Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 İyul 09:19
Şərh Yoxdur
1777

14 Məsum (ə) Qədir-Xum barədə

Qədir-Xum hadisəsinə əhəmiyyət vermək – Əziz Peyğəmbərin (s) risalətinə əhəmiyyət vermək deməkdir. Məsumların (ə) mübarək dilindən bu hadisə haqqında deyilənləri izləyək.

Allahın Rəsulu (s).

Şeyx Səduq “Əmali” adlı kitabında İmam Sadiqdən (ə), o da cəddindən belə nəql edir: “Bir gün Əziz Peyğəmbər (s) Əmirəl-möminə (ə) buyurur: Ey Əli! Allah “Maidə” surəsinin ayəsini sənin vilayətin haqqında nazil etmişdir. Əgər mənə əmr edilən şeyi təbliğ etməsəm, əməlim batil olar. O kəs ki, Allahla sənin vilayətin olmadan görüşərsə, əməli batildir. Ey Əli, mən Allahın kəlamından başqasını demirəm”.

İmam Əli (ə).

Səlim ibni Qeys Həlali, Əmirəl-möminin (ə) Əbu Bəkrlə beyətinə işarə edərək, demişdir: “Əli (ə) insanlara buyurdu: “Ey müsəlmanlar, mühacirlər və ənsarlar. Məgər eşitməmisinizmi ki, Peyğəmbər (s) Qədir-Xum günü bunları deyib?” Sonra Peyğəmbərin (s) həmin günü buyurduqlarını insanlara dedi və onlar dedilər ki, düz deyirsən. Sonra Əbu Bəkrə dedi: “Qədir-Xum günü Peyğəmbərdən (s) gələn bu hədisəyə əsasən mən sənin və müsəlmanların mövlasıyam, yoxsa sən?”. Əbu Bəkr dedi: “Sən””.

Həzrət Fatiməyi-Zəhra (s.ə).

Həzrət Fatiməyi-Zəhradan (s.ə) soruşurlar: “Atanız vəfat etməmişdən qabaq Əlinin (ə) vilayəti haqda bir şey deyibmi?” Xanım buyurub: “Qəribədir, siz Qədir-Xum gününü yaddan çıxartmısınız?!”.

İmam Həsən Müctəba (ə).

İmam Cəfər Sadiqdən (ə) belə nəql edilir: “İmam Həsən (ə) Müaviyə ilə atəşkəs etmək istəyəndə ona buyurmuşdu: “Müsəlman ümməti Peyğəmbərdən (s) eşidiblər ki, atam haqqında buyurub: “Sənin mənə nisbətin Harunun Musaya (ə) olan nisbəti kimidir”. Həmçinin görüblər ki, Peyğəmbər (s) onu Qədir-Xum günü İmam təyin etmişdir”.

İmam Hüseyn (ə).

Səlim ibni Qeys yazır: “İmam Hüseyn (ə) Müaviyənin (lən) ölümdən qabaq Allah Evini ziyarət edir. Sonra Bəni-Haşimi toplayıb, deyir: Bilirsinizmi ki, Peyğəmbəri-Əkrəm (s) Əlini (ə) Qədir-Xum günü təyin etmişdir?” Hamı dedi: “Bəli””.

İmam Zeynəlabidin (ə).

İbni İshaq yazır: “Əli ibni Hüseynə (ə) dedim: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”, cümləsinin mənası nədir? Buyurdu: “Onlara xəbər verdi ki, o, özündən sonra İmamdır”.

İmam Baqir (ə).

Əban ibni Təğəllub deyir: “İmam Baqirdən (ə) “Mən hər kimin mövlasıyamsa, Əli də oun mövlasıdır”, cümləsi haqqında soruşdum. Həzrət (ə) buyurdu: “Ey Əba Səyid! Peyğəmbər (s) buyurdu: “Əmirəl-möminin (ə) insanların arasında mənim canişinim olacaqdır”.

İmam Cəfər Sadiq (ə).

Zeyid Şəham deyir: “İmam Sadiqin (ə) yanında idim. Mötəzilidən olan bir kişi sünnət haqqında soruşdu. Həzrət cavabında buyurdu: “Adəm övladının ehtiyacı olduğu hər bir şey Allah və Peyğəmbər (s) sünnətində mövcuddur”.

İmam Musa Kazım (ə).

Əbdurrəhman ibni Həcac, Həzrət Musa ibni Cəfərdən (ə) Qədir-Xum məscidində namaz haqqında soruşur. Həzrət buyurur: “Namaz qıl, həqiqətən onda böyük fəzilət vardır və atam ona əmr edir”.

İmam Rza (ə).

Muhəmməd ibni Əbi Nəsr deyir: “İmam Rzanın (ə) xidmətində idim. Məclisdə camaat çox idi. Bir-biri ilə Qədir-Xum haqqında danışırdılar. İnsanların bəzisi bu hadisəni inkar edirdilər. İmam (ə) buyurur: “Atam atasından nəql edir ki, Qədir günü səma əhlinin yanında məşhurdur, nəinki yer əhlinin. Ey Əbi Nəsr, harada olursan-ol, bu günü Əmirəl-möminin (ə) yanında ol. Allah həqiqətən həmin günü mömin qadın və kişilərin 60 illik günahlarını bağışlayar. Ramazan ayında insanları cəhənnəm atəşindən xilas etdiyi kimi, həmin günü də onun iki bərabərini xilas edər”. Sonra buyurdu: “Əgər insanlar bu günün dəyərini bilsəydilər, şübhəsiz mələklər hər gün onların on dəfə əlini çıxardılar”.

İmam Muhəmməd Cavad (ə).

İbni Əbi Əmir, İmam Cavaddan (ə) “Maidə” surəsinin 1-ci ayəsi haqda belə nəql edir: “Əziz Peyğəmbər (s) on yerdə xəlifəliyə işarə etmişdir. Sonra bu ayə nazil olmuşdur”.

İmam Hadi (ə).

Şeyx Müfid “İrşad” kitabında İmam Hadinin (ə) dili ilə nəql edir: “İmam Cavad (ə) Qədir-Xum günündə Həzrət Əlini (ə) ziyarət edir və buyurur: “Şəhadət verirəm ki, Allahın mədhi sənə məxsusdur və Ona itaətdə muxlissən. Allah “Maidə” surəsinin 67-ci ayəsində Peyğəmbərə (s) əmr etmişdir. Sonra da Peyğəmbər (s) üzünü insanlara tutub soruşmuşdu: “Öhdəmə düşənləri elan etmişəm?” Hamı dedi: “Bəli”. Sonra buyurdu: “Allahım, şahid ol!” Sonra buyurur: “Mən möminlərə onların özlərindən də yararlı deyiləmmi?” Dedilər: “Bəli”. O zaman Əlinin (ə) əlini tutub, buyurur: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır””.

İmam Həsən Əsgəri (ə).

Həsən ibni Zərif, İmam Həsən Əsgəriyə (ə) məktub yazır və soruşur: “Peyğəmbərin “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”, cümləsinin mənası nədir? Həzrət cavabında buyurur: “Allah iradə buyurmuşdur ki, bu cümlə nişanə və bayraq olsun. Allahın ordusu münaqişələr zamanı onunla tanınsın”.

İmam Zaman (ə.f.).

O Həzrətə aid olan “Nüdbə” duasında belə oxuyuruq: “Elə ki, onun ömrü sona çatdı (Qədir-Ximda) öz vəlisi Əli ibni Əbitalibi (ə) ayağa qaldırıb, Allahın əmri ilə müsəlmanlara hidayətçi etdi. Çünki o, İlahi əzabdan qorxan idi və hər bir qövm üçün də bir hidayətçi olmalıdır. Həzrət Peyğəmbər (s) camaat onu ətrafını tutmuş halda buyurdu: “Mən hər kimin mövlasıyamsa və ixtiyar sahibiyəmsə, Əli də onu mövlası və ixtiyar sahibidir”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Ayətullah Cavadi Amuli: “İmamlar (ə) adi məsələlərdə qeyb elmindən istifadə etməzdilər”

  Ayətullah Cavadi Amuli tələbələrlə görüşən zaman buyurmuşdur: “Əhli-Beyt (ə) üçün salavat göndərmək, xüsusilə də namazın təqibatlarında iki xüsusiyyətə malikdir: biri odur... Davamı..

Bu gün həzrəti Rüqəyyənin (s) şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür Bu gün Həzrət İmam Hüseynin (ə) məzlum balası Həzrət Rüqəyyənın (s.ə) Şamın xarabasında şəhid olduğu... Davamı..

İmanın həqiqəti budur ki, haqqı sənin zərərinə olsa belə, sənin faydana olan batildən üstün biləsən

Hədislərimiz bizə möminliyin bəzi əlamətlərini tanıdır ki, bu əlamətləri özümüzdə inkişaf etdirək.   Onlardan ikisi ilə tanış olaq:   1. Həzrət Peyğəmbərdən (s) gələn... Davamı..

İmam Hüseyn (ə) buyurdu: Südəmər balamı yanıma gətir onunla vidalaşım

İmam Hüseyn (ə) xeymənin qapısına tərəf gəlib Zeynəbə (s.ə) buyurdu: “Südəmər balamı yanıma gətir, onunla vidalaşım“. Həzrət, Əli Əsgəri qucağına alıb öpmək... Davamı..

Həzrət Hüseyndən (ә) həyatınızı dəyişəcək kəlamlar

“Әgәr üç şеy оlmаsаydı, bәşәr hеç nәyin qаrşısındа әyilmәzdi: 1. Kаsıblıq; 2. Хәstәlik; 3. Ölüm.”[1] “Sаlаmın yеtmiş sаvаbı vаr. Оnun аltmış dоqquzu... Davamı..

İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?

İmam Zaman ağanın (ə.f) zühurunu tezləşdirə bilən amillərdən biri də İmam Hüseynin (ə) qanının intiqamını istəməkdir. Bu, elə bir işdir ki, Allahdan... Davamı..

Bu gecə Məhərrəm ayı daxil olur. Bu gecənin və ayın əməlləri

Bu gecə şam namazından Məhərrəm ayı başlayır. Hicri-qəməri tarixi ilə 1442-ci ilin sonuncu Zilhiccə ayı bu gün bitir, iyulun 30-u isə 1443-cı... Davamı..

Bu gün İmam Museyi Kazımın (ə) mövlud günüdür

Bu gün müsəlmanların 7-ci imamı Həzrət İmam Museyi Kazımın (ə) mövlud günüdür. İmam Museyi Kazım (ə) hicri-qəməri təqvimi ilə 128-ci ildə zil-hiccə... Davamı..