Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Dekabr 09:00
3 Şərh
6778

Bu gün İmam Həsən Əsgərinin (ə) mövlud günüdür

İmam Həsən Əsgəri (ə) Məsum İmamların (ə) on birinci ulduzudur ki, 232-ci Hicri ilində rəbius-sani ayının 8-də  dünyaya gəlmiş və 260-cı hicri ilinin Rəbiəl-əvvəl ayının 8-də dünyasını dəyişmişdir. Bu əziz İmam (ə), atası şəhid olduqdan sonra 254-ci ildə imamət kürsüsünə əyləşmiş və 28 yaşında şəhid edilərək dünyasını dəyişmişdir.

O zaman ki, Mütəvəkkil Abbasi İmam Hadini (ə) Samirraya gətirir, ailəsi də onunla birlikdə gəlir. Bütün bu müddətdə İmam Həsən Əsgəri (ə) də Samirrada olur və şəhid olana qədər də bu şəhərdə qalır. İmam (ə) xəlifə məmurlarının ciddi nəzarəti altında yaşamağa məcbur edilmişdi. Sürgün edilmiş insanlar kimi, hər gün məmura bu şəhərdə olan hüzurundan məlumat verməyə məcbur idi.

Əhli-beyt (ə) davamçılarının İmamla (ə) rabitəsi daha çox yol gedən zaman və xadimləri vasitəsilə olardı. Əhli-beyt (ə) davamçılarına tövsiyə edilmişdi ki, açıq şəkildə İmamla (ə) təmas qurmasınlar. İmam (ə) tutduğu mövqeyə və elminə görə insanlar tərəfindən sevilirdi. İmam (ə) iki dəfə zindana salınmışdır.

İmamın (ə) bütün İslami ölkələrdə vəkilləri var idi ki, insanların çətinlikləri olan zaman onlara müraciət edərdilər. Bu vəkilləri İmam (ə) özü təyin etmiş və hər bir şəhərdə olan vəkilinin adını davamçılarına yazılı şəkildə bəyan etmişdi. Əgər bu vəkillərdən biri səhvə yol versə idi, o zaman onu vəzifədən kənarlaşdırır və yenisini təyin edərək, adını bəyan edərdi.

İmamın (ə) Nişapurdakı tanınmış vəkillərdən biri Fəzl ibni Şazan idi. Bu alimin İmamların (ə) və Əhli-beyt (ə) alimlərinin arasında böyük nufuzu var idi. İmamın (ə) İrandakı vəkili Əli ibni Mehziyar Əhvazi idi ki, özü də hədis nəql edən olmuşdur.

İmamın (ə) vəkilləri Əhli-beyt (ə) davamçılarını bir yerdə toplayır və dağınıq olmasının qarşısını alardı. Onları yolundan azmağa qoymazdılar. Çünki həmin dövrdə Əhli-beyt (ə) davamçılarını iki təhlükə gözləyirdi: Əhli-beyt (ə) məktəbindən xaric olmaq və ifrat etmək. Vəkillər bu kimi təhlükələrin qarşısını müvəffəqiyyətlə ala bilir və İmama (ə) məlumat verirdilər.

İmam Həsən Əsgərinin (ə) tutduğu mövqe başqa İmamların (ə) vəziyyəti ilə fərqlənirdi. Çünki bu İmamın (ə) şəhadətindən sonra qeyb dövrü başlayacaqdı. İmam (ə) gərək davamçılarını bu dövr üçün hazırlayardı. İmam (ə) öz üzüyünü “İnnəllahə şəhid” sözləri ilə təbərrük etmişdi. Sanki öz davamçılarına demək istəyirdi ki, hər şeyin sona çatdığını güman etməsinlər. Hər bir əsrdə olan İmam (ə) öz davamçılarının əməl və rəftarlarına nazirdir. Allah bütün insanların əməllərinə nazirdir. Ona görə də elə iş görməsinlər ki, Əhli-beyt (ə) davamçısı adını bədnam etsinlər.

“Buharul-ənvar”da oxuyuruq: “İmam Həsən Əsgərinin (ə) hüzurunda idim. Yəmən əhlindən olan hündürboy və güclü bir kişi İmamın (ə) yanına gəldi. İmama (ə) salam verdi və İmam (ə) da salamının cavabını verdi. Buyurdu: “Əyləş”. O, mənim yanımda əyləşdi. Öz-özümə dedim: “Kaş onun kim olduğunu biləydim”. İmam (ə) buyurdu: “Həmin ərəb banusunun oğludur ki, kiçik daşı vardır və atalarım üzükləri ilə onu möhürləyiblər. İndi həmin daşı mənim yanıma gəitirib ki, mən də möhür vurum”.

İmam (ə) buyurdu: “Həmin kiçik daşı ver”.

Həmin kişi üstü saf olan həmin kiçik daşı çıxartdı və İmam (ə) onu alıb üzüyünü onun üstünə basdı. Üzüyün təsiri daşın üzərində qaldı.

Həmin kişidən soruşdum: “Heç indiyə qədər İmam Həsəni (ə) görmüşdün?”.

Dedi: “Yox, Allaha and olsun ki, neçə ildir ki, görməyinin müştaqında idim və bir qədər əvvələ qədər ki, bir tanımadığım cavan yanıma gəldi və məni bura gətirdi”. Yəmənli bu sözləri deyib, ayağa qalxdı”.

İmam (ə) hərbi dövrdə yaşasa da, öz risalətini ən gözəl şəkildə yerinə yetirirdi. İmam (ə) öz davamçılarının suallarına məktub vasitəsilə cavab verir və vəkillərinin yardımı ilə zəkat və xümslərini toplayır və sahiblərinə çatdırırdı. Qısa ömür sürməsinə baxmayaraq, İmamın (ə) xidmətləri böyük və bərəkətli olmuşdur.

Mövludun mübarək, ey İmam Həsən Əsgəri!

Mövludun mübarək, ey Qaimin (ə.f) əziz atası!

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Qeyb dövründə Allahın dinində möhkəm olmaq üçün bu duanı mütləq oxumalıyıq

İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk... Davamı..

Bədənin sağlamlığı ilə bağlı İmam Rzadan (ə) 10 tövsiyə

İnsanın qidalanmasının birbaşa bədəninə təsiri vardır. Bu günün tibb elmi sübut etmişdir ki, əgər insan sağlam qidalanarsa, sağlam dəriyə malik ola bilər.... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?

İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) mövlud günüdür

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası... Davamı..

İmam Sadiq (ə): “Bizim sirlərimizi gizli sахlаmаq Аllаh yоlundа cihаddır”

İmаm Əli (ə) buyurub: “Sаkitlik аğıldır. Sükut sаğlığın səbəbi, sirr sахlаmаq isə хоşbəхtliyin bir hissəsidir.” İmаm Səccаd (ə) buyurub: “Аllаhа аnd оlsun,... Davamı..

Bu gün imam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Hicri-qəməri tarixi ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət günüdür. İmam Sadiq (ə) 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının... Davamı..

İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?

Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f)  üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə... Davamı..