Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Fevral 16:05
Şərh Yoxdur
1973

Ustad Fatimi Niya: İnsanda gərək İmam Zamana (ə.f) qarşı bir növ qeyrət hissi olsun!

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Həmd olsun Allaha ki, şiələrin qəlbində İmam Zamana (ə.f) eşq var. Allah-təala bu eşqi günbəgün daha da artıq etsin, inşallah! Əbu Xalid Kabilinin nəql etdiyi hədislərin birində Həzrət Səccadın (ə) dilindən belə nəql edilir:

Allah vəlisinin qeybətdə olduğu zamanda yaşayan insanlar Həzrətin (ə) intizarındadırlar və Onun imam olduğuna iman gətirib əqidə bəsləyirlər. Onlar bütün zaman və dövrlərdə yaşamış insanlardan daha fəzilətlidirlər. Çünki Allah-təala axirəz-zaman şiələrinə elə bil ağıl, şüur və bəsirət vermişdir ki, imamın (ə.f) qeybətdə olmasına baxmayaraq sanki onu görürmüş kimi davranırlar.”

Diqqət yetirməli olduğumuz məsələ bundan ibarətdir ki, İmam Zamana (ə.f) olan bu məhəbbət və şövqümüzdən sui-istifadə edilməsin və bu hisslər yalnış yollara yönəldilməsin! Çox ehtiyatlı olmaq lazımdır ki, bu məsələ ləkələndirilməsin və mövzunun səviyyəsi aşağı düşməsin. Son zamanalar, bəzi hallarda bu məsələ öz həqiqi mənasını itirmişdir. Xüsusilə də cavanlarımız ehtiyatlı olmalıdırlar ki, çox tez aldanmasınlar və kimsə hansısa iddiaya düşürsə, dərhal bu iddiaları qəbul etməsinlər!

Bir qrup təqvasız insanlar cavanların duyğu və hisslərindən sui-istifadə etməyə çalışırlar. Belə insanlar özləri üçün dükan açmaq və cah-calal əldə etmək üçün İmam Zamanın (ə.f) adından maya götürürlər! Kim insanların İmam Zamana (ə.f) olan eşqindən sui-istifadə edərsə, mütləq üzüqara və rüsvay olacaqdır! İnsanda gərək İmam Zamana (ə.f) qarşı bir növ qeyrət hissi olsun! Həzrətin hüzuruna müşərrəf olmaq, İmamla görüşmək çox dəyərli və nəfis bir məqamdır, amam belə də sadə bir məsələ deyil ki, hər kim gəlib belə bir iddia irəli sürsün. biz də onu qəbul edək!

Hər şeydən əvvəl bilməliyik ki, İmam Zamanı (ə.f) görməkdən daha mühüm məsələ bizim Allah bəndəsi olmağımız və Həzrətin bizdən razı qalmasıdır.

Dualarımızda deyirik: “Allahım! İmam Zamanın qəlbini bizdən razı et!” Biz bu duanı edir və rahat keçib gedirik. Amma bizdən kimsə bu duanın necə əhəmiyyətli olduğunu bilirmi? Bundan başqa nə istəyir axı? Deməli ən mühüm məsələ, Allaha bəndə olmaqdır. Əgər Həzrət özünü göstərərsə, bundan böyük səadət nə ola bilər?! Əgər Həzrət özünü göstərməsə, demək məsləhət görülməyib. O Həzrətin razılığı, eynilə Allahın razılığı deməkdir. Bu isə zahiri görməkdən çox üstün və mühüm bir məsələdir.

Övliyalardan olan bir nəfər mənə bir əhvalat nəql etmişdi: Bir şəxs tövbə etmişdi. Həzrətin görüşü ona nəsib olmuş, amma onu tanımamışdı (Allahın iradəsi bu olmuşdur ki, o, həzrəti tanımasın). Həmin tövbə edən şəxs bu əhvalatı öz ustadına danışır və deyir: Bu gün çox nurani bir cənabla tanış oldum, mənə filan məsələləri danışdı. Ustadı başa düşür ki, bu şəxs Həzrət İmam Zaman (ə.f) imiş, amma şagirdinə bu barədə söz demir.

Növbəti dəfə ustad şagirddən soruşur:

-Sən həmin ağanı yenə də görürsənmi?

Deyir:

-Bəli, bəzən görürəm!

Bu dəfə əgər görsən, ona de ki, filankəs salam göndərib və deyir: Mən də sizi siyarət edə bilərəmmi?

Həmin şagird öz ustadının sözlərini Həzrətə çatdırır (amma özü bu dəfə də Həzrətin kim olduğundan xəbərsiz olur), Həzrət isə cavabında belə deyir:

Ustadına salam söylə və ona de ki, biz səndən razıyıq, amma görüşməyimiz məsləhət deyil!

Ola bilər ki, hansısa pak qəlbli və təqvalı bir insan Həzrətin xüsusi inayət və diqqətində olmuş olsun, amma onun özü bundan xəbərsiz olsun!

Həzrət İmam Zamanla (ə.f) bağlı diqqət yetirməli olduğumuz digər bir məsələ isə bundan ibarətdir ki, insanların zehnində Həzrət İmam Zaman (ə.f) barədə qılınc əlində hamının başını vurmaq istəyən çox qəzəbli bir insan obrazı yaratmaq və Həzrəti bu cür təqdim etmək olmaz. Necə ki, Həzrətin məhz bu cür olduğunu söyləyirlər.

İmamın məqamını bu cür təqdim etmək, həqiqət və reallıqdan çox uzaqdır. Həzrət İmam (ə) ümmətin həqiqi atasıdır. O çox mehriban ata, mərhəmət və rəhmətlə dolu bir dəryadır. Həzrət insanları öldürmək üçün gəlməyib! O, Allahın rəhman və rəhim ismidir. Əlbəttə, Həzrətin hakimiyyəti bütün dünyanı əhatə edəcəyindən, əgər kafir və düşmənlər ədalət və şəriətin geniş formada yayılmasına maneə olsalar, həmin maneələr aradan qaldırılacaq. Mikrobu aradan qaldırmaq və təmizləmək gərəkdir. Çünki mikroblar başqalarının da sağlamlığı üçün təhlükə hesab edilirlər.

Gərək Həzrətin (ə.f)  zühur etməsinin həsrətində olasan və özünü o günlər üçün hazırlayasan. Nəfsi paklamaqla məşğul olmaq, təqvaya riayət etmək və dua etməklə Allahdan Həzrətin tezliklə zühur etməsini və bütün aləmi nurla, sevinclə, bərəkətlə, rəhmətlə, maarif və tövhidlə doldurmasını istəməliyik.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..