Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Sentyabr 14:45
24 Şərh
47758

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

 

Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub”

Hər il olduğu kimi bu ildə müsəlman Azərbaycan xalqı məhərrəm ayını qeyd etmək ərəfəsindədir. Kimlər evində ehsan bişirərək ehtiyacı olanlara paylayır, kimlərsə isə məscidlərə gedərək əzadarlıq mərasimlərində iştirak edərək bu ayın hörmətini saxlayırlar. Lakin bu ayla bağlı cəmiyyətdə müəyyən fikir ayrılıqları və suallar formalaşıb? Sual edirlər ki, nəyə görə bu ayda toy etmək olmaz? Və ya nəyə görə imamımızın şəhid olaraq cənnətə getməsini bayram kimi qeyd edib sevinmək əvəzinə kədərlənməliyik?

 

Cəmiyyətdə yaranan bu kimi fikir ayrılıqları və suallarla bağlı FaktXeber.com-a açıqlama verən ilahiyyatçı alim Əhliman Rüstəmov maraqlı fikirlər səsləndirdi. Müsahib birinci suala cavab olaraq qeyd etdi ki, Məhərrəm ayı matəm və hüzn ayıdır: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da insanların İmamı ölüb. İslam Peyğəmbəri də buyurub ki, mən və İmam Əli (ə) bu ümmətin atasıyıq. Eyni halda müqəddəs kəlamlarda və tarixi hədislərdə vardır ki, bu ayda əzadarlıq keçirmək savabdır. Necə ki, Məhəmməd Füzuli deyib:

 

“Mahi Məhərrəm gəldi müsərrat həramidir,

Matəm bu ayda şəriətə ehtiramidir.”

 

Hətta Məhəmməd Füzuli söyləyir ki, Məhərrəm ayında şadlıq haramdır. Eyni halda əzadarlıq saxlamaq əslində islama ehtiramdır. Yəni bir kəs müsəlmandırsa, gərək bu ayda İmam Hüseynə (ə) əza saxlasın.”

 

İkinci sualla bağlı da açıqlama verən ilahiyyatçı maraqlı fikirlər səsləndirdi: “Ağıllı insanlara və millətlərə fikir versək görərik ki, onların heç biri bu günə qədər əzizi ölərkən və ya şəhid olarkən heç vaxt sevinməyiblər.  Heç bir yerdə ölənə şadlıq tutmurlar. Necə İslam Peyğəmbərinin əmisi Həzrəti Həmzə şəhid olanda peyğəmbər nəsihət elədi ki, əmim Həmzəyə mərsiyə və oxşama deyərək ağlayın. Eyni halda İmam Hüseyn (ə) ağlamaq əslində öz halımıza ağlamaq deməkdir. Özümüzə ağlayırıq ki, o yolu gedə bilmirik. O yolu gedə bilməsək də, ən azı ağlamaqla həmin yolu gedənlərə sayğımızı göstəririk.“

 .
Digər “Müsahibələr ” Xəbərləri

Bu il adambaşına nə qədər fitrə pulu verilməlidir?

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.   İlahiyyatçı alim hacı... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini açıqladı

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”. İlahiyyatçı alim hacı Əhliman... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə... Davamı..

Hacı Əhliman bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Ərbəin”in yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri

“Ərbəin”, İslam və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır. Bismillahir-Rəhmanir-Rəhim... Davamı..