Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Noyabr 15:40
Şərh Yoxdur
2539

Peyğəmbərimiz (s): “Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin”

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin, amma düşmənlərimin mal və övladlarını çox etsin”.

İşarə edildiyi kimi, nemətlərin çoxluğu əksər insanların dünyaya ürək bağlamalarına səbəb olur. Onların həddən artıq dünyaya bağlanmalarının qarşısını almaq üçün yaxşı olardı ki, öz ehtiyacları həddində imkanlara malik olub, dünya nemətlərindən ehtiyacları həddində bəhrə götürəydilər. Buna görə də, Peyğəmbər (s) öz dostlarına ürəyi yandığı üçün Allahdan ehtiyacları həddində onların ruzisini yetirməsini rica edirdi. Bundan artığı əgər onları israfa, əyri yollara aparıb çıxaracaqsa, olmaması daha yaxşıdır. Bunun əksinə olaraq, Allahdan düşmənlərinin malının, övladının artmasını xahiş edir. Həqiqətdə, Allah düşmənlərinin sərmayəsinə artım bəxş etmək ilahi bir qayda olub, «istidrac qanunu»dan götürülmüşdür. Yəni Allah-təala kafirlərə o qədər maddi nemət və dünyəvi imkanlardan istifadə fürsəti verər ki, onlar dünyaya qərq olduqları üçün küfr və üsyanları get-gedə artar və nəticədə də onlara veriləcək əzab daha şiddətli, daha artıq olar. Əlavə olaraq, bu yolla onların dünyəvi nigarançılıqları, narahatlıqları da artar. Allah düşmənləri üçün bu dünyada bundan da artıq əzab nə ola bilər ki, dünyanın gözqamaşdırıcı zinətləri arasında qərq olmaqla, Allahın tovfiq və inayəti onların üzərindən götürülür. Gündən-günə küfrün yeni mərhələlərinə qədəm qoyur, quduraraq azğınlaşırlar. Bu barədə Allah-təala buyurur:

“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!”[1].

Başqa bir yerdə buyurur:

“(Ya peyğəmbər!) Münafiqlərin nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah yalnız münafiqlərə əzab vermək, kafir olduqları halda canlarını almaq istəyir”[2].

Allah, möminlərin gözlərini dünya sərvətinə dikməməsi və dünya əhlinin həsrətini çəkməməsi üçün buyurur:

“Kafirlərin bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlar iman gətirmədiklərinə görə, kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük nemətlər gözləyir). Möminləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub, yumşaq davran və onları himayə et”[3].

İmam Əli (ə), ondan «xeyir»in mənası haqqında soruşana belə cavab verir: “Xeyir və yaxşılıq o demək deyil ki, malın və övladın artıb çoxalsın. Xeyir və yaxşılıq odur ki, sənin elmin artsın, səbrin və helmin qüvvət tapsın. Xalqın gözündə ibadətinlə yüksəlməyə çalış”.

Əgər yaxşı rəftar etdinsə, (bunun üçün) Allahına şükr et, yox əgər, pis rəftar etdinsə, Allahdan bağışlanmağını dilə. Dünyada yaxşılıq iki kəsin xüsusiyyətidir:

1. Etdiyi günahı tövbə etməklə yuyan şəxs;

2. Yaxşı işlərdə qabağa düşən, öncül şəxs.

 

www.ahliman.info

[1] «Ali-imran» surəsi, ayə 178.

[2] «Tövbə» surəsi, ayə 55.

[3] «Hicr» surəsi, ayə 88.

Digər “Əhli-Beyt ” Xəbərləri

Qeyb dövründə Allahın dinində möhkəm olmaq üçün bu duanı mütləq oxumalıyıq

İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk... Davamı..

Bədənin sağlamlığı ilə bağlı İmam Rzadan (ə) 10 tövsiyə

İnsanın qidalanmasının birbaşa bədəninə təsiri vardır. Bu günün tibb elmi sübut etmişdir ki, əgər insan sağlam qidalanarsa, sağlam dəriyə malik ola bilər.... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?

İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) mövlud günüdür

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası... Davamı..

İmam Sadiq (ə): “Bizim sirlərimizi gizli sахlаmаq Аllаh yоlundа cihаddır”

İmаm Əli (ə) buyurub: “Sаkitlik аğıldır. Sükut sаğlığın səbəbi, sirr sахlаmаq isə хоşbəхtliyin bir hissəsidir.” İmаm Səccаd (ə) buyurub: “Аllаhа аnd оlsun,... Davamı..

Bu gün imam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Hicri-qəməri tarixi ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət günüdür. İmam Sadiq (ə) 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının... Davamı..

İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?

Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f)  üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə... Davamı..