Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 İyun 12:00
Şərh Yoxdur
15082

İftar vermək Allah yanında ali dərəcəli əməldir, amma həddində olmalıdır ki, israfa yol açmasın-İlahiyyatçı (Arxivdən)

“Ramazan ayında iftar süfrəsi açıb insanları bu süfrəyə dəvət etmək İslam dinində böyük savaba malikdir. Lakin insanlar düşünməlidirlər ki, Allah hər bir işdə müəyyən hədd qoyub. Yemək-içmək məsələsində də müəyyən hədlər var ki, gərək onu aşmayasan.”

Bu fikirləri Ahliman.info-ya açıqlamasında “Hacı Cavad” məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib.

İlahiyyatçı deyib ki, istər iftar süfrəsi olsun, istərsə də qeyri-iftar süfrəsi, insan israfa yol verməməlidir: “Allah Qurani-kərimdə buyurur ki, yeyin-için amma israf etməyin, Allah israf edənləri sevmir. Ona görə də Ramazan ayında verilən iftar süfrələri həddi aşmamaq şərtilə elə olmalıdır ki, bu iftarda iştirak edən adam sabah səni öz iftarına çağırsa, utanmasın.

İslam peyğəmbəri “Şəbaniyyə” xütbəsində buyurur ki, iftar edin, öz mömin qardaşlarınıza iftar verin, özünüzə bu iftar qonaqlığı ilə cəhənnəm odundan nicat verin. Bu zaman bir nəfər qalxıb o Həzrətə deyir ki, bizim ona imkanımız yoxdur. Peyğəmbər (s) buyurur ki, hətta bir xurma verməklə belə olsa, iftar verin və Allahdan təqva qazanın. Bunun da  mənası bu idi ki, bir xurma vermək özü Allahın yanında təqvalı olmağa səbəb olar. Ona görə də kasıblara, imkanı olmayanlara iftar vermək Allah yanında ali dərəcəli əməldir, amma o da öz həddində olmalıdır ki, israfa yol açmasın.

Allah özü buyurur ki, özünüzü çətinliyə salmayın. Sizə halal edilən şeyləri özünüzə haram etməyin, həddinizi aşmayın. Allah həddi aşanları sevmir və özünə dost tutmur”.

 

www.ahliman.info

Digər “Müsahibələr ” Xəbərləri

Bu il adambaşına nə qədər fitrə pulu verilməlidir?

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.   İlahiyyatçı alim hacı... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini açıqladı

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”. İlahiyyatçı alim hacı Əhliman... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə... Davamı..

Hacı Əhliman bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..