Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 May 13:36
Şərh Yoxdur
4634

Kimin tofiqatı azdırsa, bu surəni oxusun – “Şəms” surəsinin fəzilətləri

“Şəms” surəsi Quranın 91-ci surəsidir ki, Məkkədə nazil olmuşdur 15 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kimin tövfiqi azdır, “Şəms” surəsini oxumağı davamlı etsin. Çünki Allah onu hansı tərəfə üz çevirsə, müvəffəq edəcəkdir. Bu iş hafizənin qüvvətlənməsinə və insanların yanında məqamının yüksəlməsinə səbəb olar. Onda başqa çoxlu mənfəətlər gizlənmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Şəms” surəsini oxuyar, onun kimi olar ki, Günəş və Ayın üzərinə nur saçdıqları (şeylər) qədər sədəqə vermişdir”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Şəms” surəsini oxuyar, Qiyamət günü bədəninin bütün üzvləri və kənarında olan əşyalar onun xeyirinə şəhadət verərlər. Allah buyurar: “Sizin bəndəm barəsindəki şəhadətinizi qəbul edirəm və ona mükafat verirəm. Onunla behiştə qədər birlikdə olun və hər nə istəsə seçsin. Behişt nemətləri ona xoş olsun””.

Bu surənin bərəkətləri.

1. Hər bir işdə müvəffəqiyyət qazanmaq. İmam Sadiq (ə) buyurur: “O kəs ki, az ruzili və az tövfiqlidir və işində çoxlu ziyan görür, “Şəms” surəsini oxumağı davamlı etməsi bəyənilir. Çünki ruzinin və tövfiqinin artmasına səbəb olar”.

2. İztirabın aradan getməsi. Hər kim bu surəni kağıza yazar və onun yuyulmuş suyundan içər – iztirabı və tənəffüs xəstəlikləri aradan gedər.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..