Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Fevral 09:08
Şərh Yoxdur
2909

Bu gün imam Əliyyən Nəqinin (ə) şəhadət günüdür

Evində 20 il həbsdə olan mübariz İmam (ə)

Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid olmuşdur. O Həzrətin (ə) ləqəbi Hadi idi. Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samirra şəhərinə aparılmışdır. Ömrünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır. İmam Hadinin (ə) imaməti də atası kimi uşaq yaşlarından başlamışdır. Əhli-Beyt (ə) cəmiyyəti daim Həzrətin (ə) xidmətində hazır idi.

İmam Hadi (ə) bir neçə Abbasi xəlifəsinin dövründə imamlıq etmişdir. Daha çox Mütəvəkkil Abbasinin dövründə yaşamışdır.

Mütəvəkkilin xilafətinin ilk illərində yəni, 233-cü ildə İmamı (ə) Samirraya göndərir. O zaman Samirra Abbasi xilafətinin mərkəzi idi.

Xəlifənin hədəfi əziz İmamı (ə) nəzarəti altında saxlamaq idi. Mütəvəkkil başqa xəifələr kimi İmam Əli (ə) ardıcıllarının qiyamından qorxurdu. Həzrəti (ə) Samirraya gətirməklə bu qiyamın qarşısını almış oldu. Mütəvəkkil zahirdə İmama (ə) hörmət etdiyini göstərməyə çalışırdı. Ancaq əslində bütün hədəfi İmamın (ə) Əhli-Beyt (ə) davamçıları ilə əlaqəsini kəsmək olmuşdur.

Bəzən əsgərlər hətta İmamın (ə) evini axtarırdılar. Bir gün hətta gecə yarısı İmamın (ə) evinə girərək, onu ibadət halında gördülər və Mütəvəkkilin yanına apardılar. İmam (ə) elə bir şeir zümzümə etdi ki, xəlifə fikrə gedir. Bu şeir, axirətlərini fikirləşməyən hegemon insanlar haqqında idi – “Elə bilirlər ki, həmişə bu dünyada qalacaqlar”.

Mütəvəkkil o qədər qatı düşmən idi ki, hətta aşkarda İmama (ə) düşmənçiliyini bəzən göstərməyə cürət edirdi.

237-ci ildə Mütəvəkkil (lən), İmam Hüseynin (ə) Kərbəladakı hərəmini dağıtmağı əmr etdi. Əmr etdi ki, hərəmə gedən suyu bağlasınlar və qəbri yerlə yeksan edərək, şumlasınlar.

Mütəvəkkil (lən) ölməmişdən qabaq İmamın (ə) qətlinə əmr edir, amma əmri yerinə yetməmiş özü yatağında öldürülür.

Ən üstün Əhli-Beyt (ə) alimləri, hədis yazanları hər bir şəhərdə İmam (ə) tərəfindən vəkil seçilirdilər. İnsanların İmamla (ə) aralarında olan yazışmalarına kömək edirdilər. Bu məsələ elmi və maliyyə cəhətindən olurdu. İnsanlar İmamın (ə) əmri ilə mali haqlarını (xüms, zəkat) vəkilə verirdilər. Vəkil də bu pulu İmama (ə) çatdırırdı. Suallara cavab vermək də onların vasitəsilə həyata keçirilirdi.

İmam Hadidən (ə) bizə çox sayda hədis çatmışdır. Bu hədislərin bir çoxu Əhli-Beyt (ə) davamçılarının düşüncələrinin islah olmasına aiddir. İmamın (ə) başqa bir mirası – dua, Allahla münacatdır. İmamın (ə) dualarda irəli sürdüyü hədəf – insanların arasında vahid rabitənin olması və Əhli-Beyt (ə) davamçılarının birləşməsidir. Buna misal – “Cameyi-kəbirə”dir. Bu ziyarətdə İmam (ə) Əhli-Beytin (ə) kamalından və fəzilətindən bəhs etmişdir. Bu ziyarət həqiqətdə imamşünaslıqdır.

İmam Əliyyən-Nəqinin (ə) tərəfdaşları arasında Əli ibni Cəfər Minavi kimi şəxsiyyətlərə rast gəlirik. O, Mütəvəkkil tərəfindən zindana atılmışdı. Xəlifə onu öldrümək istəyirdi.

Başqa bir tanınmış isim – İbni Səkiyyətdir ki, xəlifə onu şəhid edir. Bu qətlin səbəbini belə izah edirlər ki, Mütəvəkkil övladlarının ikisini İbni Səkiyyətin yanına göndərir ki, onlara dərs versin. Sonralar başa düşür ki, İbni Səkiyyət İmam Hadinin (ə) tərəfdarlarındandır, onu çağırıb, deyir: “Mənim övladlarımın fəziləti vardır, yoxsa, Həsənlə (ə) Hüseynin (ə)?”.

İbni Səkiyyət çəkinmədən belə cavab verir: “Sənin iki övladın, iki cənnət seyyidi olan İmam Həsən (ə) və İmam Hüseynlə (ə) müqayisə edilə bilməz. Sənin övladların hətta İmam Əlinin (ə) nökəri Qənbərlə müqayisə edilə bilməz”. Mütəvəkkil (lən) bu sözlərdən çox əsəbiləşir və əmr edir ki, onun dilini başının arxasından çıxartsınlar.

İmam Hadinin (ə) tərəfdaşlarından biri də Həzrət Əbdüləzim Hüseyni idi. Onun nəsli İmam Həsən Müctəbaya (ə) çatır. O, məşhur hədis yazan, zamanının abidi idi. Həzrət Cavadın (ə) və Həzrət Hadinin (ə) xüsusi səhabələrindən idi.

İmam (ə), Abbasi xəlifəsi Mötəmid Abbasinin dövründə 254-cü ildə Samirrada zəhərlənib, şəhid edilmişdir.

İmam Hadi (ə) 20 il həbsdə olduğu elə həmin evdə də dəfn edilmişdir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Cənnətə yаlnız təmiz şəхs gеdəcəkdir”

Əhli-Beyt əleyhimussalamın “təmizlik və paklıq” haqqında buyurduqlarından:   İmаm Əli (ə) buyurub: “Bаşqаlаrını nаrаhаt еdən хоşаgəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Çirkli аdаmlаr məhv оlаr”

Həzrət Muhəmməd (s) Peyğəmbərimizin “təmizlik və paklıq” haqqında buyurduqlarından: “Аllаh pаkdır və pаk şəхsi sеvir, təmizdir və təmizliyi sеvir.” “Bu bədənləri təmizləyin,... Davamı..