Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 İyul 09:50
Şərh Yoxdur
3420

Cümə günü bu namazı qılan, Siratdan pərvaz edib keçər

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə günü dörd rükət namazı qılar ki, hər rükətdə “Həmd”dən sonra 51 dəfə “Tövhid” və 50 dəfə “Ayətül-kürsü” oxuyar, axirətdə Allah Təala ona iki qanad verər ki, Sirat körpüsünün üzərindən və behiştdə hara istəsə uça bilər”.

 

Digər gözəl əməl barədə İmam Sadiq (ə) buyurur: “Cümə günündə heç bir əməl Muhəmməd (s) və onun nəslinə göndərilən salavatdan üstün deyildir”.

 

Cümə günü sədəqə vermək baxımından da xüsusi fəzilət daşıyır. İmam Baqir (ə) buyurur: “Cümə gününün sədəqəsi, cümə gününün başqa günlərdən fəzilətinə görə ikiqat hesab olunur”.

 

Cümə günündə kiçik əməllə ailəni sevindirmək barədə isə Əmirəl-möminin (ə) buyurur: “Hər cümə axşamı bir qədər meyvə ilə mənzil əhlinə və ailənizə daxil olun ki, cümə günündə şad olmaqlarına səbəb olsun”.

 

Allah Təala bizlərə cüməni dərk etmək tövfiqi nəsib etsin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Muhəmməd (s): İnsаnlаrın ən hörmətlisi, bоş şеylərdən uzаq оlаnlаrdır

Allah Qurani-Kərimdə buyurub: “О kəslər ki, bоş şеylərdən üz döndəriblər.” “О kəslər ki, yаlаn yеrə şəhаdət vеrməz və bоş şеylərlə rаstlаşsаlаr, böyüklüklə... Davamı..

Ustad Fatimi Niya: Hər ayın və günün xüsusi hidayət və nuru var

Ustad Abdullah Fatimi Niya buyurur: Rəvayətlərdən birində deyilir ki, Əmirəlmöminin Əli (ə) bəzi ayların əvvəlində ayın hilal vəziyyətinə nəzər salar və belə... Davamı..

Bu gün Mübahilə günüdür – Günün əməlləri

Mübahilə elə bir gündür ki, Həzrət Peyğəmbər (s) mübarək əbasını İmam Əlinin (ə), Həzrət Fatimənin (s.ə), İmam Həsənin (ə) və imam Hüseynin... Davamı..

Həzrət Rəsulullah (s): Kim öz dilini аğzınа çəkməsə, günаhlаrdаn аmаndа qаlmаz

Həzrət Muhəmməd Rəsulullah (s) buyurub: “Gözəllik dildədir.” “Dilin gözəlliyi insаn üçün sərmаyədir.” “Аdаm səhəri аçаndа bütün bədən üzvləri dilin qаrşısındа bаş əyərək... Davamı..

Əgər insan təbiət aləmindən çıxıb yuxarı qalxsa, o zaman niyyət edib

Ayətullah Cavadi Amuli buyurur: Deyilənlərdən məlum olur ki, niyyət əməlin canıdır. “İbadət zamanı niyət edin” deməkdə məqsəd bu deyil ki, məsələn, namaz... Davamı..

Bugün Qurban bayramıdır – Bayram gününün əməlləri

Zilhiccənin 10-cu günü yəni bugün Müqəddəs Qurban bayramıdır. Qurban bayramı gününün əməlləri 1. Qüsl almaq. 2. Qurban bayramının namazını qılmaq. 3. “Səhifeyi-Səccadiyə”... Davamı..

Ərəfə duası. Ərəbcə transkripsiya və tərcümə

  Qalib Əsədinin övladları Bişr və Bəşir rəvayət edirlər ki, Ərəfə gününün axırı Ərəfatda İmam Hüseyn (ə)-ın xidmətində idik. Həzrət xeyməsindən çıxıb... Davamı..

İmam Əli (ə): Tərslikdən çəkin ki, оndа üzü-üstə dəyməkdən хilаs оlаsаn

Həzrət Muhəmməd Peyğəmbərimiz (s) buyurmuşdur: “Tərslikdən çəkin! Çünki оnun ilki nаdаnlıq, sоnu isə pеşmаnçılıqdır.”1   İmаm Əli (ə) buyurub: “Tərslik düşüncəni kəsər.”2... Davamı..