Bu gün Tasua günüdür. Sabah iyul ayının 28-i Aşura günüdür. Aşura gecəsinin və gününün əməlləri
Aşura gecəsinin əməlləri:
1. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: “Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar.”
2. Namazlar
* Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində “Fatihə” surəsindən sonra 50 dəfə “İxlas” surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la quvvatə illa billahil aliyyul-azim” zikri deyilir.
* Əmirəl möminin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .
* 100 rəkət namaz. (yəni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yəni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hövlə vəla qüvvətə illa billahil əliyil əzim.
3. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.
4. Dua, ibadət və istiğfar etmək.
Aşura gününün əməlləri:
1. İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: “Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər”.
2. İmam Hüseyni (ə) ziyarət etmək.
3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.
4. İmam Hüseyn (ə) zəvvarlarına su vermək.
5. 1000 dəfə “İxlas” surəsini oxumaq.
6. “Aşura” ziyarətini oxumaq.
7. 1000 dəfə “Allahumməl`ən qətələtəl-Huseyn” zikrini demək.