Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 İyul 14:56
Şərh Yoxdur
2974

Həqiqi mömin necə olmalıdır?

Mömin insan üçün həqiqi sevinc o zaman meydana gələr ki, bir addım Allaha daha çox yaxınlaşar. Bəs həqiqi mömin necə olmalıdır?

1. Allaha yada salaraq, həyatında sevinc yaratmalıdır. İslam dininin nəzərinə görə, o həyatda ki, Allah yada salınmaz – həmin həyatın heç bir sevinci və ləzzəti olmaz. Allahı yada salmaqdan uzaq olmaq insan həyatını çətinləşdirər. Əksinə, Allah yada salmaq həyatına sevinc və ləzzət qatar. Ona görə də həqiqi mömin o kəsdir ki, Allahı yada salaraq qəlbi aramlıq tapar və sevinc və şadlıq əldə edər. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

2. Allaha və Məsumlara (ə) təvəssül etmək. Həqiqi möminin başqa bir xüsusiyyəti – əməllərində Allaha və Məsumlara (ə) təvəssül etməsidir.

3. Allaha təvəkkül etmək. Həqiqi mömin o kəsdir ki, həyatından razıdır və hər bir işində Allaha təvəkkül edər. Allaha təvəkkül etmək həyatını daha xoşbəxt və şad edər. Allaha təvəkkül edərək həyatda müvəffəqiyyət qazanar və çətin həyat yolunu asanlıqla başa vurar. O kəslər ki, Allaha təvəkkül edərlər, çətin və böyük işlərdə ən az təzyiq hiss edərlər. Həyatın ağır küləkləri qarşısında davamlı dağ kimi dayanarlar. (Erfan/Deyerler)

4. Həyatlarından razıdırlar. O kəs ki, imanlıdır, Allahın ona verdiyi nemətlərdən razı olar və ona qane olar. Halbuki, elə insanlar vardır ki, böyük sərvətə malik olmaqlarına baxmayaraq, həyatlarından razı deyildirlər. Ona görə də bu qədər imkanlarının olmasına baxmayaraq, davamlı olaraq şikayət edərlər. İmam Əli (ə) övladlarına belə tövsiyə verir: “Sizə iki şeyi tövsiyə edirəm: birinci İlahi təqva və ikincisi isə işlərinizdə nəzmi”.

5. Həyatda hədəfə malik olmaq. O kəs ki, bütün işlərini proqram üzərində həyata keçirər və hədəfə malik olar – müvəffəq və xoşbəxt insanlardırlar. Həqiqi möminin sifətlərindən biri də budur ki, həyatda ali hədəflərə malik olsun və işlərini nəzm və proqram üzərində həyata keçirtsin.

6. Sadiq və düzdanışandır. İslam dininin fəzilətli sifətlərindən biri – sədaqətdir. Mömin insan sadiq və düzdanışandır. Bu insan sadiq olduğu üçün bütün çətinliklərdən çıxış yolu tapa bilir. Riya, nifaq, ikiüzlü olmaq mömin insanın sifətlərindən olmamalıdır. Əgər mömin insan öz düşmənlərinə qarşı belə sadiqcəsinə rəftarlar büruzə versə, faydasına sona çatar. Sadiq insana hamı etimad edir və ona görə də ona hamı ehtiram göstərir.

7. Tənbəl deyildir. Tənbəllik bu gün bir cəmiyyət üçün ən böyük problemlərdən biri sayılır. O cəmiyyətdə ki, möminlər yaşayır, orada tənbəllik olmamalıdır. Tədqiqatlar göstərir ki, fəal və məşğul insanlar daha sağlam və daha xoşbəxt həyata malikdirlər. 

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..