Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Sentyabr 09:38
Şərh Yoxdur
4075

Ayətullah Cavadi Amuli: “İmamlar (ə) adi məsələlərdə qeyb elmindən istifadə etməzdilər”

 

Ayətullah Cavadi Amuli tələbələrlə görüşən zaman buyurmuşdur: “Əhli-Beyt (ə) üçün salavat göndərmək, xüsusilə də namazın təqibatlarında iki xüsusiyyətə malikdir: biri odur ki, onların göstərişlərinə əməl etmək tövfiqi insana nəsib olar. O biri isə budur ki, adları insanın ruh və zehnində mələkə halını alar. Qəbir suallarına cavab verə bilər. Biz bilirik ki, İmamların (ə) söz və əməli bizim üçün hüccətdir. Allah onlara bu kamalı vermişdi ki, qeyb elmindən istifadə etsinlər. Ancaq onlar adi məsələlərdə qeyb elminə əməl etməzdilər.

Əgər haqqın, batilin, haram və halalın nə olduğunu bilmək istəyiriksə, bunu Əhli-Beytin (ə) vasitəsilə başa düşürük. Bu sahədə itrət ilham və qeyb elmi ilə hərəkət edərdilər.

Əgər kimsə imamət məqamına çatıbdırsa, mütləq qeyb elmi olmalıdır. Ancaq əgər imamət məqamına çatmayıbdırsa, qeyb elmini isbat etməlidir.

Başqa bir tərəfdən hər kim ki, İmamdır – qeyb elmi olmalıdır. Ancaq bu, o mənanı vermir ki, hər kim ki, İmam deyildir, qeyb elminə malik ola bilməz. Həzrət Zəhra (s.ə) haqqında deyirlər ki, Peyğəmbərin (s) rehlətindən Xanımın (s.ə) şəhadətinə qədər Cəbrayil (ə) davamlı olaraq onun yanına gəlib-gedirdi.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kimsə mənim məhkəməmə gəlsə və mənim məhkəməmdə və əlimdə olan mala görə yalandan and içsə, məbada deyər ki, mən haqqı Peyğəmbərin (s) əlindən almışam. Xeyr, bu mal – atəşin bir parçası olan haram maldır. Çünki biz zahirə əsasən əməl edirik ki, insanlar azad şəkildə öz yollarını seçə bilsinlər”.

Məsumların (ə) qeyb elmindən nə zaman istifadə etdikləri barəsində özləri buyurur ki, biz zərurət olan zaman ancaq qeyb elminə əməl etmirik, adi məsələlərdəki sübutlara da əməl edirik.

Bəzən İlahi övliyaların imamət məqamını təsdiq etmək üçün Allah onları düçar edərdi. Necə ki, Leylətul-məbitdə olduğu kimi. İlahi imtahan və iftixar idi və İmam Əlinin (ə) məqamını təsdiq edirdi.

Allah Təala “Əhqaf” surəsində Peyğəmbərə (s) buyurur ki, keçmiş ümmətlərin macəralarını bil və İbrahimi, Salehi, Yaqubu yada sal ki, çətinliklərdə aram olasan və ümmətin də onlardan ibrət alsın.

Ad – üsyünkar bir qövm idi və Hud onların peyğəmbəri idi. O, öz qövmünə deyir ki, əgər bütpərəstliyi tərk etməsələr, əzaba düçar olacaqlar. Bu əzab dünyalarına aid idi və əlbəttə, Qiyamətdə kafirlər atəşə düşəcəklər.

Hud deyir ki, əzab qətidir, ancaq hansı zamanda olacağının elmi Allahın yanındadır. Ad qövmü gördü ki, üfüqdə buludlar meydana gəldi, elə bildilər ki, yağış yağacaq. Ancaq Hud dedi ki, bu bulud sizi həlak etmək üçün gəlmişdir. O külək ağrılı əzab gətirir. Ad qövmü səhər olmamış İlahi əzaba düçar oldular. Allah Təala bu ayənin davamında Həzrət Peyğəmbərə (s) buyurur ki, möhlət vermək bizim əsil işimizdir. Belə deyildir ki, hər kəs azad şəkildə fırlansın və hər nə istəyir etsin, Bizim də onunla işimiz olmasın.

Ad qövmünün o qədər mal-dövləti, evləri və torpaqları var idi ki, Peyğəmbərin (s) qövmünün sərvəti ona çatmaz. Quran bu mövzuya işarə edərək, Peyğəmbərə (s) buyurur ki, Hicaz təkəbbürlülərinə de ki, sizdən əvvəl daha güclü qövmlər var idi ki, siz onların qarşısında heç bir şey deyilsiniz. Ona görə də mal və dövlətinizlə qürurlanmayın.

İnsanın təsdiq və inkarı gərək tədqiq edilmiş olsun. Əks halda elə bir gün gələcəkdir ki, insan dili, qulağı və dərki qarşısında məsul olacaqdır”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq,... Davamı..

İmam Əli (ə): “Аllаh, Muhəmməddən (s) yахşı insаn yаrаtmаyıb”

Bir nəfər, Əmirəl-möminindən (ə), о Həzrət qılıncının qаyışını bеlinə bаğlаmış hаldа Kufə məscidində оlаrkən Pеyğəmbərin cismаni хüsusiyyətləri bаrədə suаl sоruşdu. İmаm (ə)... Davamı..

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud günüdür

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım... Davamı..

Həzrət Muhəmməd (s): “Sizin ən təqvаlınız və Аllаhı ən yахşı tаnıyаnınız mənəm”

Həzrət Muhəmməd (s) peyğəmbərimiz özü haqda buyurur: “Mən, Аllаhın tərbiyə еtdiyi, Əli isə mənim tərbiyə еtdiyimdir.” “Еy insаnlаr! Mən əslində Аllаh tərəfindən... Davamı..

Həzrət Zəhranın (s.ə) sevgisi insana 7 yerdə xüsusi bəhrə verər

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Salman! Fatiməni (s.ə) sevmək yüz yerdə insanın halına faydalı olar ki, onların ən rahat olanları ibarətdir:  ... Davamı..

Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam

Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq: 1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə)... Davamı..

Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz

“Ey Əbuzər! Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz”. Şöhrət və sərvət üçün elm dalınca gedənlər bir tərəfə qalsın,... Davamı..