Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Aprel 11:20
Şərh Yoxdur
2350

İmam Əli (ə) peyğəmbərlərin dünyaya baxışı barədə buyurur

Əmirəl-möminin imam Əli (ə) “Nəhcül-bəlağə”də peyğəmbərlərin dünyaya baxışı barədə buyurur: “Rəsuləllahın yolunu tutmaq sənə kifayət edər. Dünyanın məzəmməti və eyibləri, onun rüsvayçılıqları və pislikləri sənə doğru yolu tutmağa dəlil və bələdçidir; əgər başqa bir peyğəmbərin yolunu tutmaq istəsən, Allahın həmsöhbəti olmuş Musanın (ə) yolunu tut. O deyərdi:

“Ey Rəbbim: «Mən, Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə möhtacam![1].

Allaha and olsun ki, Musa (ə) Allahdan (ac qarnını doyuracaq) bir tikə çörəkdən başqa bir şey istəmirdi. Çünki yerdə bitən otları yeməkdən o qədər arıqlayıb incəlmişdi ki, qarnının nazik dərisindən otların yaşıllığı görsənirdi. Əgər üçüncü başqa bir peyğəmbərin yolunu getmək istəsən, Davudun (ə) yolu ilə get ki, «Məzamir və Zəbura» sahib idi. Davud (ə) cənnət əhlinin xanəndəsidir. Öz əlləri ilə xurma lifindən zənbil toxuyar və dostlarına belə deyərdi: “Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edə bilər?” Zənbillərin qazancından əldə etdiyi pulun ancaq bir tikə arpa çörəyinə yetəcək qədərini özünə götürərdi.

İsanı (ə) de ki, yatmaq istədikdə balış olaraq başının altına bir daş qoyardı. Libası cod kətandan idi və yediyi bir tikə quru yavanlıq olardı. Gecələr çırağı ayın nuru idi. Qışda sığınacağı günəşin döydüyü yer olardı (evi yox idi). Süfrəsinin ən ləziz meyvəsi çöldə bitən otlar idi. Nə arvadı var idi ki, onu fitnəyə salsın, nə də uşağı var idi qəminə qalsın. Nə var-dövləti var idi ki, onu Allahdan yayındırsın, nə tamahı var idi ki, onun oduna yansın. Miniyi ayaqları, xidmətçisi əlləri idi”[2].

 

Görəsən, Allahın peyğəmbərlərlə düşmənçiliyi var idi ki, onları dünya ləzzətlərindən məhrum edirdi? Yoxsa bu çətinliklər onların təkamül vasitələri və Allaha olan məhəbbətlərinin nişanəsi idi?

Xatırladılması zəruri olan başqa bir məsələ budur ki, yuxarıda söylənilənlərdən elə anlaşılmasın ki, tərkidünya olub bir kənara çəkilmək lazımdır; halal qazancın arxasınca düşməməliyik və ya İslamın və müsəlmanların izzətini qorumaq üçün faydalı fəaliyyət göstərməməliyik. Söhbət dünyaya qapılıb qalmamaqdan, onun çəngində əsir olmamaqdan gedir.

Əgər dünyanın bütün xəzinələri və sərvətləri bir kəsin əlində olub, ona könül verməmək şərtilə bütün ləzzətlərindən istifadə etsə, özünə heç bir zərər toxunmayacaqdır. Necə ki, bütün dünya padşahlığına sahib olan Davud oğlu Süleyman ixtiyarında saysız-hesabsız nemətlərin olmasına baxmayaraq, heç birinə ürək bağlamadı. Bu nemətlər onun peyğəmbərliyinə və vilayətinə xələl gətirmədi. Özü arpa çörəyi yeyərdi, amma bütün sərvətini və qüdrətini dinin izzətinin ucalmasında istifadə edərdi.

 

www.ahliman.info

[1] «Qəsəs» surəsi, ayə 24.

[2] «Nəhcül-bəlağə», xütbə 159, səh. 508.

Digər “Əhli-Beyt ” Xəbərləri

Sabah Xanım Zeynəbin (s.ə) mövlud günüdür

Bu gecə  İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Həzrət xanım Zeynəbin (s.ə) mövlud günü daxil... Davamı..

İmam Məhdi (ə.f): Anamız Fatiməni ziyarət etmək istəsəniz, gedin Xanım Məsumənin qəbrini ziyarət edin!

Deyirlər ki, Ayətullahil-üzma Mərəşi Nəcəfinin atası qırx gün müddətində Səhlə və Küfə məscidlərində İmam Zamana (ə.f) təvəssül etmiş və sonda məqsədinə nail... Davamı..

İmam Zaman ağaya (ə.f) niyə Bəqiyyətullah deyilir?

Quran buyurur: “Əgər imanınız olsa, (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) vəfat günüdür

Bu gün Xanım Məsumənin vəfatı günüdür. Məsumə adı ilə məşhur olan kəramətli xanım İmam Kazımın (ə) qızıdır. Həmçinin İmam Rzanın (ə) bacısıdır. Bəzi mənbələrdə... Davamı..

Bu gün İmam Həsən Əsgərinin (ə) mövlud günüdür

İmam Həsən Əsgəri (ə) Məsum İmamların (ə) on birinci ulduzudur ki, 232-ci Hicri ilində rəbius-sani ayının 8-də  dünyaya gəlmiş və 260-cı hicri... Davamı..

Peyğəmbərimiz (s): “Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin”

“Ey Əbuzər! Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin, amma düşmənlərimin mal və övladlarını çox etsin”. İşarə edildiyi kimi,... Davamı..

Ustad Fatimi Niya: “Kim İmam Zamanı unudarsa, həmin şəxsə mütləq xəsarət dəyər”

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Həzrət İmam Zaman ağa (ə.f) Allahın izni ilə bu aləmin sahibidir, bizim nemətlərin də sahibidir. O, bu... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Oktyabr ayının 14-ü hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə)... Davamı..