Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 İyun 16:16
Şərh Yoxdur
5284

Bu 3 dəstə İmam Zaman (ə.f) ağaya yardım edəcək

İmam Zaman ağanın (ə.f) qiyamı zamanı üç dəstə yardım edəcəkdir:

 

Birinci dəstə. İmam Zaman ağanın (ə.f) ətrafında toplanıb ilk ona yardım edəcək kəslər – 313 nəfər xüsusi dostlarıdır ki, Həzrətin (ə.f) ordusuna rəhbərlik edəcəklər. İmam Cavad (ə) bu haqda buyurur: “Bədr səhabələrinin sayı qədər 313 nəfər səhabələr, Yer kürəsinin uzaq nöqtələrindən onun ətrafında hazır olacaqlar”.

 

İkinci dəstə. On min nəfərlik ordudur ki, İmamın (ə.f) ən yaxın tərəfdaşlarından təşkil ediləcəkdir. Bu ordu toplanan kimi, İmamın (ə.f) qiyamı başlayacaqdır. İmam Cavad (ə) buyurur: “On min kişidən ibarət olan əqd kamil olan kimi, Əziz və Cəlil Allahın izni ilə qiyam edəcəkdir”.

 

Üçüncü dəstə. Zülmdən yorulmuş insan toplumudur ki, İmama (ə.f) yardım etmək üçün ona qoşulacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: “Yer üzü nuru ilə aydınlanar və hökuməti dünyanın şərq və qərbinə çatar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Həzrət Qaimin (ə) dostlarından olmaq istəyirsə, gərək müntəzir olsun. O zaman ki, müntəzirdir, təqva ilə əməl etsin və gözəl əxlaq əsasında rəftar etsin”.

İmamın (ə.f) 313 nəfər ən xüsusi dostları hansısa irq və diyardan deyildirlər, dünyanın hər yerindəndir. İmam Cavad (ə) buyurur:“Səhabələri Bədr əhlinin sayı qədər ona tərəf toplanarlar, Yer kürəsinin ən uzaq nöqtələrindən olan 313 nəfər”.

Əlbəttə bəzi hədislərdə bu 313 nəfərin bəzilərinin adları və ölkələri bəyan edilmişdir. Ancaq əlimizdə olan dəqiq məlumat budur ki, bu insanlar dünyanın müxtəlif yerlərindən olacaqdır.

Bu 313 nəfərin ən mühüm xüsusiyyətləri.

 

1. Allah Təalaya olan dərin elmi. İmam Sadiq (ə) buyurur: “Onlar o insanlardır ki, ürəkləri dəmir parçası kimidir. Allahın müqəddəs zatına qarşı heç bir şübhələri yoxdur. Onlar gecə oyaq qalan insanlardır ki, namazlarının zümzüməsi arıların səsi kimi qulaqlara çatar. Gecələri oyaq qalaraq başa vurarlar və atların belində Allaha təsbih edərlər”.

 

2. İmama (ə.f) olan dərin elm. İmam Səccad (ə) buyurur: “Onlar İmam Məhdinin (ə.f) imamətliyinə inanırlar”. Bu dərin elmin nəticəsi – İmama (ə.f) olan sonsuz eşqdir.

 

3. İxlaslıdırlar. İmam Cavad (ə) buyurur: “O zaman ki, onun üçün bu 313 ixlas əhli cəm olacaq, Allah onun əmrini zahir edəcəkdir”.

 

4. Şücaətlidirlər. İmam Sadiq (ə) buyurur: “Sanki mən Kufədə Qaimə (ə.f) və səhabələrinə nəzər salıram. Səcdələr alınlarına təsir etmişdir, gündüzün şirləri və gecənin rahibləridirlər”.

Hər kim İmamın (ə.f) bu xüsusi səhabələrindən olmaq istəyir, gərək bu dörd sifətə malik olsun və həqiqi müntəzirlərdən olsun.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq,... Davamı..

İmam Əli (ə): “Аllаh, Muhəmməddən (s) yахşı insаn yаrаtmаyıb”

Bir nəfər, Əmirəl-möminindən (ə), о Həzrət qılıncının qаyışını bеlinə bаğlаmış hаldа Kufə məscidində оlаrkən Pеyğəmbərin cismаni хüsusiyyətləri bаrədə suаl sоruşdu. İmаm (ə)... Davamı..

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud günüdür

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım... Davamı..

Həzrət Muhəmməd (s): “Sizin ən təqvаlınız və Аllаhı ən yахşı tаnıyаnınız mənəm”

Həzrət Muhəmməd (s) peyğəmbərimiz özü haqda buyurur: “Mən, Аllаhın tərbiyə еtdiyi, Əli isə mənim tərbiyə еtdiyimdir.” “Еy insаnlаr! Mən əslində Аllаh tərəfindən... Davamı..

Həzrət Zəhranın (s.ə) sevgisi insana 7 yerdə xüsusi bəhrə verər

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Salman! Fatiməni (s.ə) sevmək yüz yerdə insanın halına faydalı olar ki, onların ən rahat olanları ibarətdir:  ... Davamı..

Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam

Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq: 1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə)... Davamı..

Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz

“Ey Əbuzər! Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz”. Şöhrət və sərvət üçün elm dalınca gedənlər bir tərəfə qalsın,... Davamı..