Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Fevral 12:10
Şərh Yoxdur
2937

Bu gün imam Muhəmməd Baqirin (ə) mövlud günüdür

İmam Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-Abidinindir (ə).

Atası İmam Səccadın (ə) vəfatı dönəmində (hicri 96-cı il) İmam Baqirin (ə) otuz doqquz yaşı var idi.

Adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur.

Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olub. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və Xanım Zəhranın (s.ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin 114-cü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O, Həzrətin (ə) imamət dövrü 18 il olmuşdur.

Vəlid ibn Əbdülməlik, Ömər ibn Əbdüləziz , Süleyman ibn Əbdülməlik, Hişam ibn Əbdülməlik və Yezid ibn Əbdülməlik kimi o dövrün xəlifələrinin zamanında yaşayan, İmam Baqir (ə), Ömər ibn Əbdüləziz istisna olmaqla, bu xəlifələrdən zülm və haqsızlıqlar görmüşdür. Zalımlıq və haqsızlıqda heç də ata-babalarından geri qalmamış bu xəlifələr İmam Baqirə (ə) çox zülmlər ediblər.

Elmi inqilabın banisi İmam Muhəmməd Baqir (ə), öz imaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib, onu meydana çıxarmağa başladı. O Həzrət (ə) elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin (ə) imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi.

İmam Baqir (ə) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni-Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən (ə) İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə), İmam Hüseynin (ə) övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.

O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər (s) səhabələrindən sağ qalanlar o Həzrətin (ə) elmindən faydalana bilirdilər. Cabir ibn Yəzid Cüfi, Kisan Sicistani, həmçinin İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin (ə) elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını həm bilavasitə, həm də bir neçə vasitə ilə rəvayət ediblər.

İmam Baqirin (ə) elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı.

Əhli-təsənnün məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan “Müvəttəi-Malik”, “Sünəni-Əbu Davud”, “Müsnədi-Əbu Hənifə”, “Müsnədi-Mərvəzi”, “Təfsiri-Nəqqaş”, “Təfsiri-Zəməxşəri” (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin (ə) mənalı sözləri ilə doludur və onların hər yerində “Muhəmməd ibn Əli (ə) buyurmuşdur” yaxud “Muhəmməd Baqir (ə) buyurmuşdur” ifadəsi gözə dəyir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Cənnətə yаlnız təmiz şəхs gеdəcəkdir”

Əhli-Beyt əleyhimussalamın “təmizlik və paklıq” haqqında buyurduqlarından:   İmаm Əli (ə) buyurub: “Bаşqаlаrını nаrаhаt еdən хоşаgəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Çirkli аdаmlаr məhv оlаr”

Həzrət Muhəmməd (s) Peyğəmbərimizin “təmizlik və paklıq” haqqında buyurduqlarından: “Аllаh pаkdır və pаk şəхsi sеvir, təmizdir və təmizliyi sеvir.” “Bu bədənləri təmizləyin,... Davamı..