Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 İyul 14:27
Şərh Yoxdur
2148

Qeyb dövründə şiələrin məsuliyyət və vəzifələri

İmam Zamanın (ə.f) qeyb dövründə şiələrin məsuliy­yət və vəzifələri nədən ibarətdir?

 

Cavab:

Vəhy ailəsinin hədislərinə nəzər salaraq, qeyb dövründə şiələr üçün bir sıra vəzifələr və tapşırıqlar müəyyən ediblər ki, onlardan bəziləri aşağıdakı kimidir:

 

1) O Həzrəti (ə.f) tanımaq və dərk etmək: Şiələrin İmam Zaman (ə.f) qarşısında vəzifələrindən biri o Həzrətin xarakteri və xüsusiyyətlərini, eləcə də onun zühurunun əlamətlərini bilməkdir. Çünki Həzrət Məhdi (ə.f) itaəti vacib olan bir imamdır və itaəti vacib olan hər bir şəxsin xüsusiyyətləri ilə tanış olmaq lazımdır ki, yalan və zülm yolu ilə onun imamlıq məqamını iddia edən başqa bir şəxslə səhv salınmasın. Buna görə də mövlamız Həzrət Məhdinin (ə.f) xüsusiyyətlərini bilmək vacibdir.

İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, insanın ən yaxşı və ən vacib vəzifəsi Rəbbini tanımaq və Onun bən­dəliyini etiraf etməkdir…

Sonra Allahın elçisini tanımaq və Onun peyğəmbər­liyinə şəhadət verməkdir…

Daha sonra çətinlikdə və asanlıqda xüsusiyyətləri və adı ilə iqtida etdiyin İmamı tanımaqdır”.[1]

 

2) O Həzrətin (ə.f) zühurunu gözləmək: Bu vəzifə ilə əlaqədar bir sıra məqamlara toxunmuşuq ki, bu hissədə artıq şərh verməyə ehtiyac qalmayacaq.

 

3) O Həzrətin (ə.f) ayrılığına kədərlənmək: Bu, İmam Zamana (ə.f) olan dostluq və məhəbbət hissinin əlamət­lərindən biridir. İmam Rza (ə) buyurub: (İmam Zaman) itkin düşüb qeybə çəkilərkən çox sayda ürəyisınıq möminə qadınlar və çox sayda ürəyisınıq mömin kişilər olacaq”.[2]

Eləcə də İmam Sadiq (ə) buyurmuşdur: “Bizə qarşı olan zülmə görə narahat və kədərli bir şəxsin nəfəs alması zikr, bizim üçün göstərdiyi səylər ibadət və bizim sirrimizi saxlaması onun üçün Allah yolunda cihad kimidir”.[3]

 

4) O Həzrət (ə.f) üçün dua etmək:

 

5) O Həzrətin (ə.f) adından sədəqə vermək: Bu əməl o Həzrətə (ə.f) və imamətə olan sevginin göstəricisidir.

Seyid ibn Tavus “Kəşf əl-Mohiccə” kitabında oğluna belə tapşırır: “…O Həzrətə (ə.f) itaətdə, sədaqətdə və bağlı­lıqda Allah və Onun Rəsulu (s), o Həzrətin (s) ataları və onun səndən tələb etdikləri kimi ol, onların gözləntilərini öz istəklərindən üstün bil. Hacət (istək) namazları qıl və o Həzrətin (ə.f) adına sədəqə verilməsini özün və yaxınlarının adına sədəqə verməkdən üstün tut və o Həzrət (ə.f) üçün dua etməyi ön plana sal, bu, Həzrətin (ə.f) sənə diqqət yetirməsinə və ehsan etməsinə səbəb olacaq…”[4]

 

6) O Həzrətin (ə.f) adına həccə getmək: Bu, keçmişdə şiələr arasında geniş yayılmış bir əməl idi. ­­Adətən hacılar Həcc mərasimində öz vacib əməllərini yerinə yetirdikdən sonra Həcc əməllərini ən sevimli yaxınlarının tərəfindən də həyata keçirməyə çalışırdılar. Şiələrin ən sevimli şəxs hesab etdiyi Həzrət Məhdi (ə.f) həcc ziyarətinin onun adından yerinə yetirilməsi üçün ən layiqli şəxs hesab olunur. Şübhəsiz, bu əməl onun öz ziyarətinin də Allah tərəfindən daha çox qəbul edilməsinə səbəb olar. Lakin nəzərə almaq lazımdır ki, İmam Zaman (ə.f) tərəfindən yerinə yetirilən həccin maddi xərcləri, mütləq, halal və təmiz olmalıdır.

 

7) O Həzrətin (ə.f) adını eşidərkən ayağa qalxmaq: Layiqlidir ki, həqiqi bir şiə o Həzrətin (ə.f) mübarək adı, xüsusən “Qaim” deyilərkən qalxıb İmamın (ə.f) hörmətinə ayaq üstə durmalıdır, necə ki bəzi məsum imamların (ə) tərzi məhz belə olub.

Bu mövzu kitabın ikinci hissəsində araşdırıldığı üçün burada qısa şərh verməklə kifayətlənirik.

 

8) İmanı qorumaq üçün dua: Qeyb dövründə çox­saylı təhlükələr insanı təhdid etdiyi üçün ilahi əxlaqla mənəviyyatımızı saflaşdırmağa ciddi səy göstərməklə əllərimizi duaya açıb Allahdan yardım istəməliyik. Bu duanı Seyid ibn Tavus “Məhc əd-Dəəvat” kitabında qeyd edib, bu kitabda Həzrət Məhdinin (ə.f) qeybə çəkilməsi məsələsinə yer verilib. Bununla bağlı ravi (hədis nəql edən) deyir: “Soruşdum: “Sizin şiələriniz nə etməlidirlər?” Buyurdu: “Siz dua edin və zühuru gözləyin”. Daha sonra soruşdum: “Nəyə dua edək?” Buyurdu: “Belə deyirsən:

اللهم ان تعرفني نفسک، وعرفتني رسولک، وعرفتني ملائکتک، وعرفتني نبيک  وعرفتني و لا هامرک؛ اللهم لا آخذ الا ما اعطيت، ولا اوقي الا ما وقيت، اللهم لا تغيبني عن منازل اوليائک، ولا تزغ قلبي بعد اذ هديتني، اللهم اهدني لولا يهمن فرضت طاعته

İlahi! Sən Özünü, göndərdiklərini, mələklərini, peyğəm­bərini və əmrini icra edənləri mənə tanıtdırdın. Allahım! Mən Sənin əta etdiyindən başqasını əldə etmərəm və mənim üçün Səndən başqa heç bir müdafiəçi yoxdur. İlahi! Məni Öz dostlarının yanından uzaq salma və mənim ürəyimi hidayət etdikdən sonra doğru yoldan sapdırma. Allahım! Məni itaətini mənə vacib etdiyin şəxsin vilayətinə doğru yönəlt”.[5]

 

9) Cəmiyyəti islah etməyə çalışmaq, yaxşı əməllərə çağırmaq və pis əməllərdən çəkindirmək: Şiələrin və Həzrət Məhdinin (ə.f) başlıca vəzifələrindən biri öz cəmiy­yətini islah etməkdir. Şübhəsiz, bu mühüm məsələdə yalnız o ümmət uğur qazana bilər ki, özünüislahı başqasını islah etməkdən üstün bilsin və daha çox öz mənəviyyatına diqqət ayırsın. Başqalarını islah etməyə çalışmaq, azğın­lıqlarla və fəsadla mübarizə aparmaq, cəmiyyəti islah etmək məqsədilə yaxşı əməllərə çağırış və pis əməllərdən çəkin­dirmək, xeyirxah və layiqli insanlar yetişdirmək qeyb dövründə aşiqlərin vəzifələrindən sayılır.

Həzrət Peyğəmbər (s) buyurub: “Kim səhəri açıb müsəlmanların qayğıları ilə məşğul olmazsa, müsəlman deyil və kim müsəlmanlardan yardım istəyən bir şəxsin fəryadını eşidib onun səsinə müsbət cavab verməzsə, müsəlman deyil”.[6]

Bəli, zühur dövründə yaxşı əməllərə çağıran və pis əməllərdən çəkindirənlərin ən xeyirlisi İmam Məhdinin (ə.f) özüdür.

Belə olan halda, necə ola bilər ki, zühuru gözləyən bir cəmiyyət İmam Məhdinin (ə.f) razılığını diləsin, amma ona itaət etməsin?!

 

10) Özünü islahetmə və nəfsi saflaşdırma: Daxili aləmini çirkinliklərdən təmizləmək və gözəl əxlaqla bəzə­mək hər bir zaman vacib olan vəzifələrdəndir, lakin bunu xüsusilə vurğulamaq lazımdır ki, bu, İmam Məhdinin (ə.f) qeyb dövründəki başlıca vəzifələrdəndir; belə ki o Həzrət (ə.f) haqqında danışmağın fəziləti və onun səhabələrinin sayını bilmək məhz bundan asılıdır. İmam Sadiq (ə) buyurmuş­dur: “Kim Həzrət Qaimin (Məhdinin ə.f) səhabələrindən olmağı istəyirsə, zühuru gözləməli və eyni zamanda təqvalı və gözəl əxlaqla davranmalıdır. Əgər zühuru gözləyərkən dünyasını dəyişərsə və o, öldükdən sonra Həzrət Məhdi (ə.f) qiyam edərsə, onun mükafatı o Həzrəti (ə.f) dərk edən şəxsin mükafatı qədər olacaq, ona görə də çalışın və zühuru gözləyin, mübarək olsun sizə, ey Allahın rəhmətini qazan­mış kütlə”.[7]

Eləcə də aşağıdakı vəzifələr qeyb dövrünə xasdır: İmam Zamanı (ə.f) görməyə can atmaq, o Həzrətin (ə.f) məclis­lərində iştirak etmək, Allahdan onu tanımağı istəmək, İmama (ə.f) yardım etməyə çalışmaq və bu işə ürəkdən qərar vermək, hər bir yerdə o Həzrəti (ə.f) ziyarət etmək və salam vermək, namazın savabını İmama (ə.f) hədiyyə etmək, insanları ona doğru dəvət etmək, İmamı (ə.f) unutmağın qarşısını almaq üçün dua etmək, din qardaşlarının haqlarını yerinə gətirməyə çalışmaq və  s.

 

Allah bizi həzrət Məhdinin (ə.f) həqiqi davamçılarından qərar versin!

 

www.ahliman.info

[1] Mikyal əl-Məkarim, Musəvi İsfahani, c.2, səh.171

[2] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.371

[3] Üsuli-kafi, Kuleyni, c.2, səh.226

[4] Mikyal əl-Məkarim, Musəvi İsfahani, c.2, səh.288

[5] Mikyal əl-Məkarim, Musəvi İsfahani, c.2, səh.261

[6] Mizanul-hikmə, Məhəmməd Reyşəhri, c.4, səh.531

[7] Mikyal əl-Məkarim, Musəvi İsfahani, c.2, səh.437

 

 

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..