Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 May 10:30
Şərh Yoxdur
3712

Həzrət Məhəmmədin (s) Ramazan ayı haqqında Şəbaniyyə moizəsi

Böyük İslam alimi Şeyx Səduq (r) belə nəql edir: Muhəmməd ibn Bukranul Nəqqaş “Əhməd ibnil Həsənil Qətan və Muhəmməd ibn Əhməd ibn İbrahiməl Məazi və Muhəmməd ibn İbrahim İshaqəl Məktəbi”dən onların hamısı Əhməd ibn Muhəmməd ibn Səiddən o da, Əli ibn Huseyn ibni Fəzaldan, o da, atasından, o da, İmam Rzadan (əleyhis səlam), İmam Rza (əleyhis səlam) da, atalarından (əleyhis səlam), onlar da, həzrəti Əmirul Möminin Əlidən (əleyhis səlam) belə nəql edirlər ki, bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) bizə xütbə oxuyaraq buyurdu:

 

“Ey insanlar! Allahın (Ramazan) ayı bərəkət, rəhmət və bağışlanma ilə birgə sizə doğru gəlmişdir. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və anları ən üstün saat və anlardır.

Bu ayda siz Allahın ziyafətinə dəvət olunduz. Bu ayda Allah sizi öz kəramət əhlindən qərar verdi. Bu ayda sizin nəfəsləriniz zikr, yatmağınız ibadət, əməlləriniz qəbul və dualarınız qəbul olunmuşdur.

Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağınıza və Quran oxumağınıza kömək etməsini diləyin. Çünki doğrudan da, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir.

Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.

Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin. Yaxınlarınıza baş çəkin və onlara yardım edin. Dilinizi pisliklərdən qoruyun. Gözlərinizi haram baxışlardan saxlayın. Qulaqlarınıza haram eşıtdirməyin. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar.

Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz gətirib, tövbə edin. Hər namaz vaxtı əllərinizi Onun qarşısında aciz qul kimi açaraq, dua edin. Çünki, bu ayın saatları ən fəzilətli vaxtlardır. Allah-Təala bu vaxt öz bəndələrinə rəhmət və mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər. Çağırışlarına cavab verər. Dualarını qəbul edər.

Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz günahlarınızın ağırlığı sayəsində əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları Qiyamət günü insanların hesab verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir.

Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa, Tanrı dərgahında bir qulu azad etmək qədər dəyəri, savabı vardır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına səbəb olar.”

Bu zaman bir nəfər soruşdu: “Ey Allahın Rəsulu (s)! Bizim hamimizın imkanı yoxdur ki, kimisə qonaq etsin. Nə edək?”

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:

“Yarı xurma dənəsini sədəqə verməklə də, olsa Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də, olsa Cəhənnəm odundan qurtulun.

Ey insanlar! Hər kəs bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim bu ayda öz qullarının zəhmətini azalda, Allah-Təala Qiyamətdə onun işini asanlaşdırar.

Hər kim bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Uca Allah o biri dünyada ona qarşı qəzəbini azaldar. Hər kəs bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir. Hər kim bu ayda öz yaxınlarının ziyarətinə gedə, Böyük Allah Qiyamətdə ona rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir.

Kim bu ayda müstəhəb namaz qılarsa, Tanrı ona cəhənnəm odundan bəraət verər. Kim bu ayda vacib namaz qılarsa, başqa aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox salavat göndərərsə, Allah Qiyamət günü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar. Hər kəs bu ayda Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylarda bütünlüklə oxunmuş Qurana bərabərdir.

Ey insanlar! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapıları da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapılarını sizin üzünüzə açmasın. Bu ayda şeytan (Allah ona lənət etsin) zəncirlənmişdir. Allahdan istəyin ki, onu sizə hakim etməsin”.

Bu zaman Həzrət Əli (əleyhi səlam) soruşdu: “Ey Allahın Rəsulu (səlləllahu əleyhi və alih)! Bu ayda ən üstün əməllər hansılardır?”

İslam Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:”Ey Həsənin atası! Allahın haram buyurduğu işlərdən qaçmaq bu ayda ən üstün əməldir.”

Elə bu vaxt Peyğəmbər(səlləllahu əleyhi və alih) ağladı.

İmam Əli (əleyhi səlam) soruşdu: “Ey Allahın Rəsulu (səlləllahu əleyhi və alih)! Niyə ağlayırsız?”

Həzrəti Rəsulləllah (səlləllahu əleyhi və alih) buyurdu: “Ya Əli (əleyhi səlam)! Mən ona görə ağlayıram ki, bu ayda sənə qarşı hörmətsizlik edəcəklər. Sanki səni namaz qılan halda görürəm, amma indiyədək gəlib-getmiş olan ən bədbəxt, ən namərd şəxs sənə elə bir qılınc zərbəsi vuracaq ki, saqqalın al-qana boyanacaqdır”.

Mömünlərin Əmiri həzrəti Əli (əleyhi səlam) soruşdu: “Ey Allahın Rəsulu (səlləllahu əleyhi və alih)! Bu hadisə mənim dinə sadiq qaldığım haldamı baş verəcəkdir?”

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Bəli, elədir.” Sonra isə əlavə etdi: “Ya Əli (əleyhi səlam)! Sənin canına qəsd edən mənim canıma qəsd etmişdir. Səni qəzəbləndirən məni qəzəbləndirmişdir. Sənə söyüş verib təhqir edən mənə söyüş verib təhqir etmişdir. Çünki mənimlə sənin aranda heç bir fərq yoxdur. Sənin ruhun, mənim ruhumdandır. Sənin tinət və xilqətin mənim tinət və xilqətimdir.

Uca Allah məni və səni yaratdı, məni və səni (bütün insanların arasından) seçdi. Məni peyğəmbər, səni isə, İmam qərar verdi. Sənin İmam olmağını rəd edən şəxs, mənim Peyğəmbərliyimi rəd etmişdir. Ya Əli (əleyhi səlam)! Sən istər mən həyatdaykən, istərsə də vəfat etdikdən sonra mənim vəsiyyim, övladlarımın atası, qızımın sevimli həyat yoldaşı və Ümmətim üzərində xəlifəmsən. Bütün əmrlərin, mənim əmrim və etdiyin qadağalar da, mənim qadağam sayılır. Məni Peyğəmbərliyə seçən və ən yaxşı məxluq qərar verən Allaha and olsun ki, Sən Allahın bəndələrinə olan höccət və imamı, Onun gizli və sirli işlərinin etibarlı şahidi və Tanrının yer üzündəki xəlifəsisən!”

(Şeyx Səduq. Uyunu Əxbari Rza (əleyhi səlam), c. 1, səh. 230 və Şeyx Bəhaini Ərbəin kitabı səh. 162)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Nimeyi-Şaban gecəsinin əməlləri

Bu gecə Nimeyi-Şaban daxil olur Hədislərdə qeyd olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Tövsiyyə olunur ki, bu gecə... Davamı..

Allah-Təala buyurur: “Mömin kişilərə və qadınlara de ki, gözlərini nаməhrəmlərdən çеvirib yеrə diksinlər”

Həzrət Məhəmməd (s) buyurub: “Аlimə bахmаq ibаdətdir. Ədаlətli rəhbərə bахmаq ibаdətdir. Аtа-аnаyа məhəbbətlə bахmаq ibаdətdir. Аllаhа хаtir sеvdiyin qаrdаşа bахmаq ibаdətdir.” “Üç... Davamı..

Ayətullah Misbah Yəzdi: “Problemlərin həlli üçün onun-bunun qabağında boyun bükmək gərək deyil. Axı sadəcə İmam Zaman ağanin (ə.f.) bircə nəzəri kifayətdir…”

Ayətullah Misbah Yəzdi bəzi məddəhların Əhli-beyt (ə) haqqında yazdıqları şeirləri tənqid etdimişdir və bu cür şeirlərin ali məzmunlara malik olmamasını vurğulamişdır. Çünki... Davamı..

İmam Əli (ə): “İçində ibrət оlmаyаn hər bir bахış, əbəsdir”

İmаm Əli (ə) buyurub: “Göz qəlbin qаsididir.” “Göz qəlbin хəfiyyəsi və аğlın qаsididir.” “Qəlb gözün kitаbıdır.” “Gözlərin bахışlаrı şеytаnın tоrlаrıdır.” “Gözün kоrluğu... Davamı..

Bu gün Şaban ayının ilk günüdür. Bu ayın müştərək əməlləri və zikrləri

Bu gün Fevral ayının 22-i müqəddəs  Şaban ayının ilk günüdür. Şaban ayı mübarək Ramazan ayına son hazırlıq fürsəti sayılır. Hədis və rəvayətlərdə... Davamı..

Namazı keyfiyyətli qılmaq istəyənlər üçün Ayətullah Behcətdən tövsiyələr

Ayətullah Behcətin namazda qəlb hüzuru ilə bağlı nəzərləri vardır ki, onlara işarə edək: “Qəlb hüzuru mövzusunda bir giriş var və bir də... Davamı..

Ustad Fatimi Niya: İnsanda gərək İmam Zamana (ə.f) qarşı bir növ qeyrət hissi olsun!

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Həmd olsun Allaha ki, şiələrin qəlbində İmam Zamana (ə.f) eşq var. Allah-təala bu eşqi günbəgün daha... Davamı..

İmam Əli (ə): “Kim cаmааtа qаrşı insаflı оlsа, Аllаh mütləq оnun izzətini аrtırаr”

İmаm Əli (ə) buyurub İnsaflı olmaq haqda buyurub: “İnsаf хislətlərin ən üstünüdür.” “İnsаf qəlbləri bir-birinə bаğlаyır. ” “Əlаqə tеlləri insаfın оlmаsı nəticəsində... Davamı..