Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Dekabr 15:33
Şərh Yoxdur
3007

Həyat yoldaşı seçməyin meyarı nədir?

Dini dəyərlərə bağlı insanlar üçün ən əsas meyar qarşı tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan diqqəti cəlb edir:

1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən etibarlı sayılır. İman və etiqad nəzarətçisi olmayan bir kəsə etimad göstərmək təhlükəlidir. Adətən, belə bir seçim müvəffəqiyyətsiz olur. Qəlbən özünü Allah qarşısında hiss edənlər başqaları qarşısında da məsuliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə həyatında da etibarlı olur.

2) İmanlı zövcələr vahid bir etiqadi nizama tabe olduqlarından onların baxışlarında, meyillərində, səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də onlar öz müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-birlərinə uyuşurlar.

Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm məsələlərdə müştərək baxışa malik olurlar.

Bu zümrədən olan fərdlər ortaya ixtilaf çıxdıqda dini təlimlərə, qayda qanunlara müraciət etməklə hər iki tərəfin qəbul edəcəyi yekdil rəyə gələ bilirlər. Belə bir seçim ailədə xoşbəxtliyi təyin edən ən etibarlı seçimdir.

Təcrübədən məlum olur ki, dini öhdəçiliyi olmayanlar hətta evlənməmişdən qabaq uzun müddət tanış olsalar da, ailə qurduqdan sonra kiçik bir səbəbdən ayrılıq fikrinə düşürlər. Çünki hər iki tərəfin qəbul etdiyi sabit qanunlar yoxdur. Məhkəmə çəkişmələrindəki rəqəmlər göstərir ki, dini təlimlərə bağlı olmayanların problemləri daha çoxdur.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ayətullah Amuli: “Əməli Allaha xatir xalis niyətlə etmək çətindir”

Ayətullah Cavadi Amuli buyurur: Allah-Təala Qurani-Kərim buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur”.[1]... Davamı..

İmаm Əli (ə): “Sizlərin ən zirəyi, sizlərin ən ibаdətkаrıdır”

Həzrət Muhəmməd Rəsulullah (s) buyurub: “Zirək оdur ki, öz nəfsini pisləsin və ölümdən sоnrаsı üçün iş görsün.“1 Həzrət Peyğəmbərimiz (s) “Möminlərin ən... Davamı..

Dünyanın şeytansifətlərini iyirmi ildir ki, mübahisəyə çağırırıq

Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi buyurur: Münafiqlər və biganələrlə əyləşənlər onların təsiri altına düşürlər. Belələri zahirən müsəlman kimi tanınsalar da, qəlbləri nifaqa bulaşmışdır.... Davamı..

İmаm Əli (ə): “Qаdının surəti оnun sifətində, kişinin surəti оnun sözlərindədir”

Həzrət Muhəmməd (s) buyurub: “Bəzən insаn Аllаhа хоş gələn sözlər dаnışır və həmin sözün çаtdığı yеrə çаtаcаğını dа gümаn еtmir. Аllаh həmin... Davamı..

İmаm Əli (ə) buyurub: “Yаlаndаn kənаr оlun. Çünki yаlаn imаndаn kənаrdır”

Həzrət Muhəmməd (s) buyurub: “Ən pis sələm yаlаndır.” “Bəndə yаlаn dаnışаndа yаrаtdığı üfunətin iyindən mələk bir mil аrаlı durаr.” “Yаlаn, nifаqın qаpılаrındаn... Davamı..

İmam Əli (ə): “Özünü islаh еtmək üçün ən yахşı köməkçi qənаətdir”

Həzrət Muhəmməd (s) buyurub: “Sənə vеrilənə qаnе оl ki, sоrğu-suаlın yüngül kеçsin.”1   İmаm Əli (ə) buyurub: “Özünü islаh еtmək üçün ən... Davamı..

Həzrət Muhəmməd (s): “Bilikləri, аlimlər ölməmiş yаzıyа köçürün”

“Nun. Аnd оlsun, qələmə və yаzılаnlаrа.”1   İmаm Əli (ə) buyurub: “Kitаblаr аlimlərin bоstаnlаrıdır.”2 “Kitаb nеcə də gözəl nаtiqdir.”3 “Kitаblаrlа özünü sаkitləşdirən... Davamı..

İmam Əli (ə) buyurur: “Qənаətcil оlun ki, vаr-dövlət sаhibi оlаsınız”

Аllаh-tааlа Dаvudа vəhy buyurmuşdur: “Mən vаrdövləti qənаətdə qərаr vеrsəm də, cаmааt оnu mаlın çохluğundа ахtаrır. Bunа görə də оnu tаpmırlаr.” 1 Həzrət... Davamı..