Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Noyabr 09:00
Şərh Yoxdur
3673

İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur

Həzrət Muhəmməd (s) buyurmuşdur: “Bir-birinizlə üz-üzə gələndə, salam verib əl tutmaqla görüşün. Bir-birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın.”[1]

Bir-birinizlə əl verməklə görüşün. Çünki əl vermək kin-küdurəti aradan götürər.” [2]

“Bir-birinizə əl verin ki, bu kini aparar.”[3]

İmam Baqir (ə) buyurub: “İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur. Bilin ki, bu əməl (yəni əl ilə görüşmək) onların günahlarını tamamilə qurtaranadək yuyub aparar.”[4]

İmam Sadiq (ə) buyurub: “Müsəlmanlar Allahın Rəsulunun (s) qoşununda müharibəyə çıxanda sıx ağaclıq olan yerdən keçib açıqlığa çıxan zaman Bir-birinə baxıb əl verərdilər”[5]

“Peyğəmbər (s) hər bir şəxsə əl verən zaman, həmin şəxs əlini çəkməyincə heç vaxt birinci öz əlini çəkməzdi.”[6]

 

www.ahliman.info

[1] əl-Kafi, c.2, səh. 181 , hədis11

[2] Biharul-Ənvar, c.77, səh. 158 , hədis149

[3] Biharul-Ənvar, c.77,  səh. 165 , hədis2

[4] əl-Kafi, c.2,  səh. 181 , hədis13

[5] əl-Kafi, c.2,  səh. 181 , hədis12

[6] əl-Kafi, c.2,  səh. 182 , hədis15

Digər “Mənəviyyat ” Xəbərləri

İnsanın təyəmmüm niyyəti ilə əllərini yerə vurub tozlu halda üzünə çəkməsi onu niyə pak edir?

Ayətullah Cavadi Amuli buyurur: Təharət ibadətin hikməti və sirridir. Burada məqsəd zahiri təharət deyil. Əgər Allah-Təala dəstəmaz barədə “pak olun” deyirsə, insan... Davamı..

“Elm, əxlaq olmadan tədris edilərsə, cəmiyyətdə çox sayda problemlər meydana çıxar” – Ayətullah Məkarim Şirazi

Ayətullah Məkarim Şirazi buyurur: “İslam dinində elm və biliyə aid çox sayda hədislər mövcuddur. Ailə və valideynlər hər bir insan üçün ilk... Davamı..

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək... Davamı..

Bu gecə mübarək Rəcəb ayı daxil oldu. Rəcəb ayının əməlləri və zikrləri

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının dəftərxanasının rəsmi saytının verdiyi məlumata görə, sabah, Yanvar ayının 23-ü, mübarək Rəcəb ayının  1-i... Davamı..

Ayətullah Cavadi Amuli: “Ən böyük təhlükə insanın abrının getməsidir”

Ayətullah Cavadi Amuli buyurur: Əgər bir kəs dünyada rüsvay olsa, heç kəsin onu görməməsi üçün divarın, ya ağacın arxasında, dərədə, ya dağın... Davamı..

Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?

“Təvəssül” sözü “vəsələ” sözündən götürülmüşdür və yaxınlaşmaq mənasını verir. Bu gün təvəssül sözü bizim Əhli-beytə (ə) münasibətdə etdiyimiz xüsusi əmələ şamil edilir.... Davamı..

Ustad Fatimi Niya: “Əhlibeyt (ə) “eşq” kəlməsindən çox az istifadə edib”

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Öz mütaliələrimdə şahidi olduğum məsələlərdən biri də bundan ibarətdir ki, Əhlibeyt (ə) “eşq” kəlməsindən çox az... Davamı..

İmam Sadiq (ə): “Qəlbin rаhаtlığını ахtаrdım və оnu mаlın, sərvətin аzlığındа tаpdım”

Qurani Kərim: “Qızıl-gümüşü хəzinə tоplаyıb оnu Аllаh yоlundа sərf еtməyənlərə аğrılı bir əzаbdаn хəbər vеr.”   Həzrət Muhəmməd (s) buyurub: “Mən sizinçün... Davamı..