Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 İyul 12:11
Şərh Yoxdur
1922

Əmirəl-möminin imam Əlinin (ə) göstərişi

Nuf deyir: Əlinin (ə) sürətlə getdiyini gördüm. Soruşdum. “Ey mənim Mövlam! Hara gedirsiniz?”

Buyurdu: “Ey Nuf, mənə mane olma! Çünki arzularım məni məhbubuma tərəf aparır.”

Soruşdum: “Ey mənim Mövlam, arzuların nədir?”

Buyurdu: “Arzularımı bilməli olan şəxs bilir və onları başqasına deməyə ehtiyac yoxdur. Ədəb bunu tələb edir ki, Allahın bəndəsi ondan başqasını ne’mət və hacətlərdə şərik etməsin.”

Ərz etdim: “Ey Əmirəl-möminin, mən həvayi-nəfsin qələbəsindən, dünyəvi işlərin tamahından qorxuram.”

Buyurdu: “Nə üçün qorxanların qoruyucusundan, ariflərin pənahgahından qafilsən?”

Ərz etdim: “Onu mənə tanıtdır!”

Buyurdu: “O, böyük Allahdır ki, onun fəzl və mərhəməti ilə öz arzularına çatarsan. Öz himmət və səyinlə ona diqqət yetir, qəlbinə daxil olanları çıxart. Əgər bu iş sənə çətin gəlsə mən ona zaminəm. Allaha doğru qayıt və bütün diqqətini Ona doğru yönəlt. Sübhan Allah buyurur: “Öz izzət və cəlalıma and olsun! Məndən başqasına ümid bağlayan şəxsin ümidini kəsərəm, ona zillət və xarlıq libası geyindirərəm, Öz yaxınlığımdan uzaqlaşdıraram. Mənimlə olan əlaqəsini kəsərəm və onun yadından gizli qalaram. Vay olsun onun halına, yoxsa müşküllərdə Məndən başqasına pənah aparır?! Halbuki, çətinliklərin həll olunması yalnız Mənim əlimlədir. Məndən başqasına ümid bəsləyirmi?! Halbuki, Mən diri və əbədiyəm. Çətinliklərin həll olunmasında yadların qapısına gedirmi, halbuki onların qapısı bağlıdır. Mənim qapımı isə buraxır! Halbuki, o, açıqdır. Kim Mənə ümid bağlayıb və Mən onun ümidini kəsmişəm?! Bəndələrimin ümidini Özümə bağlamışam və onu özləri üçün saxlamışam. Asimanı elə kəslərlə doldurmuşam ki, Mənə təsbih deməkdən yorulmurlar, mələklərə demişəm ki, Mənimlə bəndələrim arasında olan qapıları heç vaxt bağlamasınlar. Bir şəxs üçün çətinlik yarandıqda bilmirmi ki, Mənim iznim olmadan bir kimsə onun çətinliyini həll edə bilməz?! Nə üçün bəndə öz istəklərində Mənə müraciət etmir? Halbuki, ona istəmədiyi şeyləri əta etmişəm. Nə üçün Məndən istəmir və Məndən başqasından istəyir?! Yoxsa belə təsəvvür edir ki, ilk əvvəldə bəndəmə əta edirəm, lakin istəyib sual etdikdə onu məhrum edirəm? Mən paxılammı ki, bəndəm Məni paxıl hesab edir?! Dünya və axirət Mənim əlimdə deyildirmi?! Cud (bəxşiş vermək, əta etmək) və kərəm Mənim sifətlərimdən deyildirmi?! Fəzl və mərhəmət mənim əlimdə deyildirmi?! Bütün arzular mənə doğru gəlib nəticələnmirmi?! Kim onları kəsə bilər?! Öz izzət və cəlalıma and olsun, əgər yer üzündə olan bütün insanların istəklərini bir yerə toplasam və onların hər birinə, hamısının istədiyi qədər versəm Mənim mülkümdən zərrə qədər azalmaz. Mənim tərəfimdən əta olunanlar necə nöqsanlı ola bilər?! Necə də fəqir və biçarədir Mənim rəhmətimdən mə’yus olan şəxs! Nə qədər biçarədir o kəs ki, itaətsizlik edib haram işlərə mürtəkib olsun və Mənim hörmətimi saxlamayıb tüğyan etsin!””

Əli (ə) bu sözlərdən sonra buyurdu: “Ey Nuf! Bu duanı oxu:

İlahi, in həmədtukə fə biməvahibikə, və in məccədtukə fə bimuradikə, və in qəddəstukə fə biquvvətikə, və in həlləltukə fəbi qudrətikə, və in nəzərtu fə ila rəhmətikə, və in əzəztu fə əla ni’mətikə. İlahi, innəhu mən ləm yəşğəlhul-vəlvəu bizikrikə və ləm yəzvihis-səfəru biqurbikə kanət həyatuhu əleyhi məytətən və məytətuhu ələyhi həsrətən. İlahi, tənahət əbsarun-nazirinə iləykə bi sərairil-qulubi və taləət əsğəs-samiinə ləkə nəciyyatus-suduri fələm yəlqə əbsarəhum rəddun dunə ma yuridun. Hətəktə bəynəkə və bəynəhum hucbəl-ğəfləti fəsəkənu fi nurikə və tənəffəsu biruhikə fəsarət qulubuhum məğarisən lihəybətikə və əbsaruhum məakifən liqudrətikə və qərrəbtə ərvahəhum min qudsikə fəcaləsu isməkə bivəqaril-mucaləsəti və xüzuil-muxatəbəti fəəqbəltə iləyhim iqbaləş-şəfiqi və ənsəttə ləhum insatər-rəfiqi və əcəbtəhum icabatil-əhibbai və nacəytəhum munacatəl-əxillai fəbəlliğ biyəl-məhəlləlləzi iləyhi vəsəlu vənqulni min zikri ila zikrikə və la tətruk bəyni və bəynə mələkuti izzikə babən illa fətəhtəhu və la hicabən min hucubil-ğəfləti illa hətəktə hətta tuqimə ruhi bəynə ziyai ərşikə və təc’ələ ləha məqamən nəsbə nurikə innəkə əla kulli şəy’in qədir. İlahi, ma ovhəşə təriqən la yəkunu rəfiqi fihi əməli fikə və əb”ədə səfərən la yəkunu rəcai minhu dəlili minkə, xabə məni’təsəmə bihəbli ğəyrik, və zəufə ruknu mənistənədə ila ğəyri ruknik, fə ya muəllimə muəmmilihil-əmələ fə yəzhəbu ənhum kabətul-vəcəl, la təhrimni salihəl-əməl, vəklə’ni kələətə mən farəqəthul-hiyəl, fəkəyfə yəlhəqu muəmmilikə zullul-fəqri və əntəl-ğəniyyu ən məzaril-muznibin. İlahi, və innə kullə həlavətin munqətiətun və həlavətəl-imani təzdadu həlavətuha ittisalən bikə. İlahi, və innə qəlbi qəd bəsətə əmələhu fiykə fəəziqhu min həlavəti bəstikə iyyahul-buluğə lima əmmələ, innəkə əla kulli şəy’in qədir. İlahi, əs’əlukə məs’ələtə mən yə’rifukə kunhə mə’rifətikə min kulli xəyrin yənbəği lil-mu’mini ən yəslukəh, və əuzu bikə min kulli şərrin və fitnətin əəztə biha əhibbaəkə min xəlqik, innəkə əla kulli şəy’in qədir. İlahi, əs’əlukə məs’ələtəl-miskinilləzi qəd təhəyyərə fi rəcahu, fəla yəcidu məlcəən vəla musnədən yəsilu bihi iləykə, vəla yəstədillu bihi ələykə illa bikə, və biərkanikə və məqamatikəl-ləti la tə”tilə ləha minkə, fə əs’əlukə bismikəl-ləzi zəhərtə bihi lixassəti övliyaik, fəvəhhədukə və ərəfukə fəəbədukə, bi həqiqətikə ən tuərrifəni nəfsəkə li əqirrə ləkə bi rububiyyətikə əla həqiqətil-imani bikə və la təc’əlni, ya İlahi, mimmən yə’budul-ismə dunəl-mə’na vəl-həzni biləhzətin min ləhəzatikə tunəvviru biha qəlbi bimə’rifətikə xassətən və mə’rifəti övliyaikə, innəkə əla kulli şəy’in qədir.”[1]

 

www.ahliman.info

[1] “Biharul-ənvar”, 94-cü cild, səh.94

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq,... Davamı..

İmam Əli (ə): “Аllаh, Muhəmməddən (s) yахşı insаn yаrаtmаyıb”

Bir nəfər, Əmirəl-möminindən (ə), о Həzrət qılıncının qаyışını bеlinə bаğlаmış hаldа Kufə məscidində оlаrkən Pеyğəmbərin cismаni хüsusiyyətləri bаrədə suаl sоruşdu. İmаm (ə)... Davamı..

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud günüdür

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım... Davamı..

Həzrət Muhəmməd (s): “Sizin ən təqvаlınız və Аllаhı ən yахşı tаnıyаnınız mənəm”

Həzrət Muhəmməd (s) peyğəmbərimiz özü haqda buyurur: “Mən, Аllаhın tərbiyə еtdiyi, Əli isə mənim tərbiyə еtdiyimdir.” “Еy insаnlаr! Mən əslində Аllаh tərəfindən... Davamı..

Həzrət Zəhranın (s.ə) sevgisi insana 7 yerdə xüsusi bəhrə verər

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Salman! Fatiməni (s.ə) sevmək yüz yerdə insanın halına faydalı olar ki, onların ən rahat olanları ibarətdir:  ... Davamı..

Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam

Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq: 1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə)... Davamı..

Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz

“Ey Əbuzər! Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz”. Şöhrət və sərvət üçün elm dalınca gedənlər bir tərəfə qalsın,... Davamı..