Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Dekabr 09:00
Şərh Yoxdur
2691

Allahın kitabı qorxudandır, yoxsa müjdə verən?

Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45).

Peyğəmbər, nəbi, rəsul ümumi olaraq eyni mənanı ifadə edirlər. Bu kəlimələri eşitdikdə ilkin zehnə gələn məna Allahın elçiləri , Allah kitabının daşıyıcıları nəzərdə tutulur. Din, nəbi və kitab məfhumları bir birindən ayrılmazdır. Allah Təala bəşər yaranandan daima insanlar arasından bu yükü daşıya biləcək insanları seçmiş və vəhy əmanətini onlara təslim etmişdir. Onların da vəzifəsi insanları bu vəhydən xəbərdar etməkdir.

 

Bəli baxmayaraq ki, peyğəmbərlərin vəzifəsi çox ağır və əziyyətlidir, onların vəzifəsi yalnız ilahi əmrləri çatdırmaqdır. Bu yolda bütün peyğəmbərlər öz vəzifələrini layiqincə yernə yetirmiş, heç biri öz vəzifəsində, həyatının müxtəlif sahələrində  heç bir səhvə və xoşa gəlməz amillərə yol verməmişlər. Elə bu səbəbdən də onlara seçilmiş insanlar deyilir. Çünki onları Allah seçib və Allah paklayıb. Bu baxımdan bütün peyğəmbərlər arasında heç bir fərq yoxdur və hamısının ehtiramı vacibdir.

 

Qurani Kərimdə Allah Təala Öz elçilərinin göndərilməsini bir çox səbəblərlə qeyd edib. Məsələn qorxudan, müjdə verən, öyrədən, xatırladan, paklayan, günahlardan təmizləyən (onlar üçün əfv diləyən), rəhbər, başçı, hakim və sair. Bütün bunlar arasında ən çox qeyd olunan qorxudan və müjdə verən ifadələridir. İlkin baxışda bu kəlimələr zidd görünə bilir. Lakin diqqət etdikdə məsələnin mahiyyətini anlamaq olur.

 

Həmçinin təfsir və hədislərə əsasən:

 

Müjdə verən mənası insanlara xoş aqibət vəd edən mənasındadır. İstər dünyada olsun, istər axirətdə olsun Allah Təala yaxşı əməl sahiblərini və iman gətirənləri böyük mükafatla müjdələyir. Onlara dünyada izzət, axirətdə isə əbədi cənnət vəd edir.

 

Qorxudan isə pis əməl sahiblərinə nisbət verilir. Necəki iman gətirənləri müjdələyir, həmçinin şirk və günah əhlini də təhdid edir:

 

Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45).

 

 

Qurani Kərim Allah Təalanın kitabı olaraq onda rəhmət, hikmət, şəfa, mərhəmət vardır:

 

Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.   (İsra-82) [İslaminsesi.info]

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..