Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Fevral 10:00
Şərh Yoxdur
6769

313 nəfərdən 50 nəfəri qadınlardır

 İmam Mehdinin  (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq.

 

Bir çox hədislərə əsasən, İmam Mehdinin (ə.f) Bədrdə döyüşən səhabələrin sayı qədər, yəni 313 nəfər səhabəsi olacaq.[1]  Bəzi hədislərdə də bildirilir ki, İmam Mehdinin  (ə.f) zühurdan sonra on minədək səhabəsi olacaq.

İmam Baqir (ə) buyurmuşdur: “İmam Mehdinin (ə.f) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan başqa məbud qalmaz…[2]

 

Şeyx Tusi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misir, Şam və İraqdan gələnlər var…”[3]

İbn Tavus öz kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını qeyd etmişdir.

Nömani nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var”.[4] Müfəzzəl ibn Ömər İmam Sadiqə (ə) istinadən bildirib ki, Qaimin (ə) səhabələri arasında on üç nəfər qadın da var.[5]

 

Bəzi hədislərdə bildirilir ki, həzrətin əlli qadın səhabəsi həmin 313 nəfərdəndir. Cabir ibn Yezid Cövfi nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar…[6]

 

www.ahliman.info

[1] Yәnabiul-Mәvəddəd, səh.509; Elamul-vəri, səh.433

[2] Həmin mənbə

[3] Tusi, Əl-ğeybət, səh.284

[4] Nömani, Əl-ğeybət, səh.279

[5] Dəlailul-imamət, səh.259; İsbatul-hudat, c.3, səh.75

[6] Məcməul-zəvaid, c.7, səh.315

 

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..