Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 İyul 09:53
1 Şərh
4269

Bu gün İmam Cavadın (ə) şəhadət günüdür

Bu gün Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür.

Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə) hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. Anası Peyğəmbərin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım idi. O, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.

İmam Cavadın (ə) imamət dövrü 17 il sürmüşdür.

Hicrətin 218-ci ilində Məmun öldü. Ondan sonra qardaşı Mötəsim xəlifə oldu. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin 220-ci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (ə) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur”.

Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq, İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi 25 il və bir neçə ay keçmişdi.

İmam Cavadın (ə) dünyaya gəlməsindən danışarkən Xanım Həkimə (s.ə) deyərdi:

«Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən təəccüblənərək, qardaşımın yanına gəldim və əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan». //Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Ayətullah Cavadi Amuli: “İmamlar (ə) adi məsələlərdə qeyb elmindən istifadə etməzdilər”

  Ayətullah Cavadi Amuli tələbələrlə görüşən zaman buyurmuşdur: “Əhli-Beyt (ə) üçün salavat göndərmək, xüsusilə də namazın təqibatlarında iki xüsusiyyətə malikdir: biri odur... Davamı..

Bu gün həzrəti Rüqəyyənin (s) şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür Bu gün Həzrət İmam Hüseynin (ə) məzlum balası Həzrət Rüqəyyənın (s.ə) Şamın xarabasında şəhid olduğu... Davamı..

İmanın həqiqəti budur ki, haqqı sənin zərərinə olsa belə, sənin faydana olan batildən üstün biləsən

Hədislərimiz bizə möminliyin bəzi əlamətlərini tanıdır ki, bu əlamətləri özümüzdə inkişaf etdirək.   Onlardan ikisi ilə tanış olaq:   1. Həzrət Peyğəmbərdən (s) gələn... Davamı..

İmam Hüseyn (ə) buyurdu: Südəmər balamı yanıma gətir onunla vidalaşım

İmam Hüseyn (ə) xeymənin qapısına tərəf gəlib Zeynəbə (s.ə) buyurdu: “Südəmər balamı yanıma gətir, onunla vidalaşım“. Həzrət, Əli Əsgəri qucağına alıb öpmək... Davamı..

Həzrət Hüseyndən (ә) həyatınızı dəyişəcək kəlamlar

“Әgәr üç şеy оlmаsаydı, bәşәr hеç nәyin qаrşısındа әyilmәzdi: 1. Kаsıblıq; 2. Хәstәlik; 3. Ölüm.”[1] “Sаlаmın yеtmiş sаvаbı vаr. Оnun аltmış dоqquzu... Davamı..

İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?

İmam Zaman ağanın (ə.f) zühurunu tezləşdirə bilən amillərdən biri də İmam Hüseynin (ə) qanının intiqamını istəməkdir. Bu, elə bir işdir ki, Allahdan... Davamı..

Bu gecə Məhərrəm ayı daxil olur. Bu gecənin və ayın əməlləri

Bu gecə şam namazından Məhərrəm ayı başlayır. Hicri-qəməri tarixi ilə 1442-ci ilin sonuncu Zilhiccə ayı bu gün bitir, iyulun 30-u isə 1443-cı... Davamı..

Bu gün İmam Museyi Kazımın (ə) mövlud günüdür

Bu gün müsəlmanların 7-ci imamı Həzrət İmam Museyi Kazımın (ə) mövlud günüdür. İmam Museyi Kazım (ə) hicri-qəməri təqvimi ilə 128-ci ildə zil-hiccə... Davamı..