Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 May 09:00
Şərh Yoxdur
7608

Can verməyi asanlaşdıran əməllər

Bizim ölmək haqqındakı məlumatımız daha çox yuxuya bənzəyir ki, insan heç bir ağrı və dərd hiss etmədən yatır. Halbuki, bu zahiri sakitliyin arxasında ağrılı və dəhşətli hadisələr gizlənmişdir. Çox az insan tapılar ki, bu dünyada ən əziz insanını ititməmiş olsun. Bu əzizlər illər boyu yanınmızda olmuş və son nəfəslərini bizim yanımızda vermişdilər.

Allah Təala Quranda buyurur: “Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına)həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir”. (“Qaf” 19).

Bu ayənin təfsirində oxuyuruq: “Can vermək o haldır ki, bihuşluğa bənzəyir. Ölümün müqəddimələri başlayan zaman insana xüsusi həyəcan gətirir. Bəzən ağlına hakim olur və onu iztiraba salır və nigaran edir. Necə belə olmasın ki, ölüm – inqilabi yerdəyişmədir ki, insan illər boyu adət etdiyi dünyasından əlaqəsini qət etməlidir. Onun üçün tamamilə təzə olan bir aləmə qədəm basmalıdır. İnsan ölən zaman yeni dərk və baxışa malik olur. Bu dünyanın fani olduğunu öz gözləri ilə görür. Ölümdən sonrakı hadisələri az və çox müşahidə edir. Bu zaman böyük bir qorxu əl və ayaqlarını bağlayır. Bihuş halında olur, ancaq məst deyildir”.

Can vermək o qədər ağrılı bir hadisədir ki, İlahi övliyalar belə, onunla rastlaşan zaman iztirab çəkir və nifaran olurlar. Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, özünü bu uzun yolçuluğa hazır edən saleh insanların can verməsi heç bir hazırlığı olmayan adi insanın can verməsindən daha asandır.

Qüdsi hədisdə oxuyuruq: “O zaman ki, mömin bəndənin ölümü gəlib çatar, mələklər Kövsər suyu ilə dolu qədəhlərlə başının üstündə hazır olarlar. Ruhunu təsəlli edərlər ki, ölümün acısını və çətinliyini hiss etməsin”.

Quran ayələrində oxuyuruq ki, mömin Qiyamət günü qəbrindən qalxan zaman mələklər onları qarşılayar və onlara “xoş gəlmisən” deyərlər. “(Və deyərlər:) «Səbir və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»”. (“Rəd” 24).

İmam Sadiq (ə) nəql edir: “İmam Əli (ə) göz ağrısına düçar olmuşdu. Və Peyğəmbər (s) onu görməyə gedir və İmam ağrının acısından fəryad çəkirdi. Peyğəmbər (s) buyurur: “Göz ağrısından taqətsizlik edirsən?”. İmam (ə) buyurur: “Ya Rəsulallah! Indiyə qədər belə ağrı çəkməmişəm”. Peyğəmbər (s) buyurur: “Ya Əli! O zaman ki, ölüm mələyi kafirin canını almaq üçün gələr, atəşdən olan şiş onunla olar və kafirin ruhunu onunla elə bayıra çəkər ki, cəhənnəm fəryad çəkər”. İmam (ə) ayağa qalxır və yatağında əyləşir və buyurur: “Ya Rəsulallah! Bu sözləri təkrar edin. Mən buyuruqlarınızdan sonra ağrımı unutdum. Sizin ümmətinizdən kimsə belə can verəcəkdirmi?”. Peyğəmbər (s) buyurur: “Bəli. Zalım padşahlar, yetim malı yeyənlər, yalandan şəhadət verənlər bu cürdür””.

Quran buyurur: “Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və «dadın yandırıcı əzabı!» (deyirlər)”. (“Ənfal” 50).

Bəs nə edək ki, asan can verə bilək?

 

1. Sileyi-rəhmi yerinə yetirmək və qohumlara diqqət göstərmək. İmam Sadiq (ə) buyurur: “Hər kim Allahın onun can vermək çətinliklərini asanlaşdırmasını istəyirsə gərək sileyi-rəhm etsin, ata və anasına yaxşılıq etsin. Bu zaman Allah onun can verməsini asan edər və həyatda yoxsulluğa düçar olmaz”.

 

2. Valideynlərə yaxşılıq etmək. İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) bir cavan can verən zaman başının üstünə gəlir və buyurur: “De: “Lə ilahə illəllah!”. Dili tutulur və Həzrət (s) onun başının üstündə dayanan qadına buyurur: “Bu cavanın anası vardırmı?”. Deyir: “Bəli, mən onun anasıyam”. Buyurur: “Sən ona qəzəblənmisən?”. Deyir: “Bəli, 6 ildir ki, onunla danışmıram”. Həzrət (s) ona buyurur: “Ondan razı ol”. Deyir: “Allah ondan razı olsun”. Peyğəmbər (s) cavana buyurur ki, kəlmeyi-şəhadəti desin və o, deyir. Həzrət (s) buyurur: “Nə görürsən?”. Deyir: “Çirkin və qara üzlü, çirkli və iy verən paltar geyinmiş kişini görürəm ki, yanıma gəlib boğazımdan tutub sıxır”. Peyğəmbər (s) ona buyurur: Bu sözləri de:  یَا مَنْ یَقْبَلُ الْیَسِیرَ وَ یَعْفُو عَنِ الْكَثِیرِ اقْبَلْ مِنِّی الْیَسِیرَ- وَ اعْفُ عَنِّی الْكَثِیرَ إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِیم.

Cavan bu sözləri deyir və Həzrət (s) ona buyurur: “Bax gör nə görürsən?”. Deyir: “Bir kişi görürəm ki, üzü ağ və gözəldir və xoş ətirli gözəl paltar geyinib yanıma gəlib və həmin qara üzlü kişini görürəm ki, məndən üz çevirir və uzaqlaşır”. Həzrət (s) buyurur: “Bu duanı təkrar et”. O da təkrar edir. Buyurur: “Nə görürsən?”. Deyir: “Artıq o qara üzlü kişini görmürəm və bu ağ üzlü kişini görürəm ki, yanıma gəlib”. Sonra həmin halda can verir”.

3. Can verənin başının üstündə Quran oxumaq. “Saffat” və “Yasin” surələrini oxumaq can verməyi asan edər.

 

4. Mübarək Rəcəb ayının orucu. İmam Sadiq (ə) buyurur: “Hər kim Rəcəb ayının axırında bir gün oruc tutar, Allah Təala ona can verməyin şiddətindən və ölümdən sonrakı qorxusundan və qəbir əzabından aman verər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək... Davamı..

Bu gecə mübarək Rəcəb ayı daxil oldu. Rəcəb ayının əməlləri və zikrləri

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının dəftərxanasının rəsmi saytının verdiyi məlumata görə, sabah, Yanvar ayının 23-ü, mübarək Rəcəb ayının  1-i... Davamı..

Ayətullah Cavadi Amuli: “Ən böyük təhlükə insanın abrının getməsidir”

Ayətullah Cavadi Amuli buyurur: Əgər bir kəs dünyada rüsvay olsa, heç kəsin onu görməməsi üçün divarın, ya ağacın arxasında, dərədə, ya dağın... Davamı..

Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?

“Təvəssül” sözü “vəsələ” sözündən götürülmüşdür və yaxınlaşmaq mənasını verir. Bu gün təvəssül sözü bizim Əhli-beytə (ə) münasibətdə etdiyimiz xüsusi əmələ şamil edilir.... Davamı..

Ustad Fatimi Niya: “Əhlibeyt (ə) “eşq” kəlməsindən çox az istifadə edib”

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Öz mütaliələrimdə şahidi olduğum məsələlərdən biri də bundan ibarətdir ki, Əhlibeyt (ə) “eşq” kəlməsindən çox az... Davamı..

İmam Sadiq (ə): “Qəlbin rаhаtlığını ахtаrdım və оnu mаlın, sərvətin аzlığındа tаpdım”

Qurani Kərim: “Qızıl-gümüşü хəzinə tоplаyıb оnu Аllаh yоlundа sərf еtməyənlərə аğrılı bir əzаbdаn хəbər vеr.”   Həzrət Muhəmməd (s) buyurub: “Mən sizinçün... Davamı..

İmаm Səccаd (ə): “Mаldаn fаydаlаnmаq, sərmаyəni işə qоymаq kаmil mərdlikdir.”

Qurani Kərim: “Vаr-dövlət və övlаdlаr, dünyа həyаtının zivərləridir. Əbədi qаlаn yахşı əməllər, Rəbbinin yаnındа yахşı və еləcə də ümid bахımındаn dаhа хеyirlidir.”... Davamı..

Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur

Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur: “Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir.”[1] “Qonaq öz ruzisini gətirər və ev əhlinin... Davamı..