Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 İyun 19:22
Şərh Yoxdur
1748

İmam Əlinin (ə) müsəlmanlara son vəsiyyəti

Əbul Fərəc nəql edir ki, İmam Əli (ə) zərbətlənəndən sonra Kufə həkimləri yanına gəlir. Onların içində Əsir ibni Əmr kimi mütəxəssisi yox idi. O, yaraları müalicə etməkdə tanınmış mütəxəssis idi. Bu həkim zərbətin yerini görən zaman əmr edir ki, qoyunun ağciyərini gətirsinlər. O, ağciyərdəki damarları çıxardır və həmin damarları yaraya qoyur. Bir qədər sonra çıxardıb onları müşahidə edir. Üzünü Həzrətə (ə) çevirib deyir: “Ey Əmirəl-möminin! Nə vəsiyyətin varsa, et ki, bu düşmənin zərbəsi beyninə çatıbdır və müalicənin faydası yoxdur”. Bu zaman İmam Əli (ə) kağız və qələm istəyir və vəsiyyətinə başlayır. (Tebyan/Deyerler)

Bu vəsiyyətin qısaldılmış şəklinə nəzər salaq:

“Bismilləhir-Rahmənir-Rahim!

Bu, o vəsiyyətnamədir ki, Əli ibn Əbutalib (ə) onu vəsiyyət edir. Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur və şəriki yoxdur. Həmçinin şəhadət verirəm ki, Muhəmməd (s) – Onun bəndəsi və Rəsuludur. Allah onu haqq dininə hidayət etmək üçün göndərmişdir ki, bütün dinlərə qalib etsin. Baxmayaraq ki, müşriklər onu xoş qarşılamırlar, Allahın salam və bərəkəti olsun ona!

Həqiqətən, mənim namazım, pərəstişim, həyatım və ölümüm Allahdandır ki, aləmlərin Pərvərdigarıdır. Onun şəriki yoxdur və mən ilk müsəlmanlardanam.

Ey Həsən! Mən səni, bütün övladlarımı və nəslimi və bu vəsiyyətnamənin çatdığı hər bir kəsi sizin Pərvərdigarınız olan Allahdan qorxmağa və təqvaya dəvət edirəm. Gərək müsəlman olmamış ölməyəsiniz. Hamınız İlahi kəndirdən yapışın və dağılmayın. Çünki həqiqətən, mən Allahın Rəsulundan (ə) eşitmişəm ki, buyurub: “İnsanların arasını islah etmək – bütün namaz və orucdan yaxşıdır. O şey ki, dini məhv edər, insanların arasında olan fəsaddır. “Lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-azim”.

Qohumlarınıza diqqət edin və onlarla sileyi-rəhm edin ki, Allah Qiyamət günü hesabı sizə asan etsin.

Allahdan qorxun, Allahdan qorxun, yetimlərə görə. Ürəyinizin daşlaşmasına görə onların ağızlarına növbə qoymayın.

Allahdan qorxun, Allahdan  qorxun, qonşularınıza görə. Rəsulallah (s) onlara görə tövsiyə etmişdir. Belə ki, biz güman edirdik ki, qonşu qonşudan irs aparır. Onların hörməti o qədər böyükdür ki, malından onlar üçün pay ayırmışdır.

Allahdan qorxun, Allahdan qorxun, Qurana görə. Məbada kimsə ona əməl etməkdə sizi qabaqlayar.

Allahdan qorxun, Allahdan qorxun, Allahın evinə görə. Məbada hələ ki, sağsınız, o ev sizdən boş qalsın. Əgər boş qalsa, möhlət verilməz. Əzaba düçar olarsınız, əgər sizdən boş qalarsa, İlahi əzab həyatınıza fürsət verməz.

Allahdan qorxun, Allahdan qorxun, malınızın zəkatını verən zaman. Zəkat İlahi qəzəbi yatızdırar.

Allahdan qorxun, Allahdan qorxun, Ramazan ayının orucuna görə. Çünki o, sizin üçün cəhənnəm atəşindən yaxşı qalxandır.

Allahdan qorxun, Allahdan qorxun, yoxsullara görə. Onları həyatınıza şərik edin, yeyəcək və geyəcəklərinizdən onlara verin.

Allahdan qorxun, Allahdan qorxun, Peyğəmbərinizin (s) ümmətinə görə. Məbada aranızda zülm olsun.

Allahdan qorxun, Allahdan qorxun, Peyğəmbərin (s) səhabələrinə görə. Çünki Rəsulallah (s) onlara görə tövsiyələr vermişdir.

Allahdan qorxun, Allahdan qorxun, əlinizin altında olanlara, kəniz və nökərlərinizə görə. Çünki Peyğəmbərin (s) son tövsiyəsi bu idi ki, buyurub: “Mən sizə əlinizin altına olan iki gücsüzü sifariş edirəm”.

Namaz, namaz. Hər kim sizə zülm etsə, ya pis düşüncədə olsa, Allah ona kifayət edər.

İnsanlarla gözəl danışın, necə ki, Allah buyurub.

Əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməyin. Əks halda, hər nə dua etsəniz, Allahdan şəri dəf etməsini istəsəniz, qəbul olmayacaqdır.

Zinhar olsun ayrılıqdan, təfriqədən, dağınıqlıq və bir-birindən üz döndərməkdən.

Bir-birinizin yardımçısı olun. Günah və zülmdə kömək etməyin ki, Allahın əzab və işgəncəsi çox ağırdır.

İndi sizinlə vidalaşıram və sizi Allaha tapşırıram”.

Həzrət (ə) vəsiyyət edəndən sonra davamlı olaraq “Lə İləhə illəllah” deyir və müqəddəs ruhunu tapşırır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Qeyb dövründə Allahın dinində möhkəm olmaq üçün bu duanı mütləq oxumalıyıq

İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk... Davamı..

Bədənin sağlamlığı ilə bağlı İmam Rzadan (ə) 10 tövsiyə

İnsanın qidalanmasının birbaşa bədəninə təsiri vardır. Bu günün tibb elmi sübut etmişdir ki, əgər insan sağlam qidalanarsa, sağlam dəriyə malik ola bilər.... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?

İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) mövlud günüdür

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası... Davamı..

İmam Sadiq (ə): “Bizim sirlərimizi gizli sахlаmаq Аllаh yоlundа cihаddır”

İmаm Əli (ə) buyurub: “Sаkitlik аğıldır. Sükut sаğlığın səbəbi, sirr sахlаmаq isə хоşbəхtliyin bir hissəsidir.” İmаm Səccаd (ə) buyurub: “Аllаhа аnd оlsun,... Davamı..

Bu gün imam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Hicri-qəməri tarixi ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət günüdür. İmam Sadiq (ə) 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının... Davamı..

İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?

Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f)  üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə... Davamı..