Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Fevral 10:20
Şərh Yoxdur
723

Ayətullah Misbah Yəzdi: Müğənnidən din haqqında soruşanlar müctəhiddən din haqqında soruşmağı qəbahət sayır

Ayətullah Misbah Yəzdi buyurur: Aydın oldu ki, elm və bilikdən məhrum olan insan ağıl və fitrətin hökmü ilə mütəxəssisə müraciət etməlidir. Xüsusilə dini məsələlərdə din alimlərinə müraciət etmək zəruridir. Belə bir müraciətin həyatı əhəmiyyəti var. Yalnız din alimlərinin göstərişləri sayəsində insan öz vəzifələri ilə tanış olub onlara əməl edə bilər. Məhz bu həqiqətlə bağlı Allah-taala buyurur: “Əgər bilmirsinizsə bilənlərdən (zikr əhlindən) soruşun.”[1] Bir daha qeyd edirik ki, istənilən bir sahədə həmin sahənin mütəxəssisinə müraciət etmək, ona təqlid ağıl və fitrətin əmridir. İnsanı daim doğru yoldan azdırmaq fikrində olan şeytanlar ən aşkar məsələləri də şübhə altına alırlar. Aşkar bir həqiqət olan dində təqlid mövzusu da şübhəli bir məsələ kimi təqdim edilir. Hansı ki, bütün din alimləri öz risalələrində dini hökmlərdə təqlidi şəri vəzifə sayırlar. İnsan ya müctəhid olmalı, ya ehtiyat yolunu tutmalı, ya da təqlid etməlidir. Dini hökmlərdə zəruri şərtlərə malik (cameuş-şərait) fəqihə təqlid olunmalıdır. Amma bəziləri həyasızlıqla “təqlid meymun işidir” söyləyirlər. Məgər müctəhidə təqlid bilmədiklərini bilən şəxsdən öyrənmək deyilmi?! Məgər xəstə öz dərdinə çarə qılmaq üçün həkimə müraciət etmirmi?! Hətta həkim özü xəstələndikdə özünə aid olmayan sahədə başqa bir həkimə müraciət edir və o həmin həkimin göstərişlərinə tabe olur.

Unutmamalıyıq ki, təqlidin müxtəlif mənaları var. Təqlidin arzulanmayan növləri də mövcuddur. Şəkk-şübhə yaradan insanlar bəyənilməyən təqlidi əllərində bəhanə tutaraq zəruri təqlidlərə qarşı hücuma keçirlər. Hansı ki, eyni bir söz müxtəlif mənalar daşıya bilər və hər bir mənanın öz hökmü olar. Bəzən mənalar arasında fərq o qədər böyük olur ki, onları ayırmaq çətin olmur. Misal olaraq “top” sözünü göstərə bilərik. Kürə şəkilli oyuncaq da, hərbdə işlənən mərmi atan silah da top adlanır. Bu mənalar arasında fərq o qədər böyükdür ki, onu hamı dərk edə bilir.

Bəli, bəzən bir sözün ayrı-ayrı mənaları o qədər yaxın olur ki, insan nəzərdə tutulan mənanı müəyyənləşdirə bilmir. Yalnız nəzər sahibləri bu mənaları xüsusi diqqət göstərərək bir-birindən seçə bilirlər. Eyni zamanda, şəkk-şübhə yaratmaq istəyənlər mənaların yaxınlığından sui-istifadə edərək müsbət mənanın üzərinə  kölgə salırlar. Onlar bu yolla öz çirkin məqsədlərini izləyir, ətrafdakıları aldadırlar.

Bütün bunları nəzərə alsaq, həm ayə və rəvayətlərin araşdırılmasında, həm də əqli mübahisələrdə hər nədən öncə mühüm sözləri (bir növ terminləri) dəqiq mənalandırmaq lazım gəlir. Məsələn, hazırkı söhbətimizdə  öncə “ətba”, “usvə”, “təqlid” sözlərinin mənasını dəqiq müəyyənləşdirməyə ehtiyac var. Təqlidin mənalarından biri cahilin alimə müraciət etməsidir. İstər nəzəri, istər əməli baxımdan uyğun məna müsbət dəyərləndirilir. Amma təqlid sözünün bəyənilməyən, məzəmmət edilən mənaları da var. Azğın insanlara kor-koranə itaət təqlidin mənfi mənalarındandır. Şübhəsiz ki, bu sayağı təqlidlər nəfs istəklərinə əsaslanır. Meymunlara xas olan təqlid də məhz bu təqliddir. Geri qalmış cəmiyyətlər, fərdlər, şəxsiyyətsiz insanlar bu qəbil təqlid yolunu izləyirlər. Məsələn, gənclər müxtəlif sahələrdə tanınmış şəxsiyyətlərə, musiqiçilərə, idmançılara təqlid edərək, onlar kimi geyinir, onlar kimi saç düzümü seçirlər. Bir gün hansısa kino ulduzu saçını müəyyən düzümə salırsa, kor-koranə təqlid edənlər səhəri gün eyni saç düzümünə maraq göstərirlər. Əlbəttə ki, bu sayağı təqlid məzəmmət olunur və cahilin  cahilə təqlidi sayılır. İnsan öz seçimi üçün dəlillərə malik olmalıdır. Kimlərinsə şəxsi baxışlar əsasında seçdiyi geyim dəbi və ya saç düzümü başqaları üçün nümunə ola bilməz. İnsanlar bu yönümdə müstəqil olmalı, öz seçimlərini aparmalıdırlar. Zahiri görünüşdə başqalarına təqlid elmi və məntiqi dəlillərdən uzaqdır. Kiməsə varlı olduğu üçün, idman meydanında seçildiyi üçün, kino ulduzu tək sevildiyi üçün təqlid etmək kökündən yanlışdır. Bəzən belə də olur ki, bir sahədə müvəffəqiyyət qazanmış insandan başqa sahə ilə bağlı məsləhət alırlar. Məsələn, ağırlıq qaldırma üzrə dünya çempionu olmuş bir şəxsdən iqtisadiyyat mövzusunda sorğu-sual aparırlar. Hansı ki, ondan yalnız idman haqqında soruşmaq olar. Bəzən də siyasət meydanında tanınmış insandan din haqqında açıqlama istənilir. Hətta aktyordan din haqqında soruşur və onun düşüncələrini norma kimi təqdim edirlər. Çox təəssüf ki, bu qəbil yanlış təqlid tez-tez gözə dəyməkdədir.

Hansı ki, dini məsələlərdə fəqihə təqlid edilməsi ağıl və fitrətin tələbidir, cəmiyyətin dini ehtiyaclarını ödəyir. Müğənnidən din haqqında soruşanlar müctəhiddən din haqqında soruşmağı qəbahət sayır, bu işi meymun işi sayırlar. Onların nəzərincə, ruhanilərin insanları dini məsələlərdə təqlidə dəvəti qəbahətli bir işdir. Hansı ki, bu yolda addım atanlar özləri meymun sayağı İslam düşmənlərinə təqlid edirlər. Onlar düşmən dəyirmanına su tökür, düşmənin proqramlarını həyata keçirirlər. Bu qəbil hərəkətlər məzəmmət olunur və nifrətəlayiqdir. Düşmənlərin son məqsədi insanları hətta peyğəmbər və məsum imamlara təqliddən çəkindirməkdir.

 

www.ahliman.info

[1] “Nəhl”, 43

Digər “Mənəviyyat ” Xəbərləri

Sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki, böyük əcri vardır

Allah övliyalarının öz şagirdləri üçün tövsiyə etdiyi dəyərli zikrlərdən biri “Bismilləhir-Rahmənir-Rahim”dir. Xüsusilə sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki,... Davamı..

Şeyx Rəcəbəli: “Həkim lazım deyil, uşağı elə vurmazlar!”

Hacı Şeyx Rəcəbəlini gecə məclislərinə aparıb-gətirən şəxslərdən biri də mərhum Sənubəri olmuşdur. Günlərin birində mərhum Sənubəri hazırlaşır ki, Hacı Şeyxi məclisə aparsın.... Davamı..

İmam Əli (ə): “Kim səndə оlmаyаn şеylərə görə səni tərifləsə, bu səni pisləməkdir”

Həzrət Muhəmməd (s) buyurub: “Еy Məsudun оğlu! Bеlə оlmаdığın hаldа, cаmааt səni tərifləyib “gündüzlər оruc tutur, gеcələr ibаdət еdir” dеsə, sеvinmə. Çünki... Davamı..

İmam Əli (ə): “Kim nаdаnın, özü hаqdа mədh və vəsfindən хоşhаl оlаrsа, аğıllı dеyil”

Həzrət Muhəmməd (s) buyurub: “Mədhdən və sitаyişdən çəkinin ki, bu bаş kəsməkdir.” “Bir kişinin iti bıçаqlа bаşqа kişiyə hücum еtməsi, оnu üzünə... Davamı..

Şeyx Rəcəbəli İmam Hüseyn (ə) ziyarətçisi olan xanıma “əməllərinin hamısını məhv etdin”dedi

Nəql edirlər ki, Mərhum Ağa Şeyx Rəcəbəli Xəyyat bir qrup insanlarla birlikdə Kərbəlaya müşərrəf olur və onların arasında bir ər-arvad da var... Davamı..

İmаm Əli (ə): “Kişi sözü ilə dеyil, əməli ilə imtаhаnа çəkilər”

Əmirəl-möminin İmаm Əli (ə) buyurur: “Həqiqətən, bizim işimiz çətin və gеctаpılаndır. Qəlbi imаn üçün Аllаh tərəfindən imtаhаn еdilən (хаlisləşdirilən) mömin bəndədən bаşqа,... Davamı..

İmam Əli (ə): “Hеç kəs əbəs yеrə yаrаdılmаyıb ki, əyləncə və qəflətdə gününü kеçirsin”

Qurаni-Kərim: “Bilin ki, dünyа həyаtı əslində оyun-оyuncаq, əyləncə, bər-bəzək və sizlərin bir-birinə öyünməsidir.” “Bir аlış-vеriş, yахud bir əyləncə gördükdə səni аyаq üstə... Davamı..

“Bismillah”ı namazda möhkəmdən demək hamıya bəlli edər ki, bu əməl lazımlı əməldir

Ayətullah Behcət buyurur: “Allahın bütün şüarları – əlamətdir. Nəyin əlamətidirlər? Misal üçün başını torpağa qoymaq – səcdə olunan Varlığı tanımağa və yadına... Davamı..