Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Oktyabr 11:17
Şərh Yoxdur
11181

Aşura günü imam Hüseynin (ə) son sözləri

Aşura günü Kərbəlada baş verən hadisələr və imam Hüseynin son sözləri

 

وَ لِلَّهِ الْعِزَّةُ وَ لِرَسُولِهِ وَ لِلْمُؤْمِنِينَ

İzzət yalnız Allaha, Onun Peyğəmbəri (s)  və mö’minlərə məxsusdur.

(Munafiqun surəsi, ayə 8)

 

قَلَ رَسُول الله (ص): الغيْرَةُ مِنَ الإِيمَانِ

Allahın Rəsulu (s) buyurubdur: Qeyrət imandandır.

(Mənlayəhzuruhulfəqih, cild 3, səh. 444)

 

اِنَّ اللهَ يُحِبُّ مِنْ عِبَادِهِ الغَيُور

Həqiqətən Allah taala öz bəndələrindən qeyrətlisini çox istəyir.

(Mizanulhikmət, cild 7, səh. 357)

 

Düşmən qoşunundan bə’zisi imam Hüseynin (ə) şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə imam (ə) fəryad edib buyurdu:

 

إِنْ لَمْ يَكُنْ لَكُمْ دِينٌ وَ كُنْتُمْ لاَ تَخَافُونَ الْمَعَادَ  فَكُونُوا اَحْرَارًا فِى دُنْيَاكُمْ

Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa heç olmasa dünyada qeyrətiniz olsun.

(Bihar, cild 45, səh. 49)

 

قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: لا وَ اللهِ لاَ اُعْطِيكُمْ بِيَدِى إعطَاءَ الذَّليلِ وَ لاَ اَفِرُّ فِرَارَ العَبِيدِ

Aşura günü imam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu: “Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram.”

(Əlirşad, səh. 235)

 

قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: ألا وَ إنَّ الدَّعىَّ ابنَ الدَّعىِّ قَدْ رَكَزَ بَيْنَ اثنَتَيْنِ بَيْنَ السُّلَّةِ وَ الذِلَّةِ وَ هَيْهَاتَ مِنَّا الذِلَّةُ

Aşura günü imam Hüseyn (ə) buyurdu: “Agah olun, bilin ki bu zinazadə oğlu zinazadə (ibni Ziyad) iki şeyin arasında saxlayıb ya zəlilcəsinə bey’ət edim, ya da qılıncla doğranım. Heyhat-heyhat, zillət bizdən çox-çox uzaqdır!”

(ƏlLühuf, səh. 97)

 

هَيْهَاتَ مِنَّا الدَّنِيَّة، هَيْهَات مِنَّا الذِّلَّة

Aşura günü imam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub: “Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.”

(Tühəfuluqul babu hikəmil imam Hüseyn (ə))

 

المَوْتُ اَوْلَى مِنْ رُكُوبِ الْعَارِ

Ölüm alçaqlıqdan yaxşıdır.

(Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)

 

مَوْتٌ فِى عِزٍّ خَيْرٌ مِنْ حَيَاةٍ فِى ذُلٍّ

İmam Hüseyn (ə) buyurubdur: “İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.”

(Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)

 

فَاِنِّى لاَ اَرَى الْمَوْتَ اِلاَّ سَعَادَةً وَ الْحَيَاةَ مَعَ الظَّالِمِينَ اِلاَّ بَرَمًا

Həqiqətən mən ölümü səadət və zalımlarla yaşamağı alçaqlıqdan başqa bir şey bilmirəm.

(Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)

 

لَيْسَ شَاْنِى شَاْنُ مَنْ يَخَافُ الْمَوْتَ

İmam Hüseyn (ə) buyurub: “Mənim şə’nim ölümdən qorxan adamın şə’ni kimi deyil.”

(Ehqaqulhəqq, cild 11, səh. 601)

 

Başqa bir yerdə buyurub:

اَبِالْمَوْتِ تُخَوِّفُنِى

Məni ölümlə qorxudursunuz?

 

…مَرْحَبًا بِالْقَتْلِ فِى سَبِيلِ الله

 

Afərin! Allah yolunda ölümə.

(Əyanuşşiə, cild 1, səh. 581)

 

On birinci əsrin şairlərdən biri İmam Hüseynin (ə) dilindən belə söyləyir:

 

اِنْ كَانَ دِينُ مُحَمَّدٍ لَمْ يَسْتَقِمْ       اِلاََّ بِقَتْلِى فَيَا سُيُوفُ خُذِينِى

“Əgər Məhəmmədin (s) dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!”

(Mosuətu kəlimatulİmam Hüseyn (ə), səh. 445)

 

قَالَ رَسُولُ الله: مَنْ اَقَرَّ بِالذِّلِّ طَائِعًا فَلَيْسَ مِنَّا اَهْلَ البَيْتِ

Peyğəmbəri Əkrəm (s) buyurub: “Hər kəs öz meyli ilə zilləti qəbul etsə, biz Əhli-beytdən deyil.”

(Bihar, 74- cild, səh. 162)

 

مَنْ سَمِعَ رَجُلاً يُنَادى يَا لَلْمُسْلِمِينَ فَلاَ يَجِبْهُ فَلَيْسَ بِمُسْلِمٍ

Allahın Rəsulu (s) buyurubdur: Əgər bir şəxs eşidə ki, bir nəfər fəryad edir: Ey müsəlmanlar yetişin mənim dadıma! Əgər ona cavab verməzsə, müsəlman deyildir.

(Bihar, cild 71, səh. 339)

 

مَنْ سَمِعَ وَاعِيَتَنَا اَوْ رَاىَ سَوَادَنَا فَلَمْ يُجِبْنَا وَ لَمْ يُغِثْنَا كَانَ حَقًّا عَلَى اللهِ عَزَّ وَ جَلَّ اَنْ يُكِبَّهُ عَلَى مِنْخَرَيْهِ فِى النَّارِ

İmam Hüseyn (ə) buyurub: Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın.

(MosuətukəlimatilimamilHüseyn (ə), səh. 369)

 

قَالَ الإمام الحسين (ع): هَلْ مِنْ نَاصِرٍ يَنْصُرُنِى وَ هَلْ مِنْ مُعِينٍ يُعِينُنِى، هَلْ مِنْ ذَابٍّ يَذُبُّ عَنْ حَرَمِ رَسُولِ اللهِ صلى الله عليه و آلِهِ و سلَّم

Aşura günü imam Hüseyn (ə) buyurub: “Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin itərtindən (Əhli-beytindən) müdafiə edəcək bir müdafiəçi varmı?”

(Bihar, 45-ci cild, səh. 46)

 

لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ

Sevdiyiniz şeylərdən (Allah yolunda) ehsan etməyincə həqiqətə və yaxşılığa çatmazsınız.

(Aliİmran surəsi, ayə 92)

 

رِضًا بِقَضَائِكَ وَ تَسْلِيمًا لِأَمْرِكَ وَ لاَ مَعْبُودَ سِوَاكَ يَا غِيَاثَ المُسْتَغيثينَ

Aşura günü imam Hüseyn (ə) buyurub: “Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa mə’bud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.”

(MəqtəlulHuseyn (ə), 283)

 

 رضىَ اللهِ رِضَانَا اَهْلَ الْبَيْتِ

“Biz Əhli-beytin razılığı Allahın razılığıdır.”

(Bihar, 44- cild, səh. 666)

 

«فَتَلَقَّى آدم من ربّه كلماتٍ»

«Sonra Adəm öz Pərvərdigarından müəyyən kəlmələri öyrəndi.»

(Bəqərə surəsi, ayə 37)

 

Müfəssirlərdən bə’ziləri bu ayəni təfsir edərkən belə bir rəvayət nəql edirlər ki, Adəm peyğəmbər ərşdə həmin kəlmələri gördü, həzrəti Cəbrail (ə) də nazil olub, bu kəlmələri ona öyrətdi:

يَا حَمِيدُ بِحَقِّ مُحَمَّد، يَا عَالِىّ بِحَقِّ عَلِى، يَا فَاطِرُ بِحَقِّ فَاطِمَة، يَا مُحْسِنُ بِحَقِّ الحَسَن، يَا قَدِيمَ الإِحْسَان بِحَقِّ الْحُسَيْن

Ya həmidu bihəqqi Muhəmməd, ya ali bihəqqi Əli, ya fatiru bihəqqi Fatimə, ya muhsinu bihəqqi-l-Həsən, ya qədimə-l-ehsan bihəqqi-l-Hüseyn.

“Sonra Adəm peyğəmbər həzrəti Cəbraildən (ə) soruşdu ki, niyə axırıncı ada yetişdikdə qəmgin oluram? Həzrəti Cəbrail (ə) imam Hüseynin (ə) Kərbəladakı müsibətini ona xəbər verdi.»

(Nəfəsülməhmum, səh. 22)

 

وَ فِى الْحَدِيثِ فِى تَفْسِيرِ (كهيعص)

“Məryəm” surəsinin müqəttəə hərfləri barəsində nəql olunubdur ki, «كاف» «kaf» Kərbəlaya, «هاء» «ha» həlakətə, «ياء» «ya» Yəzidə, «عين» «əyn» Hüseynin ətəşinə (susuzluğuna), «صاد» «sad» Hüseyn ibni Əlinin (ə) səbrinə işarədir.

 

Həzrət Əliin (ə) məktəbinin yetirməsi olan həzrət Zeynəbin (s) böyüklüyü, imanının gücü, öz xaliqinə müti’ olmağı o dərəcəyə yetişmişdi ki, Aşura günündə isti Kərbəla çölündə tikə-tikə doğranmış əziz və istəkli qardaşının başı üzərində duraraq öz Allahına xitab edir:

اَللّهُمَّ تَقَبَّل مِنَّا هذَا  القُرْبَان

İlahi bizdən bu qurbanı qəbul et.

(HəyatulimamulHüseyn (ə), cild 2, səh. 301)

 

İbni Ziyad Kufədə küdurət və qəzəblə həzrət Zeynəbi-Kubraya (s) dedi: “Allahın əmri və işini qardaşın və ailənlə necə gördün?”

İmam Hüseynin (ə) məktəbinin davamçısı olan həzrəti Zeynəb (s) İbni Ziyadın sözünün qarşısında belə buyurdu:

مَا رَأَيْتُ إِلاَّ جَمِيلاً

Mən gözəllikdən başqa bir şey görmədim.

(Bihar, cild 45, səh. 116)

 

www.ahliman.info

 

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Cənnətə yаlnız təmiz şəхs gеdəcəkdir”

Əhli-Beyt əleyhimussalamın “təmizlik və paklıq” haqqında buyurduqlarından:   İmаm Əli (ə) buyurub: “Bаşqаlаrını nаrаhаt еdən хоşаgəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Çirkli аdаmlаr məhv оlаr”

Həzrət Muhəmməd (s) Peyğəmbərimizin “təmizlik və paklıq” haqqında buyurduqlarından: “Аllаh pаkdır və pаk şəхsi sеvir, təmizdir və təmizliyi sеvir.” “Bu bədənləri təmizləyin,... Davamı..