Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Avqust 09:48
1 Şərh
2766

Kimsə yoxsulluq qorxusundan borcunu qaytarmazsa, Allah onu yoxsul edər

Bu gün texnologiya və elm inkişaf etsə də, insanların maddi çətinlikləri artmaqdadır. Bu gün cəmiyyətdə ən mühüm problem – yoxsulluq və insanların borclanmasıdır.

İslam dini o kəsi ki, öz gəliri ilə özünü dolandıra bilir, ancaq daha yaxşı yaşamaq üçün borc altına girir – məzəmmət edir və bu əməli məkruh hesab edir. Ancaq əgər ciddi maddi vəsaitə ehtiyac duyarsa, ehtiyacı olan məbləğ həmin məkruhatı azaldar.

Borc mövzusunda dinimizin ən çox bəhs etdiyi məsələ dinə vəfalı olmaqdır. Belə ki, Qurani-Kərimi buyurur: “Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin”. (“Maidə” 1).

Mən əgər kimdənsə borc almışamsa, onunla müqavilə bağlayıram ki, filan vaxtda borcumu qaytaracağam və bu zaman üzərimə öhdəçilik götürmüş oluram. Əgər borcu vaxtında ödəyə bilməsəm, əhdimə vəfa etməmiş oluram.

İmam Əli (ə) buyurur: “Ən pis insan o kəsdir ki, əmanətə sadiq olmaz və xəyanətdən uzaq olmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşısı o kəslərdir ki, borcunu yaxşı əda etsin”.

Hədislərimizdə oxuyuruq ki, əgər kiminsə borcu varsa və onu qaytarmaq imkanına malik olarsa, ancaq təxirə salarsa – zülm etmiş olar. Əslində xəyanətkardır.

İmam Baqir (ə) buyurur: “Əgər kimsə yoxsulluq qorxusundan borcunu qaytarmazsa, gərək bilsin ki, Allah onu yoxsul etməyə daha qadirdir o zamana qədər ki, o, öz ehtiyacsızlığını başqalarının haqqını vermədən təmin etmək istəyər”. İmamın (ə) məqsədi budur ki, insan əgər borcu qaytarmağa qadir olarsa, amma onu yoxsulluq qorxusundan qaytarmazsa, Allah onu yoxsul və ehtiyaclı edər.

Qurani-Kərim borc verən insana buyurur: “Əgər (borclu şəxs) sıxıntı və ehtiyac içində olsa, onda imkanı olana kimi ona möhlət vermək (sizin öhdənizədir). Və sədəqə verməyiniz (borcu bağışlamaq) sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz!”. (“Bəqərə” 280). Bu zaman kin sevgi və məhəbbətə çevriləcəkdir.

 

Bəs nə edək ki, borcumuzu qaytara bilək?

İmam Baqir (ə) bizlərə borcdan xilas olmağın yolunu göstərir və buyurur: “Hər kim ömrü boyu bir dəfə də olsa “Yasin” surəsini oxusa, yoxsulluğa, borc almağa, evinin xarab olmasına, dəliliyə düçar olmaz. Cüzam və vəsvəsəyə və başqa ziyanlı xəstəliklərə düçar olmaz. Allah ölümün çətinliklərini onun üçün asan edər və Özü ruhunun qəbz olmaq işini öhdəsinə götürər. O kəslərdən olar ki, Allah Təala ruzi genişliyini, ölən zaman şad olmasını və axirət mükafatlarından sevinmək vasitələrini (onun üçün) zəmanət edər”.

Əlbəttə, qeyd etmək lazımdır ki, bu surəni oxumaqla iş bitmir. İnsanın yoxsulluğunun və borcunu tez bir zamanda qaytarmasının əsil şərti – tənbəllikdən uzaq olması, səy göstərməsi, yalan danışmaması, xümsünü verməsi və başqa kəbirə günahlardan uzaq olmasıdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Nimeyi-Şaban gecəsinin əməlləri

Bu gecə Nimeyi-Şaban daxil olur Hədislərdə qeyd olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Tövsiyyə olunur ki, bu gecə... Davamı..

Allah-Təala buyurur: “Mömin kişilərə və qadınlara de ki, gözlərini nаməhrəmlərdən çеvirib yеrə diksinlər”

Həzrət Məhəmməd (s) buyurub: “Аlimə bахmаq ibаdətdir. Ədаlətli rəhbərə bахmаq ibаdətdir. Аtа-аnаyа məhəbbətlə bахmаq ibаdətdir. Аllаhа хаtir sеvdiyin qаrdаşа bахmаq ibаdətdir.” “Üç... Davamı..

Ayətullah Misbah Yəzdi: “Problemlərin həlli üçün onun-bunun qabağında boyun bükmək gərək deyil. Axı sadəcə İmam Zaman ağanin (ə.f.) bircə nəzəri kifayətdir…”

Ayətullah Misbah Yəzdi bəzi məddəhların Əhli-beyt (ə) haqqında yazdıqları şeirləri tənqid etdimişdir və bu cür şeirlərin ali məzmunlara malik olmamasını vurğulamişdır. Çünki... Davamı..

İmam Əli (ə): “İçində ibrət оlmаyаn hər bir bахış, əbəsdir”

İmаm Əli (ə) buyurub: “Göz qəlbin qаsididir.” “Göz qəlbin хəfiyyəsi və аğlın qаsididir.” “Qəlb gözün kitаbıdır.” “Gözlərin bахışlаrı şеytаnın tоrlаrıdır.” “Gözün kоrluğu... Davamı..

Bu gün Şaban ayının ilk günüdür. Bu ayın müştərək əməlləri və zikrləri

Bu gün Fevral ayının 22-i müqəddəs  Şaban ayının ilk günüdür. Şaban ayı mübarək Ramazan ayına son hazırlıq fürsəti sayılır. Hədis və rəvayətlərdə... Davamı..

Namazı keyfiyyətli qılmaq istəyənlər üçün Ayətullah Behcətdən tövsiyələr

Ayətullah Behcətin namazda qəlb hüzuru ilə bağlı nəzərləri vardır ki, onlara işarə edək: “Qəlb hüzuru mövzusunda bir giriş var və bir də... Davamı..

Ustad Fatimi Niya: İnsanda gərək İmam Zamana (ə.f) qarşı bir növ qeyrət hissi olsun!

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Həmd olsun Allaha ki, şiələrin qəlbində İmam Zamana (ə.f) eşq var. Allah-təala bu eşqi günbəgün daha... Davamı..

İmam Əli (ə): “Kim cаmааtа qаrşı insаflı оlsа, Аllаh mütləq оnun izzətini аrtırаr”

İmаm Əli (ə) buyurub İnsaflı olmaq haqda buyurub: “İnsаf хislətlərin ən üstünüdür.” “İnsаf qəlbləri bir-birinə bаğlаyır. ” “Əlаqə tеlləri insаfın оlmаsı nəticəsində... Davamı..