Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Noyabr 13:23
4 Şərh
16601

Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər

Əgər bəndə böyük əzəmət sahibi olan tək Allahla münacat və ibadət etmək istəyirsə, gərək bu görüşə hazır olsun. Zahiri çirkinliyini və nəcasətini aradan aparsın və batinini paklasın.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Qədr” surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: “Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!””.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Qədr” surəsini suya oxuyar və onu içər – Allah onun gözündə nur qərar verər”.

İmam Rza (ə) buyurur: “O mömin ki, dəstəmaz alan zaman “Qədr” surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Qədr” surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar – Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim yatan zaman “Qədr” surəsini on bir dəfə oxuyarsa, Allah on bir mələyi məmur edər ki, onu hər şeytanın şərrindən qorusun”.

İslami əhkamın təkcə zahiri faydaları yoxdur, əhkam zahirə aid olduğu kimi, insan ruhuna və batininə də aiddir. İmam Rza (ə) buyurur: “Ona görə dəstəmaz almağa vəzifələndirilmişik ki, bəndələr Allah dərgahında dayanan və Onunla münacat edən zaman pak olsunlar. Çirkinliklərdən, nəcasətdən uzaq olsunlar. İnsan qəlbi Allah dərgahında qiyam (dayanmaq) etmək üçün nurani və səfalı olsun”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, dəstəmaz və qüsl kimi əməllərin faydası sadəcə zahirə deyil, həm də ruhumuza təsir qoyar və bizi saflaşdırar. Bu əməllərin əsl hədəfi – qəlbin pak və nurani olmasıdır. Bu da zahiri təharətlə əldə oluna bilir.

Ona görə də dəstəmaz həm cismi pak edir, həm də qürbət niyyəti ilə insana tərbiyəvi təsirlər göstərir. İnsanın yadına salır ki, harada və kiminlə münacat edəcəkdir və bu yolla həmin ibadət üçün hazırlanar.

İmam Sadiq (ə) buyurur: “Dəstəmazdan sonra dəstəmaz – nur üstünə nurdur”. Yəni, insanın bir neçə dəfə nurani olmasına səbəb olar.

Beləliklə deyə bilərik ki, dəstəmaz və qüsl kimi əməllər bizim həm zahirimizi və həm də batinimizi paklayar və bizi Cəlal və Camal olan Allahla görüşə hazır edər.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..

Qurani-Kərimin hansı surələri İmam Zaman ağa (ə.f) haqqındadır?

Qurani-Kərimdə İmam Zaman ağanın (ə.f) birbaşa adı çəkilmiş ayə mövcud deyildir. Ancaq bəzi ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) nisbət verilir.... Davamı..

Quranı üzündən oxumaq kifayət edirmi?

Qurani-Kərim – Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa – böyük savaba... Davamı..