“Həşr” surəsi Quranın 59-cu surəsidir, 24 ayəsi vardır. Bu surə müsəlmanların yəhudi tayfası olan Bəni-Nəzir tayfası ilə mübarizəsindən söz açmışdır. Nəhayət müsəlmanlar onları Mədinədən qovub, o müqəddəs şəhəri napaklardan təmizləyə bilmişdilər. Bu surə Mədinədə nazil olmuş surələrdəndir.
Bu surənin çoxlu fəzilətləri vardır və Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Hər kim “Həşr” surəsini oxuyar – bütün behişt və cəhənnəm, ərş və kürsü, hicab, yeddi qatlı səma və yer, həşəratlar, küləklər, quşlar və ağaclar, sürünənlər, Günəş və Ay, mələklərin hamısı ona rəhmət göndərər. Onun üçün istiğfar edərlər. Əgər həmin gündə və ya gecədə ölərsə, şəhid ölmüş olar”.(Tebyan/Deyerler)
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: “Hər kim gün batan zaman “Rəhman” və “Həşr” surəsini oxuyar, Allah sıyrılmış qılıncı olan mələyi onun evini qorumaq üçün məmur edər”.
Böyük arif olan Ayətullah Mirzə Muhəmmədəli Şah Abadi buyurur: “”Həşr” surəsinin son üç mübarək ayəsini oxuyun ki, sizin üçün mələkə olsun. Onun ilk təsiri ölümdən sonra qəbrin ilk gecəsindədir. O zaman ki, o iki mələk Allah tərəfindən sual-cavab üçün gələcəklər. Əgər bu son üç ayəni o zaman desəniz, bu mələklər təsirlənib dəyişəcəklər. Çünki bu, Haqqın haqq dili ilə tanıdılmasıdır. Nəinki Haqqın xəlqin dili ilə tanıdılması”.
İmam Baqir (ə) bu surə haqqında buyurur: “Hər kim səbbəhə və yusəbbihu ilə başlayan surələri yatmazdan əvvəl oxuyarsa, Həzrət Qaimi (ə.f) dərk etmədən ölməz. Əgər ölərsə, Peyğəmbərin (s) ətrafında olar”.