Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Dekabr 13:20
Şərh Yoxdur
3525

İmam Zaman ağaya (ə.f) niyə Bəqiyyətullah deyilir?

Quran buyurur: «Əgər imanınız olsa, (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)». (“Hud” 86).

 

Bu ayədə “Bəqiyyətullah” dedikdə Allahın sizin üçün saxladığı şey nəzərdə tutulmuşdur. Bu saxlanılan xeyirli şey ya halal və az ruziyə işarə edir, ya da həmişə qalıcı olan mənəvi savablara işarə edir.

 

Bu sözün ardınca Allah Təala buyurur ki, əgər mömin olsanız, bu həqiqəti dərk edərsiniz. Yəni, Allaha və onun hikmətinə imanınız olsa o zamanBəqiyyətullahı dərk edə bilərsiniz.

 

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Məhdinin (ə.f) qiyamından sonra dediyi ilk söz həmin ayə olacaqdır. Sonra buyuracaqdır: “Mən –Allahın saxladığı şey, Onun hüccəti və Onun canişiniyəm. Heç kəs Məhdiyə (ə) salam verməz, məgər o halda ki, deyər: Əssəlamu əleykə, yaBəqiyyətullahi fi ərzihi”. (Həvzəh/Deyerler)

 

Bu hədisdən ayənin dərin mənasına varmaq olur. Baxmayaraq ki, bu ayə Şuəybin (ə) qövmünə işarə edir və saxlanan şey deyildikdə onlarınsərmayəsi nəzərdə tutulur, ancaq məhz Bəqiyyətullah sözünün başqa dərin mənalara malik olduğunun da şahidi oluruq. Həmçinin o kəslər ki, bəşərin xeyri üçün Allah tərəfindən saxlanılmış və ehtiyat görülmüşdür. O cümlədən: bütün peyğəmbərlər (ə), İmamlar (ə), həqiqi rəhbərlər kimi.

 

Ancaq hər bir halda Bəqiyyətullah sözünün əsil mənası İmam Zamanda (ə.f) təcəlli edir. Ona görə də İmamın (ə.f) layiqli ləqəblərindən biri də məhz Bəqiyyətullahdır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Qeyb dövründə Allahın dinində möhkəm olmaq üçün bu duanı mütləq oxumalıyıq

İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk... Davamı..

Bədənin sağlamlığı ilə bağlı İmam Rzadan (ə) 10 tövsiyə

İnsanın qidalanmasının birbaşa bədəninə təsiri vardır. Bu günün tibb elmi sübut etmişdir ki, əgər insan sağlam qidalanarsa, sağlam dəriyə malik ola bilər.... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?

İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) mövlud günüdür

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası... Davamı..

İmam Sadiq (ə): “Bizim sirlərimizi gizli sахlаmаq Аllаh yоlundа cihаddır”

İmаm Əli (ə) buyurub: “Sаkitlik аğıldır. Sükut sаğlığın səbəbi, sirr sахlаmаq isə хоşbəхtliyin bir hissəsidir.” İmаm Səccаd (ə) buyurub: “Аllаhа аnd оlsun,... Davamı..

Bu gün imam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Hicri-qəməri tarixi ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət günüdür. İmam Sadiq (ə) 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının... Davamı..

İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?

Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f)  üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə... Davamı..