Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Mart 11:00
Şərh Yoxdur
660

İmamların (ə) nəzərini cəlb edən “Miftahul-Fəlah” kitabı

İslam maarifinin bir çox sahələrini əhatə edən “Miftahul-fəlah” kitabı rəbbani alim Şeyx Bəhaəddin Amili tərəfindən yazılmışdır. Bu kitab müsəlmanların gündəlik əməl ibadətlərinə dair əməli bir kitabdır. Şeyx bu kitabı yazdıqdan sonra yeganə nüsxəsini öz yanında saxlamış və belə bir kitabın yazıldığı barədə heç kəsə məlumat verməmişdir.

Əllamə Məclisinin ustadlarından biri, zəmanəsinin böyük alimlərindən olan mərhum Qazi Muizzuddin İsfahani deyir: “Mən imamlardan (ə) birini yuxuda gördüm və o həzrətdən bir hacət istədim: “Mənə belə bir proqram verin ki, hər iki dünyanın səadətinə zəmanət versin!“”

İmam (ə) buyurdu: ““Miftahul-Fəlah” kitabını tap və bu kitabda yazılanlara davamlı əməl et!

O, yuxudan oyanır və bu kitabı axtarmaq üçün kitabxanalara və alimlərin yanına gedir. Hər kimdən “Miftahul-Fəlah” kitaını soruşursa, belə bir kitabın mövcud olmadığını eşidir. Nəhayət Şeyx Bəhaəddinlə görüşür və ondan bu kitab barədə soruşur. Şeyx onun bu sualına təəccüb edib soruşur: “Sənə bu kitab barədə kim danışıb?

Qazi Muizzuddin yuxunu Şeyxə danışanda, o ağlayır və belə deyir: “Əlhəmdulillah, bu kitab İmamların (ə) nəzərini özünə cəlb edə bilmişdir!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..

Şərt qoymadan bəndəlik etməliyik

Misir ariflərindən birinin çox gözəl bir cümləsi vardır ki, insanı çox sevindirir: “Vahid Allahın qapısının yanında dur, amma qapıların üzünə açılması istəyilə... Davamı..

Batini gözəlliklə yanaşı, zahiri nuraniyyət əldə etmək istəyənlərə 6 tövsiyə

İmam Həsən Əsgəri (ə) buyurur: “Üzün gözəlliyi – zahiri gözəllik, ağılın gözəlliyi – insanın batini gözəlliyidir”. İmam Əli (ə) buyurur: “İnsanın gözəlliyi –... Davamı..

Ayətullah Amuli: “Namaz qılanlar Qiyamətə imanı olanlardır”

Ayətullah Cavadi Amuli buyurur: “Namaz qılanlar Qiyamətə imanı olanlardır. Çünki məadı xatırlamaq insanı pak edər. İnsanın bütün çətinlikləri Qiyaməti unutduğuna görədir. وَالَّذِينَ... Davamı..

Mübarək Nimeyi-Şaban gecəsinin əməlləri

Bu gecə Nimeyi-Şaban daxil olur Hədislərdə qeyd olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Tövsiyyə olunur ki, bu gecə... Davamı..