Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Yanvar 09:00
Şərh Yoxdur
6976

Həzrət Musanın (ə) Allah Təalaya sualları

İmam Həsən Əsgəri (ə) buyurur: “Musa ibn İmran Allahdan soruşdu:-Allahım, mənim Sənin elçin və peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir?

Allah:
-Mələklərim ona sarı gələcək və onu cənnətlə müjdələyəcək.

Musa:
-Həmişə Sənin önündə dayanıb namaz qılan bəndənin əvəzi nədir?

Allah:
-Onun ruku, qiyam və səcdələrinə görə mələklərim önündə fəxr edərəm. Fəxr etdiyim bir şəxsi isə cəzalandırmaram.

Musa:
-Sənin razılığını qazanmaq məqsədi ilə bir kimsəsizi doyuzduranın əvəzi nədir?

Allah:
-Bütün kainatın fövqündə Carçının belə səslənməsinə göstəriş verərəm: “Filankəsin oğlu filankəs Cəhənnəm atəşindən qurtulanlardandır!”

Musa:
-Qohumluq əlaqələrini qoruyub saxlayanın (siləyi-rəhm edənin) əvəzi nədir?

Allah:
-Ölümünü yubadaram, canvermə anını asanlaşdıraram. Cənnət xəzinədarları onu “Bizə sarı gəl, istədiyin qapıdan cənnətə daxil ol”, deyə səsləyəcəklər.

Musa:
-Camaata pislik etməyən, yalnız xeyir işlər görən şəxsin əvəzi nədir?

Allah:
-Qiyamət günü atəş ona səslənəcək: “Sənin mənə girişin qadağandır”.

Musa:
-Səni qəlbi və dili ilə xatırlayan şəxsin əvəzi nədir?

Allah:
-Ey Musa, Qiyamətdə onu ərşimin kölgəsində saxlayıb öz himayəmə götürərəm.

Musa:
-Gizlin və aşkar, dərin mənalı ayələrini qiraət edən şəxsin əvəzi nədir?

Allah:
-Ey Musa, o, siratdan ildırım surəti ilə keçəcək.

Musa:
-Sənin razılığını əldə etmək qəsdiilə başqalarının azab-əziyyətinə dözən kimsənin əvəzi nədir?

Allah:
-Qiyamətin qorxulu anlarında ona yardımçı olaram.

Musa:
-Sənin qorxundan göz yaşı axıdanın əvəzi nədir?

Allah:
-Üzünü qızmar cəhənnəm atəşindən qoruyaram, onu Fəze`-əkbər (Qiyamətin adlarından biri) günündə amanda saxlayaram.

Musa:
-Səndən utanıb xəyanət etməyənin əvəzi nədir?

Allah:
-O, Qiyamət günü amanda qalacaq.

Musa:
-İtaət əhlinə qayğıkeşlik edənin əvəzi nədir?

Allah:
-Cəhənnəm odunu ona haram edərəm.

Musa:
-Mömin bəndəni bilərəkdən qətlə yetirən şəxsin cəzası nədir?

Allah:
-Qiyamət günü ona şəfqət gözü ilə baxmaz, günahlarını bağışlamaram.

Musa:
-Kafiri İslama dəvət edən şəxsin əvəzi nədir?

Allah:
-Ona istədiyi şəxsə şəfaət etmək (bağışlatmaq) ixtiyarı verərəm.

Musa:
-Namazlarını ilk vaxtda qılan şəxsin əvəzi nədir?

Allah:
-Bütün istəklərini həyata keçirər, Cənnəti ona halal edərəm.

Musa:
-Sənin razılığını əldə etmək məqsədi ilə dəstəmaz alan kimsənin əvəzi nədir?

Allah:
-Onu Qiyamət günü iki gözləri
arasından nur parlayan halda səhnəyə gətirərəm.

Musa:
-Sənin razılığını qazanmaq məqsədi ilə Ramazan ayının orucunu tutan şəxsin əvəzi nədir?

Allah:
-Onu Qiyamətdə əmin-amanlıqda saxlayaram.

 

 

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Nimeyi-Şaban gecəsinin əməlləri

Bu gecə Nimeyi-Şaban daxil olur Hədislərdə qeyd olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Tövsiyyə olunur ki, bu gecə... Davamı..

Allah-Təala buyurur: “Mömin kişilərə və qadınlara de ki, gözlərini nаməhrəmlərdən çеvirib yеrə diksinlər”

Həzrət Məhəmməd (s) buyurub: “Аlimə bахmаq ibаdətdir. Ədаlətli rəhbərə bахmаq ibаdətdir. Аtа-аnаyа məhəbbətlə bахmаq ibаdətdir. Аllаhа хаtir sеvdiyin qаrdаşа bахmаq ibаdətdir.” “Üç... Davamı..

Ayətullah Misbah Yəzdi: “Problemlərin həlli üçün onun-bunun qabağında boyun bükmək gərək deyil. Axı sadəcə İmam Zaman ağanin (ə.f.) bircə nəzəri kifayətdir…”

Ayətullah Misbah Yəzdi bəzi məddəhların Əhli-beyt (ə) haqqında yazdıqları şeirləri tənqid etdimişdir və bu cür şeirlərin ali məzmunlara malik olmamasını vurğulamişdır. Çünki... Davamı..

İmam Əli (ə): “İçində ibrət оlmаyаn hər bir bахış, əbəsdir”

İmаm Əli (ə) buyurub: “Göz qəlbin qаsididir.” “Göz qəlbin хəfiyyəsi və аğlın qаsididir.” “Qəlb gözün kitаbıdır.” “Gözlərin bахışlаrı şеytаnın tоrlаrıdır.” “Gözün kоrluğu... Davamı..

Bu gün Şaban ayının ilk günüdür. Bu ayın müştərək əməlləri və zikrləri

Bu gün Fevral ayının 22-i müqəddəs  Şaban ayının ilk günüdür. Şaban ayı mübarək Ramazan ayına son hazırlıq fürsəti sayılır. Hədis və rəvayətlərdə... Davamı..

Namazı keyfiyyətli qılmaq istəyənlər üçün Ayətullah Behcətdən tövsiyələr

Ayətullah Behcətin namazda qəlb hüzuru ilə bağlı nəzərləri vardır ki, onlara işarə edək: “Qəlb hüzuru mövzusunda bir giriş var və bir də... Davamı..

Ustad Fatimi Niya: İnsanda gərək İmam Zamana (ə.f) qarşı bir növ qeyrət hissi olsun!

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Həmd olsun Allaha ki, şiələrin qəlbində İmam Zamana (ə.f) eşq var. Allah-təala bu eşqi günbəgün daha... Davamı..

İmam Əli (ə): “Kim cаmааtа qаrşı insаflı оlsа, Аllаh mütləq оnun izzətini аrtırаr”

İmаm Əli (ə) buyurub İnsaflı olmaq haqda buyurub: “İnsаf хislətlərin ən üstünüdür.” “İnsаf qəlbləri bir-birinə bаğlаyır. ” “Əlаqə tеlləri insаfın оlmаsı nəticəsində... Davamı..