Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 İyun 17:08
Şərh Yoxdur
2558

Peyğəmbər (s) və Əhli-Beytinin (ə) xüsusi davamçıları cənnətdə harada sakin olacaqlar?

“Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 72).

Bu ayədə adı çəkilən cənnəti-ədn behiştin o bağlarıdır ki, Həzrət Peyğəmbər (s), Əhli-Beyt (ə) və onların xüsusi davamçıları orada sakin olacaqlar. Bəs bu bağlar behiştin hansı hissəsindədir? (Beytutə/Deyerler)

Quranda cənnəti-ədnə işarə edən bir çox ayə vardır. O cümlədən: “Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün iBstədikləri hər bir şey vardır”. (“Nəhl” 31).

Adından da göründüyü kimi, bu behişt bağları əbədi məkanlardır və ona görə də behiştin başqa bağlarından daha üstün hesab olunur.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Ədn – Allahın o evidir ki, heç bir göz onu görməmiş, heç kəsin fikrinə düşməmişdir. Onda ancaq üç dəstə sakin olacaqdır: peyğəmbərlər (ə), siddiqlər və şəhidlər. Allah buyurur: “Xoş olsun o kəslərin halına ki, ora daxil olacaqlar””.

Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: “Hər kim həyatının mənim kimi və ölümünün mənim kimi olmasını istəyirsə və Allahın behiştdə mənə vəd etdiyi cənnəti-ədndə sakin olmaq istəyirsə – gərək Əli İbn Əbutalibi (ə) və ondan sonrakı övladlarını sevsin”.

Bu hədislərdən də göründüyü kimi, cənnəti-ədn behiştin elə bir üstün bağıdır ki, orada ancaq Allahın xas bəndələri sakin olacaqlar və digər kəslərin ora daxil olmağa ləyaqəti olmayacaqdır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Qeyb dövründə Allahın dinində möhkəm olmaq üçün bu duanı mütləq oxumalıyıq

İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk... Davamı..

Bədənin sağlamlığı ilə bağlı İmam Rzadan (ə) 10 tövsiyə

İnsanın qidalanmasının birbaşa bədəninə təsiri vardır. Bu günün tibb elmi sübut etmişdir ki, əgər insan sağlam qidalanarsa, sağlam dəriyə malik ola bilər.... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?

İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) mövlud günüdür

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası... Davamı..

İmam Sadiq (ə): “Bizim sirlərimizi gizli sахlаmаq Аllаh yоlundа cihаddır”

İmаm Əli (ə) buyurub: “Sаkitlik аğıldır. Sükut sаğlığın səbəbi, sirr sахlаmаq isə хоşbəхtliyin bir hissəsidir.” İmаm Səccаd (ə) buyurub: “Аllаhа аnd оlsun,... Davamı..

Bu gün imam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Hicri-qəməri tarixi ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət günüdür. İmam Sadiq (ə) 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının... Davamı..

İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?

Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f)  üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə... Davamı..