Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da qeyd etmək lazımdır ki, bunlar bir neçə qaydalardır ki, faydadır Quranın surələrə bölünməsindən qarşıya çıxır və bu faydalar, biz aşağıda qeyd etdiyimizlə məhdudlanmayıbdır.
1. Quranda müxtəlif mövzu və hədəflərə görə Quran surələrə bölünmüşdür. Belə ki, təfsirçilərdən bəzilərinin nəzəri belədir: hər bir surə xüsusi bir hədəfi izləyir. Bu hədəfə aid olan ayələr həmin surədə toplanır. Məsələn; “Nəml”, “Yusif”, “Fil” surələri kimi.
2. Quranı əzbərləmək, oxumaq və öyrənməyin asanlaşması: Daha qısa bir şəkildə izah etmək istəsək, belə deyərik; Quranın surələrə bölünməsi onun təlimini asanlaşdırır.
3. Quranın surələrə bölünməsi onun təhrif olunmasının qarşısını alır. Belə ki, surələrə bölünməklə müəyyənləşərək qorunub saxlanılır.
Hacı Əhliman Rüstəmovun – “Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşunaslıq” kitabından.