Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Mart 14:54
Şərh Yoxdur
1543

Həzrət Məsumə Ayətullah Mərəşiyə buyurur: Biz nə vaxt səni unutmuşuq ki, bizdən şikayətçisən?

Ayətullah Mər`əşi Nəcəfi deyir:
Qızımı gəlin köçürmək istəyirdim. Cehiziyyəsini verməyə maddi imkanım yox idi. Həzrət Məsuməni (s) ziyarət edib, o həzrətə təvəssül edərək ağlar gözlə dedim: “Bu şəhərdə mənim sahibim sizsiniz. Nə üçün mənim həyatıma əhəmiyyət vermirsiz?”
Ziyarətdən evə qayıtdım. Aləmi-mənada bir nəfər qapını döydü. Qapıya çıxdım. Qapıya gələn adam dedi ki, Xanım (s) səni çağırır. Tələsik hərəmə getdim. İçəri daxil olanda gördüm bir neçə kəniz qızılı eyvanı təmizləyirlər. Soruşdum nə məsələdir? Dedilər ki, Xanım (s) indi gələcək. Bir qədər sonra Xanım (s) gəldi. Nənəm Zəhraya (s) oxşayırdı (Həzrət Zəhranı (s) bundan öncə üç dəfə yuxuda görmüşdüm). Bibimin yanında getdim və əlini öpdüm.
Mənə dedi: “Ey Şəhab, biz nə vaxt səni unutmuşuq ki, bizdən şikayətçisən? Sən Quma gəldiyin zamandan bizim nəzərimiz sənin üzərindədir.“.
Bu görüşdən az sonra həmin problemim həll edildi.

 

www.ahliman.info
(Əlirza Müstəşari, “Maarife təbliğ”, 1-ci dəftər, s.77).

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..