Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Fevral 10:20
Şərh Yoxdur
1367

Ayətullah Misbah Yəzdi: Müğənnidən din haqqında soruşanlar müctəhiddən din haqqında soruşmağı qəbahət sayır

Ayətullah Misbah Yəzdi buyurur: Aydın oldu ki, elm və bilikdən məhrum olan insan ağıl və fitrətin hökmü ilə mütəxəssisə müraciət etməlidir. Xüsusilə dini məsələlərdə din alimlərinə müraciət etmək zəruridir. Belə bir müraciətin həyatı əhəmiyyəti var. Yalnız din alimlərinin göstərişləri sayəsində insan öz vəzifələri ilə tanış olub onlara əməl edə bilər. Məhz bu həqiqətlə bağlı Allah-taala buyurur: “Əgər bilmirsinizsə bilənlərdən (zikr əhlindən) soruşun.”[1] Bir daha qeyd edirik ki, istənilən bir sahədə həmin sahənin mütəxəssisinə müraciət etmək, ona təqlid ağıl və fitrətin əmridir. İnsanı daim doğru yoldan azdırmaq fikrində olan şeytanlar ən aşkar məsələləri də şübhə altına alırlar. Aşkar bir həqiqət olan dində təqlid mövzusu da şübhəli bir məsələ kimi təqdim edilir. Hansı ki, bütün din alimləri öz risalələrində dini hökmlərdə təqlidi şəri vəzifə sayırlar. İnsan ya müctəhid olmalı, ya ehtiyat yolunu tutmalı, ya da təqlid etməlidir. Dini hökmlərdə zəruri şərtlərə malik (cameuş-şərait) fəqihə təqlid olunmalıdır. Amma bəziləri həyasızlıqla “təqlid meymun işidir” söyləyirlər. Məgər müctəhidə təqlid bilmədiklərini bilən şəxsdən öyrənmək deyilmi?! Məgər xəstə öz dərdinə çarə qılmaq üçün həkimə müraciət etmirmi?! Hətta həkim özü xəstələndikdə özünə aid olmayan sahədə başqa bir həkimə müraciət edir və o həmin həkimin göstərişlərinə tabe olur.

Unutmamalıyıq ki, təqlidin müxtəlif mənaları var. Təqlidin arzulanmayan növləri də mövcuddur. Şəkk-şübhə yaradan insanlar bəyənilməyən təqlidi əllərində bəhanə tutaraq zəruri təqlidlərə qarşı hücuma keçirlər. Hansı ki, eyni bir söz müxtəlif mənalar daşıya bilər və hər bir mənanın öz hökmü olar. Bəzən mənalar arasında fərq o qədər böyük olur ki, onları ayırmaq çətin olmur. Misal olaraq “top” sözünü göstərə bilərik. Kürə şəkilli oyuncaq da, hərbdə işlənən mərmi atan silah da top adlanır. Bu mənalar arasında fərq o qədər böyükdür ki, onu hamı dərk edə bilir.

Bəli, bəzən bir sözün ayrı-ayrı mənaları o qədər yaxın olur ki, insan nəzərdə tutulan mənanı müəyyənləşdirə bilmir. Yalnız nəzər sahibləri bu mənaları xüsusi diqqət göstərərək bir-birindən seçə bilirlər. Eyni zamanda, şəkk-şübhə yaratmaq istəyənlər mənaların yaxınlığından sui-istifadə edərək müsbət mənanın üzərinə  kölgə salırlar. Onlar bu yolla öz çirkin məqsədlərini izləyir, ətrafdakıları aldadırlar.

Bütün bunları nəzərə alsaq, həm ayə və rəvayətlərin araşdırılmasında, həm də əqli mübahisələrdə hər nədən öncə mühüm sözləri (bir növ terminləri) dəqiq mənalandırmaq lazım gəlir. Məsələn, hazırkı söhbətimizdə  öncə “ətba”, “usvə”, “təqlid” sözlərinin mənasını dəqiq müəyyənləşdirməyə ehtiyac var. Təqlidin mənalarından biri cahilin alimə müraciət etməsidir. İstər nəzəri, istər əməli baxımdan uyğun məna müsbət dəyərləndirilir. Amma təqlid sözünün bəyənilməyən, məzəmmət edilən mənaları da var. Azğın insanlara kor-koranə itaət təqlidin mənfi mənalarındandır. Şübhəsiz ki, bu sayağı təqlidlər nəfs istəklərinə əsaslanır. Meymunlara xas olan təqlid də məhz bu təqliddir. Geri qalmış cəmiyyətlər, fərdlər, şəxsiyyətsiz insanlar bu qəbil təqlid yolunu izləyirlər. Məsələn, gənclər müxtəlif sahələrdə tanınmış şəxsiyyətlərə, musiqiçilərə, idmançılara təqlid edərək, onlar kimi geyinir, onlar kimi saç düzümü seçirlər. Bir gün hansısa kino ulduzu saçını müəyyən düzümə salırsa, kor-koranə təqlid edənlər səhəri gün eyni saç düzümünə maraq göstərirlər. Əlbəttə ki, bu sayağı təqlid məzəmmət olunur və cahilin  cahilə təqlidi sayılır. İnsan öz seçimi üçün dəlillərə malik olmalıdır. Kimlərinsə şəxsi baxışlar əsasında seçdiyi geyim dəbi və ya saç düzümü başqaları üçün nümunə ola bilməz. İnsanlar bu yönümdə müstəqil olmalı, öz seçimlərini aparmalıdırlar. Zahiri görünüşdə başqalarına təqlid elmi və məntiqi dəlillərdən uzaqdır. Kiməsə varlı olduğu üçün, idman meydanında seçildiyi üçün, kino ulduzu tək sevildiyi üçün təqlid etmək kökündən yanlışdır. Bəzən belə də olur ki, bir sahədə müvəffəqiyyət qazanmış insandan başqa sahə ilə bağlı məsləhət alırlar. Məsələn, ağırlıq qaldırma üzrə dünya çempionu olmuş bir şəxsdən iqtisadiyyat mövzusunda sorğu-sual aparırlar. Hansı ki, ondan yalnız idman haqqında soruşmaq olar. Bəzən də siyasət meydanında tanınmış insandan din haqqında açıqlama istənilir. Hətta aktyordan din haqqında soruşur və onun düşüncələrini norma kimi təqdim edirlər. Çox təəssüf ki, bu qəbil yanlış təqlid tez-tez gözə dəyməkdədir.

Hansı ki, dini məsələlərdə fəqihə təqlid edilməsi ağıl və fitrətin tələbidir, cəmiyyətin dini ehtiyaclarını ödəyir. Müğənnidən din haqqında soruşanlar müctəhiddən din haqqında soruşmağı qəbahət sayır, bu işi meymun işi sayırlar. Onların nəzərincə, ruhanilərin insanları dini məsələlərdə təqlidə dəvəti qəbahətli bir işdir. Hansı ki, bu yolda addım atanlar özləri meymun sayağı İslam düşmənlərinə təqlid edirlər. Onlar düşmən dəyirmanına su tökür, düşmənin proqramlarını həyata keçirirlər. Bu qəbil hərəkətlər məzəmmət olunur və nifrətəlayiqdir. Düşmənlərin son məqsədi insanları hətta peyğəmbər və məsum imamlara təqliddən çəkindirməkdir.

 

www.ahliman.info

[1] “Nəhl”, 43

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..