Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Dekabr 14:15
Şərh Yoxdur
6251

Yatmazdan qabaq “Qədr” surəsini oxumağın təsiri

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Hər kim yatan zaman “Qədr” surəsini 11 dəfə oxuyarsa, Allah Təala ona 11 mələyi hakim edər ki, onu səhərə qədər şeytanın şərindən qorusunlar”.

 

Bir gənc nəql edir: “ Qərara gəldim ki, bu hədisə əməl edim. Birinci gecə yuxuda gördüm ki, bir dəstə insanların arasındayam və dua oxumaqla məşğulam. İkinci gecə “Qədr” surəsini oxuyan zaman məhərrəm ayının 26-sı idi. Ancaq yuxuda özümü Qədr gecəsinin ilk əhyasında gördüm. Əlimə səsgücləndiricini almışdım və bir ruhani kimi orada hazır olanlara deyirdim: “Qədr gecələrindən biri keçməkdədir. Bir tək Allah bilir ki, gələn ilə qədər kim sağ qalacaqdır. Min bir gecədən fəzilətli olan bu gecənin qədrini bilin”.

 

Yaxşı xatırlayıram ki, yaşlı qadınlara xitab edərək deyirdim: “Ey əziz analar! Bu cavan bacıları dua oxumağa təşviq edin. Bilin ki, hədəf – gecə oyaq qalmaqdır. İstər namaz qılmaqla olsun, istər dua və Quran oxumaqla olsun, istərsə də günahlar üçün tövbə etməklə olsun”. (Tebyan/Deyerler)

 

Buradan aydın olur ki, insan “Qədr” surəsinin həyatına təsirindən gərək agah olsun və onun bərəkətlərindən faydalansın.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..

Qurani-Kərimin hansı surələri İmam Zaman ağa (ə.f) haqqındadır?

Qurani-Kərimdə İmam Zaman ağanın (ə.f) birbaşa adı çəkilmiş ayə mövcud deyildir. Ancaq bəzi ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) nisbət verilir.... Davamı..

Quranı üzündən oxumaq kifayət edirmi?

Qurani-Kərim – Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa – böyük savaba... Davamı..