcud deyildir. Hər əməlinə görə hesab verəcəkdir. Belə bir insan qəflətdən ayılar və günahı tərk etməyə çalışar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..