Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Avqust 10:54
Şərh Yoxdur
3214

Qurani-Kərimin hansı surələri İmam Zaman ağa (ə.f) haqqındadır?

Qurani-Kərimdə İmam Zaman ağanın (ə.f) birbaşa adı çəkilmiş ayə mövcud deyildir. Ancaq bəzi ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) nisbət verilir.

Bu ayələr ilə tanış olaq:

 

1. “Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir”. (“Hud” 8).

İmam Əli (ə) bu ayənin təfsirində buyurmuşdur: “Ümmətin mədudə – Ali-Muhəmməd Qaiminin (ə.f) səhabələridir ki, 33 nəfər olacaqdır”.

 

2. “Həqiqətən Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən bunda (bu xatırlatmada) hər bir səbir və şükür edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır”. (“İbrahim” 5).

 

İmam Baqir (ə) buyurur: “Əyyamullah üç gündür: Ali-Muhəmməd Qaiminin (ə.f) qiyam etdiyi gün, rəcət günü və Qiyamət günü”.

 

3. “Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənbiya” 105).

 

4. “Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır”. (“Səff” 8).

 

Hədislərimiz buyurur ki, bu ayənin mənası odur ki, Allah Öz nurunu Ali-Muhəmməd Qaiminin (ə.f) vilayəti ilə tamamlayacaqdır.

5. “De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!». (“Mülk” 30).

 

Yəni, kim İmamın (ə.f) elmini sizin üçün gətirəcəkdir?

 

6. “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”. (“Nur” 55).

 

Bu ayə də İmam Zaman ağaya (ə.f) nisbət verilən ayələrdəndir.

 

7. “Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək”. (“Qəsəs” 5).

 

İmam Əli (ə) bu ayənin təfsirində buyurmuşdur ki, o kəslər ki, yer üzərində zəif salınmışlardır, onlar Ali-Peyğəmbərdirlər (ə). Allah Həzrət Məhdini (ə.f) onlar üçün seçər ki, onları əziz və düşmənlərini zəlil etsin. (Beytutə/Deyerler)

 

İmama (ə.f) nisbət verilən bu cür ayələrin sayı çoxdur.

Hər bir halda deyə bilərik ki, İmama (ə.f) və onun zühuruna dəqiq surətdə işarə edən xeyli sayda Quran ayəsi var.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..

Quranı üzündən oxumaq kifayət edirmi?

Qurani-Kərim – Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa – böyük savaba... Davamı..