Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 May 14:01
1 Şərh
2539

İnsanlarla ünsiyyətin, davranışın, əyləşməyin, işləməyin ədəbi – Həzrət Peyğəmbərin (s) öyrətdiklərindən 10 dərs

Əziz Peyğəmbərin (s) öyrətdiklərindən on dərsə diqqət edək.

 

İnsanlarla görüşən zaman özünü səliqəyə salmaq.

Bir nəfər Peyğəmbərin (s) evinə gəlir və onunla görüşmək istədiyini bildirir. Peyğəmbər (s) evdən çıxmaq istəyəndə güzgünün qarşısında dayanır və üzünü, başını səliqəyə salır. Aişə bu mənzərəni görüb təəccüb edir və deyir: “Ey Rəsulallah! Niyə gedən zaman aynanın qarşısında dayanmısan və saçlarını və başını səliqəyə salırsan?”. Həzrət (s) buyurur: “Ey Aişə! Allah sevir ki, nə zaman müsəlman, qardaşı ilə görüşməyə getsə, özünü həmin görüş üçün bəzəsin”.

 

Əyləşməyin ədəbi.

Həzrət Peyğəmbərin (s) əyləşmək üçün xüsusi yeri olmazdı. Çalışardı ki, məclisin axırında əyləşsin. Kimsə əyləşib və qalxan zaman ona hörmət əlaməti olaraq yerindən qalxmağı sevməzdi və buyurardı: “O kəs ki, sevir ki, başqaları ona hörmət əlaməti olaraq yerindən qalxsın – yeri atəşdir”.

 

Başqalarına hörmət etmək.

Həzrət Əli (ə) buyurur: “Peyğəmbər (s) elə bir insana əl verməyib ki, əlini onun əlindən ayırsın. O zamana qədər ki, qarşı tərəf əlini ayırardı. Elə bir insan yox idi ki, işini ona tapşırsın və o, həmin (işi) buraxsın. O zamana qədər ki, qarşı tərəf öz hacətindən əl çəkərdi. Elə bir insan yox idi ki, onunla danışardı və sükut edərdi o zamana qədər ki, qarşı tərəf sakit olardı. Heç bir zaman görülməmişdir ki, Həzrət (s) mübarək ayaqlarını əyləşənlərin qarşısında uzatsın”.

 

Həzrət Peyğəmbər (s) işsiz mömini sevməz.

İbn Abbas nəql edir: “Peyğəmbər (s) bir kişiyə baxar və onu görməkdən sevinərdi. Soruşurdu: “İşin nədir?”. Əgər desəydi ki, işsizəm, buyurardı: “Gözümdən düşdün. Çünki əgər mömin işsiz qalarsa, çarəsiz gərək dini ilə (özünü) dolandırsın”.

 

Bu, insafdan deyildir.

O zaman ki, Peyğəmbərin (s) yeddi yaşı var idi, bir gün dayəsindən soruşur: “Qardaşlarım haradadır?”. Həlimə cavab verir: “Əziz övladım! Onlar Allahın sənin bərəkətinə görə bizə mərhəmət etdiyi qoyunları otlamağa aparıblar”. Peyğəmbər (s) buyurur: “Anacan! Mənimlə insafla rəftar etmədin”. Həlimə soruşur: “Niyə?”. Buyurur:” Məgər layiqlidirmi ki, mən xeymənin kölgəsində qalam, süd içəm, ancaq qardaşlarım səhrada yandıran günəşin altında olsunlar?”.

 

Allahın və yaranmışların məhbubu edən əməl.

Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ey Allahın Rəsulu! Məni elə əmələ yönləndir ki, ona əməl edən zaman Allahın və xəlqin məhbubu olum”. Peyğəmbər (s) buyurur: “Dünyaya qarşı rəğbətsiz ol ki, Allah səni sevsin. Dünyada o şey ki, insanların ixtiyarındadır (ona) göz yum və etinasız ol ki, insanlar səni sevsinlər”.(Həvzəh/Deyerler)

 

Mübarək üzünü bütünlüklə çevirib danışardı.

Həzrət Peyğəmbər (s) o zaman ki, kiminləsə danışardı, üzünün yarısını çevirməzdi, bütün üzünü və bütün bədənini çevirib danışardı. Heç kəsə cəfa etməzdi və qarşı tərəfin üzrünü tez qəbul edərdi.

 

Din qardaşının abrının müdafiəsi.

Bir nəfər Peyğəmbərin (s) yanında başqa biri haqqında pis sözlər deyir. Başqa biri onu müdafiə edir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim din qardaşının abrını müdafiə edər, onun üçün atəş qarşısında hicab və pərdə olar”.

 

Hər kim ticarətdə aldadar, bizdən deyildir.

Həzrət Peyğəmbər (s) bir kişinin yanından keçir ki, buğda satırdı. Ondan soruşur: “Necə satırsan?”. O, necə satdığını danışır. Allah Təala vəhy edir ki, əlini buğdanın içinə sal. Həzrət (s) mübarək əlini buğdanın içinə salır və daxilini rütubətli görür. Buyurur: “Hər kim ticarətdə fırıldaq edər, bizdən deyildir”.

 

Bu iş – Allah yolunda addım atmaqdır.

Bir gün Peyğəmbər (s) səhabələri ilə birlikdə əyləşmişdi. Peyğəmbər (s) güclü bir cavanı gördü ki, səhər tezdən iş görməklə məşğuldur. Bəziləri dedilər: “Bu cavan əgər cavanlıq gücünü Allah yolunda işə salsaydı, tərifə layiq olardı”. Həzrət (s) buyurur: “Belə deməyin. Əgər bu cavan iş görür ki, ehtiyaclarını təmin etsin və başqalarından ehtiyacsız olsun – Allah yolunda addım atmış olar. Həmçinin əgər gücsüz ata və anasına və ya kiçik yaşlı övladına görə iş görürsə və onları insanlardan ehtiyacsız edirsə – yenə də Allah yolunda addım atmış olar”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Cənnətə yаlnız təmiz şəхs gеdəcəkdir”

Əhli-Beyt əleyhimussalamın “təmizlik və paklıq” haqqında buyurduqlarından:   İmаm Əli (ə) buyurub: “Bаşqаlаrını nаrаhаt еdən хоşаgəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Çirkli аdаmlаr məhv оlаr”

Həzrət Muhəmməd (s) Peyğəmbərimizin “təmizlik və paklıq” haqqında buyurduqlarından: “Аllаh pаkdır və pаk şəхsi sеvir, təmizdir və təmizliyi sеvir.” “Bu bədənləri təmizləyin,... Davamı..